GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bütün hallarda Milli Şura saxlanılacaq”

“Bütün hallarda Milli Şura saxlanılacaq”

Tarix: 4-12-2013, 18:27 Bölmə :Müsahibə Baxış: 652
“Bütün hallarda Milli Şura saxlanılacaq”
Mirmahmud Mirəlioğlu: “Rəsulzadə ilə bağlı təkliflərimizi hakimiyyətə göndərəcəyik”

Suallara Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu cavab verib. O, əsasən şurada baş verən proseslərdən, struktur dəyişikliyindən, gözləntilərdən, dialoqdan və digər məsələlərdən danışıb.


- Mirmahmud bəy, Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən qəfil istefa edəcəyini gözləyirdinizmi?
- Xeyr. Bu mənim və Milli Şuranın üzvləri üçün gözlənilməz addım oldu. Bu hətta Rüstəm İbrahimbəyovun özünün nəzərdə tutduğu planları baxımından da gözlənilməz olub. Əlbəttə, biz Rüstəm İbrahimbəyovun yerinə danışa bilmərik. Ancaq bu bizim üçün gözlənilməz və həm də doğru addım deyildi.

- Nəyə görə, bu istefanı doğru addım hesab etmirsiniz?
- Bu gün Milli Şuranın sessiyasındakı çıxışımda bu barədə mövqeyimi açıqlayacağam.

- Sizə elə gəlmirmi ki, artıq Rüstəm İbrahimbəyov tədricən müxalifət düşərgəsini tərk edir?
- Bunlar müzakirə mövzusu olan məsələlərdir. Rüstəm müəllimin istefa qərarı, Milli Şura üzvlərinə müraciəti var. Sessiyadakı çıxışdan qabaq mətbuata danışmağı etik hesab etmirəm. Sessiya zamanı fikrimi deyəcəyəm. Ondan sonra isə suallara cavab verə bilərəm.

- Milli Şuranın fəaliyyətinin olub-olmayacağı haqda nə düşünürsünüz?
- KXCP olaraq bu haqda sentyabrın 30-da Ali Məclisimizdə müzakirə aparmışıq. Milli Şuranın qalıb-qalmayacağı, forması, bunun yolları və fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələrimiz olub. Biz bu haqda şuranın sessiyasında ümumi şəkildə danışmışıq, işləri necə gördüyümüzü, bunun necə olmalı olduğunu söyləmişik. Amma konkret təkliflərimizi və baxışlarımızı deməmişik, çünki bu haqda məsələ gündəlikdə olmayıb. Amma indi bu məsələlər aktuallıq kəsb etdiyi və ciddi müzakirə istədiyi üçün açıqlamağı planlaşdırırıq. Milli Şuranın fəaliyyəti, eləcə də strukturları təkmilləşməlidir. Bunların hər biri haqda konkret fikrimizi bu gün sessiyada açıqlayacağıq. Milli Şura çevik bir quruma çevrilməlidir. İdarəetmə sistemində dəyişiklik olmalıdır. Təbii ki, partiyaların mövcudluğu, fərdlərin iştirakı kimi məsələlər nəzərə alınmalıdır. Əməkdaşlıq formatı diqqətə alınmalıdır. Daha hər şeyi bir nəfərin çıxışı üzərinə kökləmək doğru deyil.

- Bu günə qədər təklif edilirdi ki, şurada həmsədrlik institutu yaradılsın, Cəmil Həsənli və Rüstəm İbrahimbəyov həmsədrlər olsun. İndi İbrahimbəyov istefa verib. Bundan sonra sədrlik institutu saxlanılacaq, yoxsa həmsədrlik ideyasına üstünlük veriləcək?
- Təklif sədrdən gəldiyi üçün bu məsələyə münasibət başqa cür idi. Zamanında da buna münasibət bildirildi. Bir müddət keçdikdən sonra ortaya istefa faktı qoyuldu. Bu mənada bütün bunların bir-birinə bilərəkdən qarışdırıldığını, yoxsa təbii şəkildə qarışdığını bilmirəm. Amma bu gün bütün bunlarla bağlı dəyərləndirmə mütləq olmalıdır. Həm də 2013-cü il prezident seçkilərinin nəticələri haqda oktyabrın 24-də keçirilən sessiya zamanı ilkin müzakirələr olub. Bundan sonra seçkiyə ümumi qiymət verilməyib. Bu məsələlər müzakirəyə çıxarılmayıb.

- Milli Şuranın sessiyasının gec keçirilməsinə səbəb nədir, bu sizi narahat etmirmi?
- Bunun müəyyən səbəbləri var. Həm də burada başqa məsələlər də var.

- Hansı məsələlər?
- Məsələn, sessiyanın yeri və ya vaxtı ilə bağlı bəzən iki-üç adamın xəbəri olur. Əslində isə bundan hamının vaxtında xəbəri olmalıdır. Bir də deyilir ki, filan məsələ ilə bağlı müzakirə aparılır, konsensusla qərar qəbul ediləcək. Bundan sonra da fikir soruşulur və bununla da məsələ bitir. Məncə, bütün bunlar doğru deyil. Onun üçün də təkmilləşmə olmalı, sessiyalar arası bir qurum fəaliyyət göstərməlidir. İndi bu institut olmadığından məsələlər də çətin olur. Obyektiv səbəblərdən də sessiyaların keçirilməsində gecikmələr olur. Sonuncu sessiya oktyabrın 24-də olub. Əsasnamədə isə iki həftədən bir sessiya keçirilməsi nəzərdə tutulur. Ola bilsin ki, əsasnamədə də dəyişikliklər ediləcək. Öncədən qeyd olunmuşdu ki, ayda bir dəfədən gec olmayaraq sessiyalar keçirilsin. Təəssüf ki, o zaman məsələ hay-küylə müşahidə edildi. Belə vəziyyətdə isə təkliflərin hamısı müzakirə edilmir və ya keçmir. İndi yenidən buna qayıdılır ki, ayda bir dəfədən gec olmayaraq sessiya keçirilsin.

- Milli Şuranın gələcəyi ilə bağlı iki təklif var: Milli Şura indiki formatda saxlanılsın və ya müxalifətin məsləhətləşmə mərkəzi kimi fəaliyyətini davam etdirsin. Siz bu təkliflərin hansını müdafiə edirsiniz?
- İki təklif deyil, daha çox təkliflər var. Bütün hallarda Milli Şura saxlanılacaq. Amma bu cür iş prinsipi olmaz. Bu mənada dəyişikliklər mütləq olmalıdır. Əvvəlki dövrdə məsələləri daha çox mitinqlər və debatlar həll edirdi. Seçki Qərargahının vəkilləri, yerlərdəki səlahiyyətli nümayəndələrin işləri də asanlaşırdı. Başqa sözlə, daha iş görməyə ehtiyac qalmırdı. Amma indi bütün bunlar yoxdur. Odur ki, dəyişikliklər və təkmilləşmə həyata keçirilməlidir.

- Rəsul Quliyevin Milli Şuradan istefasını necə qiymətləndirirsiniz?
- İstefaları normal qəbul etmək, bəzilərini də təəssüflə qarşılamaq lazımdır. Nəhayət ki, Azərbaycanda bu məsələlər tədricən düzəlir. Həm də hazırda söhbət etdiyiniz şəxs Azərbaycanda ən böyük istefa müəllifidir. Mən millətin verdiyi mandatdan imtinanın müəllifiyəm. Hesab edirəm ki, bu istefaların heç biri qərəzlə müzakirə edilməli deyil. Hər şey normal formada getməli və əsas fikir dartışması olmalıdır.

- Müəyyən partiyalar Milli Şuradan getdi, İbrahimbəyov sədrlikdən, Rəsul Quliyev üzvlükdən istefa verdi. Sizcə, müxalifətin yenidən bir çətir altında toparlanması üçün yeni təşəbbüslərə ehtiyac varmı?
- Milli Şuranın opponentlərinin dedikləri çox zaman qulaqardına vurulur. Onların dediklərində elə məsələlər var ki, nəzərə alınmalıdır. Milli Şuranın fəaliyyəti iki mərhələli qiymətləndirilməlidir. Birinci mərhələdə seçki bitdi və şuranın seçki ilə bağlı missiyası başa çatdı. İkinci mərhələ indiki mərhələdir ki, burada yeni dəyərləndirmə olmalıdır. Burada da söz axtarışına çıxanlar var. Yəni Milli Şurada olanlar, oradan gedənlər və gələcəkdə bu quruma gələnlər hazırkı vəziyyətdə münasibət və mövqelərini dəyişdirib yeni münasibət formalaşdırmayacaqlarsa, qarşıya qoyulan məqsədə çatmaq da çətin olacaq.

- Hakimiyyət-müxalifət dialoquna ehtiyac varmı?
- Bununla bağlı bizim fikrimiz olub və bunu da açıqlamışıq. Mən bilmirəm, jurnalistlərlə dövlət başçısı arasındakı görüşün hazırlanması üçün nə qədər vaxt həsr edilib. Siyasi partiyalarla görüş də, bu qədər vaxt aparacaq bir məsələdir. Gündəlik formalaşdırıla və belə bir müzakirə aparıla bilər. Bunu da ancaq hakimiyyət edə bilər. İkinci bir ciddi məsələ var. Dövlət başçısının çıxışında dialoq ifadəsi işlədilmədi. Əksinə, dövlət başçısı münasibətlər haqqında xüsusi danışdı. Məncə, dialoq məsələsini bilərəkdən ortaya atırlar ki, hakimiyyətdə bir qıcıq yaransın və son nəticədə bu baş tutmasın. Amma görünən budur ki, Məhəmməd Əmin Rəsulzadənin yubileyinin qeyd edilməsi, özü də təkliflərin ancaq Nazirlər Kabinetində irəli sürülməməsi yaxşı haldır. Qeyd edim ki, bu istiqamətdə təkliflər çoxdur. Bu məsələ ilk dəfə olduğundan ictimaiyyətin də təklifləri nəzərə alınmalıdır. KXCP-nin də Rəsulzadənin 130 illik yubileyinin qeyd edilməsinə dair təkliflər zərfi var. Biz bu təklifləri hakimiyyətə göndərəcəyik. İqtidara təqdim edəndən sonra mediaya da açıqlayacağıq. Bütün bunların özü artıq müəyyən addımların reallaşacağından xəbər verir. Amma yenə də, top iqtidardadır.

- Azərbaycan hakimiyyətinin nə Avropa, nə də Rusiya ilə bir blokda olmamaq yanaşmasını necə qiymətləndirirsiniz?
- Bu müvəqqəti haldır və həm də dəyərləndirilməlidir. Əlbəttə, bu bir müddət yüksək qiymətləndiriləcək. Amma Azərbaycanın Avropaya inteqrasiyası daha çox olmalıdır. Əlbəttə, biz Avropa ilə çoxsaylı müqavilələr imzalamışıq və bu çox yaxşı haldır. Biz Avropaya inteqrasiyanın tərəfdarıyıq. Bir müddətdən sonra Azərbaycan seçim qarşısında qalacaq. Bu seçimi nə cür edəcəyini isə hökumətdən savayı heç kim deyə bilməz.

Söhbətləşdi: Nemət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi sonacan müdafiə olunacaq”

    “Rüstəm İbrahimbəyovun namizədliyi sonacan ...

    13-08-2013, 00:33

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib)

    Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib) ...

    11-06-2013, 17:35

  • 
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu