GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əmin olun, onlar istəsələr evdən atom bombası, nüvə silahı belə “tapa” bilərlər

Əmin olun, onlar istəsələr evdən atom bombası, nüvə silahı belə “tapa” bilərlər

Tarix: 25-06-2013, 00:58 Bölmə :Müsahibə Baxış: 736
Əmin olun, onlar istəsələr evdən atom bombası, nüvə silahı belə “tapa” bilərlər
Rasim Ağayev: “Üçüncü dəfə namizədliyin verilməməsi Avropada siyasi ənənədir”
Suallara sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev cavab verib. Politoloq əsasən prezident İlham Əliyevin Brüssel səfəri, Avropa ittifaqında ilə keçirdiyi görüşlər, apardığı müzakirələr haqqında danışıb, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsini şərh edib, Akif Muradverdiyevin həbsinə reaksiya verib.

- İlham Əliyevin Brüssel səfəri, keçirdiyi görüşlər , apardığı müzakirələr və verdiyi bəyanatları necə şərh edirsiniz?
- Sizə deyim ki, belə bir səfərin həyata keçirilməsində yeni nüans yoxdur. Mən bunu işgüzar səfər kimi qəbul edirəm. Çünki Azərbaycanın milli strategiyasının inkişafı bilavasitə Avropapaya inteqrasiya ideyasına bağlıdır. Biz bunu rəsmən elan etmişik. İndiyə qədər də buna alternativ yol yoxdur. Bu strategiya həm hakim zümrənin, həm də müxalifət düşərgəsinin ana xəttini təşkil edir. Bu strategiya ilə irəli addımlamağa tərəflər razıdır, amma ola bilsin ki, baxışlarda və gedilən yollarla bağlı fərqlilik var. Azərbaycan daxili və xarici siyasətində, idarəçilik üslunda Avropa standartlarını ardıcıl həyata keçirməlidir. O cümlədən insan haqları sahəsində də bu məsələyə xüsusi diqqət olmalıdır. Bu nöqteyi nəzərdən prezidentin Brüsselə getməsi, orada Azərbaycanın mövqeyini çatdırması-nəaliyyətləri, problemləri və çətinlikləri qeyd etməsi təbiidir. Bəli, İlham Əliyev Brüsseldə olduğu zaman müəyyən qədər tənqidi fikirlərdə səsləndi, Avropa Birliyinin sədri cənab Barozza və digər rəsmi şəxslərdə öz iradlarını bildirəcəklər və iradlarında nədən ibarət olacağı artıq məlumdur. Danışıqların nəticəsi ondan ibarət ola bilər ki, hansısa çətinliklər, problemlər aradan qaldırıla və nəticədə münasibətlərin tənzimlənməsi bir qədər də yaxşılaşdırılar. Unutmayaq ki, Avropa Birliyinin Azərbaycanla sıx iqtisadi münasibəti var, Azərbaycanın strateji əhəmiyyətini onlar gözəl anlayırlar. Bunların hamısını nəzərə alsaq o nəticəyə gəlmək olar ki, İlham Əliyevin əsas məqsədi münasibəti tənzimləməkdir. Buna nə dərəcədə nail olunduğunu isə yaxın aylarda görəcəyik. Bunun da mühüm olması Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçkilərlə bağlı problemlərdir. Bu mənada Brüsselə səfər etmək mühüm hal idi. Amma konkret olaraq tərəflərin nəyə nail olduğunu da deyə bilmərik, çünki informasiyamız yoxdur.
- Belə iddialar var ki, İlham Əliyevin üçüncü dəfə namizəd olaraq prezident postunu əlində saxlaması fikrinə ciddi etirazlar var. Bu nə dərəcədə realdır?
- Etirazlar, bunu anlamaq da, anlaşılmazlıqlar da var. Nə istəyirsiniz deyək, amma üçüncü dəfə namizədliyin irəli sürülməsi nə Azərbaycanın qəbul etdiyi demokratiyanın bərqərar etməklə bağlı beynəlxalq öhdəliklər uyğundur, nə də ki, Avropada qəbul edilən siyasi ənənəyə. Bu siyasi ənənədir. Bu çərçivədən çıxmaq anlaşılmazlıq yaradır. Təbii ki, buna bir aydınlığın gətirilməsi yaxşı olardı.
- Prezident Brüsseldə bəyan etdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, prezidentliyə namizəd həbsdə deyil,söz və mətbuat azadlığı hökm sürür, sərbəst toplaşmaq hüquqüna dair problem yoxdur, sərhədsiz internet azadlığı mövcuddur. Siz prezidentin dediklərini necə qiymətləndirirsiniz?
- Demokratik dəyərləri və haqları nəzərdə tutsaq görərik ki, söz azadlığı, toplaşmaq hüququ və digər prinsiplərlə bağlı müxtəlif sahələr üzrə Azərbaycan qanunvericiliyinə ciddi dəyişikliklər edilib. Amma bu o demək deyil ki, Azərbaycan tam mənada demokratik dövlət olub. Azərbaycanın idarəçilik institutunda ciddi nöqsanlar mövcuddur. Baxın, mətbuat prezidentə, hökumət dairələrinə ciddi informasiyalar çatdırır. Məsələn, Elşad Abdullayev qalmaqalı və ortaya qoyulan videolar var. Həmin videolar göstərir ki, hüquq mühafizə orqanına daxil olan nazirliklərdən birinin yüksək postunda əyləşən insan adam oğurlugu ilə bağlı danışıqlar aparıb, rüşvət alıb və s. Ancaq bu fakt heç kimi maraqlandırmır. Bu əlbəttə ki, demokratik ölkəyə xas olan əlamət deyil. Başqa faktları da qeyd etmək olar. Bu isə o deməkdir ki, demokratik prinsiplər nə hakim dairələr, nə də cəmiyyət tərəfindən tam qəbul edilməyib. Sən gedib qəzet nəşr etdirə və ya sayt aça bilərsən. Bu mümkündür. Amma sabah hansısa naziri, güc strukturunu, monoplistləri tənqidə tutsan hökmən çətinliklərlə qarşılaşacaqsan. Son zamanlar bu haqda da bəzi hallar baş verib. Ölkənin ən məşhur vəkillərindən olan Aslan İsmayılov təzyiqə məruz qalıb. Fikrimcə, belə cəsarətli insanları hakim dairələr qorumalıdır. Ancaq onu “bandoddelə” dəvət ediblər və orada ds döyüblər. Bu hansı ölçüyə sığır? Prezidentin bundan xəbəri varmı? Əgər xəbəri var, amma ölçü götürmürsə, deməli bu pis haldır, yox əgər xəbəri yoxdursa, deməli bu ondan da pisdir. Demək prezidenti ölkədə baş verən gündəlik hadisələrlə bağlı məlumatlandırmırlar. Gündəlik elə hadisələr baş verir ki, onu nə qəbul etmək, nə də həqiqət kimi təqdim etmək olmaz. Belə faktların olması da, Avropa Birliyinin rəhbərliyini və digər diplomatları dəhşətə gətirəcək. Cammat da düşünür ki, əgər ölkəninin ictimai-siyasi xadimini, məşhur hüquqşünası hansısa idarəyə dəvət edib ona qarşı kobudluq edirlərsə, gör sıravi vətəndaşlar nə gündədirlər. Söhbətin mahiyyəti bundan gedir.
- Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib ki, İlham Əliyevin namizəd kimi irəli sürülməsi heç bir problem yaratmır və aparıcı dövlətlərdən dəstək alınıb...
- Birincisi, istər İlham Əliyev, istərsə də başqası olsun, Azərbayanda prezident olmaq istəyən şəxs gərək öz xalqından dəstək alsın və bunu da sübut etsin. Bu dəstək göz qabağında olanda xarici dəstəyə ehtiyac lazım gəlməz. Əgər məni xalq seçirsə və mən də görürəmsə ki, xalqın mənə etimadı var, elədiklərim də göz qabağındadır, idarə etdiyim ölkədə korrupsiya yoxdursa, hər kəs iş tapıb dolana bilirsə, bu halda ABŞ-ın dəstəyi mənə gərək olmaz. Ümumiyyətlə Novruz Məmmədovun böyük dövlətlərdən dəstək almışıq deməyini anlamıram, bu nə deməkdir? Yəni ABŞ, Rusiya və digər aparıcı beynəlxalq qüvvələr Azərbaycan xalqının seçimini qəbul etməlidirlər. Əgər Azərbaycan xalqı deyirsə ki, mən səsimi İlham Əliyevə verirəm, buna kim və hansı haqla etiraz edə bilər? Yox əgər mən Azərbaycan xalqının səsini saymayıb da gedib xaricdən dəstək axtarıramsa, bu artıq başqa məsələdir. Bunun nə demokratiya, nə də siyasi gedişə dəxli yoxdur. Novruz Məmmədov savadlı, bilikli və hazırlıqlı insandır.Amma mən bilmdədim ki, Novruz Məmmədov nədən və niyə danışır.
- Demokratik Azərbaycan Dünyası Partiyası son 20 ildə ancaq hakimiyyətin siyasətini dəstəkləyib. YAP namizəd qismində İlham Əliyevi irəli sürsə də, bu partiya Mehriban Əliyevanın namizədliyini irəli sürüb. Mehriban xanım isə YAP-da ikinci siyasi simadır. Bu məsələni necə izah etmək olar?
- Mən hesab edirəm ki, qadının prezidentliyə namizədlər sırasında olması faktı Azərbaycana böyük qazancdır. Çünki bunun müsbət cəhəti var. Bu ilk olaraq göstərir ki, Azərbaycan qadını ictimai-siyasi məsələlərdə aktivdir, öndə gedir. Zənnimcə, əsas məsələ budur. Mehriban Əliyevanın şəxsiyyətinə gəldikdə heç də hesab etmirəm ki, buna etiraz etməyə əsas var. Əksinə, belə bir əsas yoxdur. Mehriban xanım Azərbaycan vətəndaşıdır, Milli Məclisin deputatıdır. Mən bu yaxınlarda Bakının Qala və Zirə kəndinə getmişdim. Gördüm ki, oralarda doğurdan da böyük işlər görülüb. Maraqlananda dedilər ki, bu işləri Mehriban Əliyeva həyata keçirib. Mənə elə gəlir ki, bu şəxs öz xalqına olan borcunu verə bilir. Buna onun istəyi də, meyli də, bacarığı da var.
- Axı Mehriban Əliyeva namizədliyini irəli sürən hazırkı prezidentin həyat yoldaşıdır...
- Birinci ledi kimi Mehriban xanımın imkanları yüksəkdir və bunu da xalqla bölüşür. Heab edirəm ki, bu da müsbət haldır. Burada qalır incə bir məqam. Mehriban Əliyeva ölkənin birinci xanımıdır. Onun namizədliyinin irəli sürülməsi bir növ Putinin zahiri bəzəyine oxşayır. Məncə, yaxşı olardı ki, ayrı bir şəraitdə Mehriban xanımın prezidentliyə namizədliyi irəli sürülsün. Fikrimcə, bu daha uyğun olar, xeyri də daha çox olardı.
- Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev Moskvaya gedən zaman həbs edilib. Onun çantasından Çar Rusiyasına məxsus olan qızıl sikkələr çıxıb. Muradverdiyevdə əməliyyatçılara “çantasından narkotik maddə deyil qızıl sikkə çıxardıqları” üçün təşəkkür edib. Siz də, bir zamanlar Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışmısınız. Bu məsələyə münasibət bildirməyiniz maraqlı olardı...
- Mən Akif Muradverdiyevi yaxından tanımıram, amma ümumi tanışlığımız var. Səhv etmirəmsə o, vaxtı ilə Azneftdə çalışıb. Amma bizdə bəzi addımlar mənim təəccübümə səbəb olur. Akif Muradverdiyev əvvəla yaşlı insandır, ikincisi mühüm dövlət vəzifəsində çalışıb, Heydər Əliyevlə illərlə ünsiyyətdə olub. Bir sözlə təcrübəli insandır. Mən inanmıram ki, belə təcrübəli insan çantasına qızıl sikkə qoyaraq icazəsiz Moskvaya getmək istəsin. Bu mənim ağlıma gəlmir. Amma nadir hallarda belə hallar da ola bilər. İnsan varsa, demək o ən adi məsələdə səhv edə bilər . Amma təcrübəli insanla bağlı belə halın olması ağlasığmazdır. Məndə öz təcrübəmə əsaslanaraq hüquq mühafizə orqanlarının bu addımlarına bələd insanam. Vaxtı ilə onlar mənim evimdə axtarış aparanda mənzilimdən silah və narkotik maddə “tapmışdılar”. Onlar istəsələr evdən atom bombası, nüvə silahı belə tapa bilərlər. Buna dəqiq inanın. Bununla bağlı yüksək təcrübə var.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novruz Məmmədov: "Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu"

    Novruz Məmmədov: "Prezident İlham Əliyevin ...

    4-04-2016, 00:07

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi nədən xəbər verir?

    Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi ...

    15-07-2013, 12:20

  • 
  • Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü (VİDEO, Yenilənib)

    Mehriban Əliyevanın prezidentliyə namizədliyi ...

    22-06-2013, 22:53

  • 
  • ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında

    ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında ...

    27-06-2013, 13:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu