GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? – Adil Qeybulla səbəbləri açıqladı

Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? – Adil Qeybulla səbəbləri açıqladı

Tarix: 24-07-2026, 18:56 Bölmə :Müsahibə Baxış: 20

“Azərbaycanda orqan nəqli və transplantasiyanın inkişafı üçün müasir infrastruktur yaradılmalıdır. Bunun üçün ilk növbədə donor bankı formalaşdırılmalıdır”.


Bunu açıqlamasında professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, donor bankı vahid səhiyyə sistemi kimi fəaliyyət göstərməlidir ki, ölkənin istənilən bölgəsində donor orqanı yarandığı anda onun qısa müddətdə ehtiyacı olan xəstəyə çatdırılması mümkün olsun:

“Belə bir sistem hələlik mövcud deyil. Düzdür, bununla bağlı müəyyən mərkəz yaradılıb və Etika Komissiyası fəaliyyət göstərir. Lakin həmin komissiyanın əsas vəzifəsi orqan verən və qəbul edən şəxslərin yaxın qohum olub-olmadığını, eləcə də prosesdə hər hansı kriminal halın mövcudluğunu araşdırmaqdan ibarətdir”.

Professor bildirib ki, ölümündən sonra orqan bağışlanması ilə bağlı tətbiq olunan mexanizm də problemi tam həll etmir:

“Birincisi, həmin şəxslərin nə vaxt vəfat edəcəyi məlum deyil. İkincisi, ölüm anında orqanların transplantasiya üçün yararlı olub-olmayacağı da sual altındadır. Bu, müsbət tendensiyadır, lakin hələlik problemin həllində çox məhdud rol oynayır. Məsələn, dializ xəstələri gözləyə bilmir. Onların vəziyyəti günbəgün ağırlaşır. Kiminsə nə vaxtsa vəfat edəcəyi və həmin orqanın konkret xəstəyə uyğun gəlib-gəlməyəcəyi əvvəlcədən bilinmir. Ona görə də bu, praktik baxımdan real çıxış yolu deyil”.

Adil Qeybullanın fikrincə, əsas diqqət beyin ölümü baş vermiş şəxslərin donor kimi istifadəsinə yönəldilməlidir:

“Bu gün belə hallar kifayət qədərdir. Məsələn, ağır yol-nəqliyyat hadisəsi nəticəsində beyin ölümü baş vermiş şəxslərin orqanlarının götürülməsinə hüquqi və tibbi baxımdan operativ icazə verilməlidir. Təəssüf ki, valideynlərin və ümumilikdə cəmiyyətin böyük hissəsi psixoloji baxımdan buna hazır deyil. Bu problem həllini tapmalıdır. Axı niyə qardaş, bacı, ata və ya ana öz orqanını başqa şəxsə verməyə məcbur olmalıdır? İnsanlar bunu çox vaxt çıxılmaz vəziyyətdə edirlər və bununla öz sağlamlıqlarını da riskə atırlar. Dünyada bu məsələ hansı mexanizmlərlə tənzimlənirsə, Azərbaycanda da həmin təcrübə tətbiq edilməlidir”.

Professor hesab edir ki, problemin həlli üçün hüquqi baza da tam təkmilləşdirilməlidir:

“Hüquqi prosedurlar elə qurulmalıdır ki, bu sahədə kriminal hallara heç bir imkan qalmasın. Bu, son dərəcə vacib məsələdir. Hələ də orqan transplantasiyası ilə bağlı müxtəlif kriminal söhbətlər dolaşır. Vaxtilə Azərbaycanda orqan qaçaqmalçılığı halları mövcud idi. Milli Təhlükəsizlik Nazirliyi bunun qarşısını aldı. Ancaq yenə də hesab edirəm ki, bu sahədə kriminal risklər tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətin bu məsələyə münasibəti də beynəlxalq humanizm prinsiplərinə və yüksək mərhəmət hissinə əsaslanmalıdır”.

Adil Qeybulla qeyd edib ki, hazırda dünyada heyvan orqanlarının, xüsusilə də donuz orqanlarının insanlara transplantasiyası istiqamətində ciddi elmi araşdırmalar aparılır:

“Donuzun genotipi gen mühəndisliyi vasitəsilə insan genotipinə mümkün qədər yaxınlaşdırılır. Məqsəd transplantasiyadan sonra orqanizmin həmin orqanı  rədd etməsinin qarşısını almaqdır. Çünki orqan köçürülməsi əməliyyatın sonu demək deyil. Ən  böyük problemlərdən biri transplantasiya edilmiş orqanın immun sistemi tərəfindən rədd edilməsidir. Bəzən köçürülmüş orqan orqanizmdə fəaliyyət göstərə bilmir və bədən onu qəbul etmir. Bu proses birbaşa immun sisteminin xüsusiyyətlərindən asılıdır. Ona görə də transplantasiyadan sonra da çoxsaylı tibbi problemlər qalır. Hazırda molekulyar biologiyanın nailiyyətləri sayəsində donuz orqanlarının insanlara uğurla köçürülməsi istiqamətində ciddi elmi işlər aparılır və gələcəkdə bu sahədə mühüm nəticələrin əldə olunacağı gözlənilir”.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə nazirliyindən təklif — "Azərbaycanda orqan satışına icazə verilsin"

    Səhiyyə nazirliyindən təklif — "Azərbaycanda ...

    9-02-2018, 15:40

  • 
  • Azərbaycanda bu orqanların transplantasiyasına icazə veriləcək - SİYAHI

    Azərbaycanda bu orqanların transplantasiyasına ...

    5-06-2018, 12:41

  • 
  • Orqanların çatdırılması üçün nəzərdə tutulan dronlar

    Orqanların çatdırılması üçün nəzərdə tutulan ...

    6-11-2019, 11:33

  • 
  • Azərbaycanda məktəblilər “orqan mafiyası” tərəfindən qaçırılıb? - DİN-dən açıqlama

    Azərbaycanda məktəblilər “orqan mafiyası” ...

    10-10-2018, 14:11

  • 
  • Prokurorluq ABU-da insan orqanlarının qanunsuz transplantasiyasına münasibət bildirib

    Prokurorluq ABU-da insan orqanlarının qanunsuz ...

    11-07-2013, 17:00


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu