GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Türkiyədə böyük dönüşün və böyük dəyişimin başlanğıcı qoyulmaqdadır

Türkiyədə böyük dönüşün və böyük dəyişimin başlanğıcı qoyulmaqdadır

Tarix: 19-06-2013, 12:48 Bölmə :Müsahibə Baxış: 709
Türkiyədə böyük dönüşün və böyük dəyişimin başlanğıcı qoyulmaqdadır
Qabil Hüseynli: “Ərdoğan yeritdiyi ideologiyanın həzm edilmədiyini, tərəfdarlarının azaldığını gördükcə sərtləşir”
Qardaş Türkiyədə vəziyyət getdikcə kəskinləşir. Artıq Gəzi Parkının və Atatürk Mərkəzinin sökülməsinə etiraz edən kütləni polis zor gücünə Taksim meydanından çıxarıb. İyunun 16-da isə AKP İstanbulda hakimiyyətə dəstək mitinqi təşkil edib. Baş nazir Ərdoğan onun siyasətinə etiraz edən, istefasını tələb edən etirazçıları sərt tonda tənqid edib, eləcədə beynəlxalq medianı iki üzlülükdə ittiham edib, ölkədə baş verənlərin arxasında xarici qüvvələrin olduğunu iddia edib. Amma bu gün də İstanbulda və başqa şəhərlərdə etirazlar davam edir, polisin aşırı güc tətbiq etməsi isə hər gün müşahidə olunur. Hadisələr göstərir ki, qardaş ölkə heç kimin arzulamadığı bir ssenariyə-vətəndaş qarşıdurmasına doğru irəliləyir. Bu məsələlər haqqında suallara sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavab verib.
- Qabil bəy, Türkiyədə vəziyyət getdikcə kəskinləşir. Məsələn, iyunun 5-də baş verən proseslərlə indi baş verən proseslər arasında fərqlər hiss edilirmi?
- Fərqlər var. Artıq Ərdoğan rejimi sözün əsl mənasında avtoritar metodlarla etirazçıları həbs edir, divan tutur. Eləcədə azadlıq və insan haqlarına qarşı zülm tüğyan edir, bu zülmün başında şəxsən Ərdoğan durur və ideoloji baxımdan bütün məsələləri istiqamətləndirir, yeri gələndə tərəfdarlarını etirazçıların üzərinə qaldıracağı ilə cəmiyyəti təhdid edir. Bununla da, ölkədə vətəndaş cəbhələşməsinin əsasını qoyur.
- Türkiyədə vətəndaş müharibəsi baş verə bilərmi?
- Nəzərə alaq ki, artıq ölkədə iki ideologiya formalaşıb. Yəni biri dindarların islami baxışlara söykənən və AKP-nin də bundan yararlandığı dini ideologiya. İkincisi, Atatürkün qoyduğu irsə söykənən kamalizm ideologiyası. Müxtəlif sağ və sol təmayüllü ideologiyalar var və onlar ab-havanı müəyyən etməsələrdə bəlli sıralarda yer tuturlar. Ölkədə vətəndaş müharibəsinin bazasını təşkil edən iki ideoloji xətt var. Onlardan biri hakimiyyətdədir, digəri isə uzun illər iqtidarda olub və hazırda demontaj olunur. Beləliklə də, ölkənin ictimai-siyasi həyatında oynadığı hakim rolundan uzaqlaşdırılır. Dediyimiz kimi xalqın hamısının tələb etmədiyi, müasirlik baxımından Türkiyənin işinə yaramayan dini ideologiya kamalizmin yerinə oturdulur. Belə olan halda insanlar mübarizə aparacaq. Əminəm ki, AKP-nin yeritdiyi siyasətin nəticələri ilə bağlı başlanan etirazlar lokal xarakterli olsa da, ayaga qalxacaq, ölkəni uzun müddət gərginlik içərisinə qərq edəcək. Bu zəmində avanturaya meylli görünən baş nazir bu aksiyaçıların üzərinə öz adamlarını belə göndərə bilər. Tutalım ki, rəsmi dövlət strukturlarının bezikdiyini görüb ora öz adamlarını göndərə və bu da vətəndaş qarşıdurması üçün bir siqnal rolunu oynaya bilər. Amma Türkiyə uzun müddətdir elə cəmiyyətdə yaşayır ki, burada ağır nəticələrə gətirib çıxaracaq vətəndaş müharibəsinin olmasını istisna edirəm.
- Ərdoğan iyunun 16-da İstanbulda mitinq keçirib, orada 300 mindən çox insan iştirak edərək iqtidara dəstəyini ifadə edib. Bu Ərdoğanın elektorat baxımından Türkiyədə ən güclü siyasi lider olaraq qaldığını göstərmirmi?
- Nəzərə alın ki, Ərdoğanın tərəfdarları öz xoşu və ya adi çağırışla aksiyaya gələn insanlar deyillər. Onların böyük əksəriyyəti inzibati resurslar, polisin, bələdiyyənin, valiliyin ortaya çıxardığı insanlar idi. İş o yerə gəlmişdi ki, AKP-nin Sincanlıda təşkil etdiyi aksiyada MHP-nin bayraqları dalğalanırdı. Guya MHP-nin mərkəzi hakimiyyətinə tabe olmayan bir qrup dəstə də Ərdoğanı müdafiə edirdi. Ölkə əslində qarmaqarışıq əhval-ruhiyyə içərisindədir. Sincanlıda keçirilən mitinq hələ Ərdoğanın güclü olduğunu göstərmir. İnzibati resursların baş nazirin ifasında yaxşı işlədiyini söyləmək olar, amma sıravi əhali kütlələrinin AKP-yə meylli olub onu dəstəklədiyini söyləmək artıq risklidir.
- AKP-də dirəniş göstərdiyini nəzərə alaraq indi yaşanan proses hara gedir?
- Ərdoğan təbiət etibarı ilə peçəkar siyasətçi deyil. O, daha çox fanatik dindara bənzəyir. Onun bu inadkarlığı, demokratik ab-havaya uyğun hərəkət etməməsi, etirazları amansızcasına basdırması onu Ayətulla Xamneyiyə daha çox bənzədir, nəin ki, alman kansleri Merkelə. Söhbət insanların hadisələrə baxışlarında və münasibətlərində olan ciddi fərqlərdən gedir. Bu nöqteyi nəzərdən Ərdoğan orta təhsilini dini təmayüllü məktəbdə alıb, dini mükəmməl mənimsəyib, baxışları acısından islama daha çox meyllidir, nəinki demokratiya və insan haqlarına. Bu mənada Ərdoğanın kompramisə meylli olmaması və kütləyə qəzəbli davranış sərgiləməsi onun dünyagörüşü ilə sıx bağlıdır.
- İyunun 15-də polisin Gəzi parkında və Taksim meydanında insanlara qarşı sərt münasibət sərgiləməsini necə izah etmək olar?
- Belə zorun tətbiq edilməsi hakimiyyəti itirmək qorxusundan irəli gəlib. Baş verənlər AKP iqtidarı və şəxsən onun başçısı tərəfindən son dərəcə qorxu hissi ilə qarşılandı. Sanki ölkədə hər kəsin ayağa qalxa biləcəyi haqqında fikirlər səslənirdi. AKP-nin içində də ciddi tərəddütlər var idi, bu tərəddütlər onu kompramisə dəvət edirdi, ölkənin ciddi qarşıdurmaya getdiyi mesajını verirdi. Hətta prezident Gülün hərəkətlərində ciddi tərəddütlər var idi. Bu tərəddütləri sındırmaq və “mən ölkədə hər şeyə qadirəm” fikirini beynlərə sırımaq üçün Ərdoğan bu qəddarlığa getdi. Bu qəddarlığı icra edən şəxslərin çoxu da baş nazirə yaxın şəxslərdir. Məsələn, daxili işlər naziri əvvəllər İstanbulda Ərdoğanın əlinin altında işləyən polis rəisi olub, sonra valilik postuna layiq görülüb, hazırda isə nazir postunu tutur. Nazir eyni zamanda qaradəniz bölgəsində olan və özündə dini baxışları daşıyan insandır. Ümumiyyətlə Ərdoğan komandasının əksəriyyəti Qara Dəniz bölgəsindəndir. Burada ciddi regionçuluq faktorunu nəzərdən qaçırmamaq lazımdır. Belə bir səviyyədə, xüsusilə mitinqçilərə qarşı aşırı gücün tətbiqini də, bu regionçuluq nöqtələri, bir-birinə iqtisadi və dini tellərlə bağlılıqda axtarmaq lazımdır. Əlbəttə ki, hakimiyyətdə gördükləri ləzzəti itirmək təhlükəsi onları belə bir hərəkətə sövq edib. Bir də avtoritarizmə meyllənən insanların hamısında bu xətti görmək mükündür.
- Baş verənlərə türk cəmiyyətinin reaksiyası necə olacaq, səkkiz aydan sonra ölkədə seçkilər keçiriləcək?
- Mənim fikrimcə, artıq cənab Ərdoğan cəmiyyətdə əvvəlki reytinqə malik deyil. Məsələn, sosioloji araşdırmalar göstərir ki, həm AKP-nin, həm də Ərdoğanın reytinqi kifayət qədər aşağı düşüb. Ərdoğanın özü və tərəfdarları reytinqlərinin 50 faiz olduğundan danışır, amma bu gün AKP-nin reytinqinin 28 faizi aşmadığından danışanlarda var. Mənim qənaətimcə, Türkiyədə böyük dönüşün və böyük dəyişimin başlanğıcı qoyulmaqdadır. Bu ölkədə ikinci bir İranın yaranmasına qarşı mübarizə dönüşümüdür. Və bunları “leqal örgütlər”, “kənardan maliyyələşdirilən qruplar” və s şəkildə təqdim etmək doğru deyil. Əslində küçələrə çıxanlar siyasiləşməyən təbəqənin nümayəndələridir. Hakimiyyət isə etiraz olaraq boş qazanlarını döyən insanları həqarətlə təhqir edir, bu insanların guya qonşularına mane olduqlarını iddia edir. Boş qazanlarını döyənlər və mitinqçilərlə həmrəy olanlar bəlkədə milyonlarla insan idi. Onların hamısı həqarət edilməyə layiqli şəxslər idimi? Mənim zənnimcə, əslində bu siyasi mədəniyyəti yüksək olan insanların baş verənlərə bir təpkisi, etirazı idi. Bir sözlə Ərdoğan özünün yeritdiyi ideologiyanın cəmiyyət tərəfindən həzm edilmədiyini, tərəfdarlarının getdikcə azaldığını gördükcə sözün əsl mənasında primitiv və populist xarakterli metodlardan istifadə edir. Bu təbliğat isə bəzi hallarda siyasi mədəniyyət və dünyagörüşü olan insanlarda acı təbəssüm yaradır.
- Səkkiz aydan sonra keçiriləcək seçkilər haqqında indidən hansı proqnoz vermək olar?
- Səkkiz aydan sonra mən Türkiyənin siyasi politirasında dəyişiklik görürəm. Ən azından mən düşünmürəm ki, AKP seçkidə rəqiblərini əzici faizlə udacaq və təkbaşına hökumət qura biləcək. Əksinə, ölkədə yeni qüvvələrin formalaşması prosesi gedir, bu qüvvələrin içərisində siyasi partiyalarda aktivləşir. Qarşıdaki seçkilərdə Ərdoğanı böyük surprizlər gözləyir.
- Hansı surprizlər?
- AKP təkbaşına iqtidar ola bilməyəcək, hətta CHP-nin səsindən də aşağı səs toplaya bilər, ölkədə koalisiyon hökumətin formalaşdırılması məsələsi yenidən gündəmə gələ bilər. Sonra, AKP-nin indiyə qədər etdiyi, Kamalizmə vurulan zərbələri geri qaytarmaq üçün formalaşdırılacaq hökumət sırf Atatürkçü hökumət ola bilər. Ordunun siyasətə qaytarılması kimi hərəkət baş verməsə də, ordu indiki qorxaq mövqeyindən uzaqlaşaraq Atatürk ideyalarının keşikçisi kimi cəmiyyətdə fəal mövqeyini nümayiş etdirə bilər.
- Ərdoğan Türkiyədə baş verənlərə görə, faiz lobbilərini, beynəlxalq maliyyə qurumlarını ittiham edir, dünyanın aparıcı media quruluşlarını tənqid edir. Bunu necə şərh etmək olar?
- Bu çox cəfəng haldır. Bu daha çox özünü itirən adamın düşüncələrinə oxşayır. Bəyəm, “Euronuys” kanalı maliyyə mərkəzləri ilə işləyimi? Və ya dünyanın hər yerindən bəyanat gəlir. ABŞ, Avropa Birliyi aşırı gücün tətbiqini pisləyir, dünyada yaşayan türklər ölkələrində baş verənlərlə bağlı həmrəylik mitinqləri təşkil edir. CHP lideri qeyd edir ki, dünyada insanın dilinin sümüyü olmur, amma Ərdoğanın başqa şeylərinin sümüyü yoxdur və bir nəfəsə 40 dəfə yalan danışa bilir. Nə faiz lobbisi? Faiz lobbisi deyilən şey Türkiyədə yoxdur. Bu prosesdə CHP azca olsa da aksiyaçıları dəstəklədi, MHP isə Ərdoğanın yanında oldu. Əgər siyasi partiyalar öz funksiyalarını yerinə yetirsəydi ölkə tamamilə mitinqlər dalğasının içərisində üzərdi. Ona görə də, Ərdoğanın guya xarici dövlətlərdən aksiyaçıların dəstək aldığı, habelə xarici medianın tənqid etməsi onun demokratik düşüncəli insan olmadığını ortaya qoyur. İkincisi də, sən hamını tənqid edirsən, insanlar haqqında olmazın sözünü deyirsən. Bəs səni tənqid edə bilməzlərmi? Axı demokratiyanın qaydalarından danışırsan. Baş verən hadisələr haqqında jurnalistlərin məlumat vermək hüququ və vəzifəsi var. Onların bu hüquqlarını əlindən alırsan, həbs etdirirsən, ölən insanlar haqqında məlumatlar gizlədilir. Cüzi tənqidə dözməyən insan baş verənlərin anatomiyasını aça biləcək mətbuatın qarşısında necə dayana bilər. Ərdoğan baş verən hadisələr haqqında bir Türkiyə televiziyasının belə obyektiv məlumat veməməsinin səbəbini deyə bilərmi? Ölənlər, yaralananlar, həbs edilənlər haqqında insanlar daha çox xarici mediadan məlumat alır. İnsanların bu iqtidara qarşı olduğu haqqında bir yerli kanal belə xəbər yayımlamadı. Az sonra isə biz xarici media vasitəsi ilə öyərndik ki, insanlar sən demə Ərdoğanın istefası haqqında da şüarlar səsləndirir. Bundan sonra isə baş nazir xarici mediaya qarşı ucuz kampaniyaya başladı.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • İstanbulda xalq etirazlarının 10-cu günüdür

    İstanbulda xalq etirazlarının 10-cu günüdür ...

    6-06-2013, 15:40


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu