GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiyada “ölkədən necə çıxaq?” axtarışları rekord qırır – Müharibədən bəri ən yüksək hədd !

Rusiyada “ölkədən necə çıxaq?” axtarışları rekord qırır – Müharibədən bəri ən yüksək hədd !

Tarix: 27-07-2026, 19:46 Bölmə :Ölkə / Dünya Baxış: 73


Rusiyada xaricə getmək imkanları ilə maraqlananların sayı kəskin artıb. Vətəndaşlar internetdə xarici pasportun nə qədər müddətə hazırlandığını, hansı ölkələrə vizasız getməyin mümkün olduğunu və ölkədən çıxış üçün icazə məsələlərini əvvəlkindən daha çox axtarmağa başlayıblar.


Gundemxeber.com xarici agentliklərə istinadən xəbər verir ki, son beş ildə Google Trends-də, 2024-cü ildən etibarən isə “Yandex”də Rusiyanı tez bir zamanda tərk etməklə bağlı axtarışların dinamikasını araşdırıb.

Araşdırmaya görə, yanacaq böhranı və iri ticarət obyektlərinə hücumlar fonunda bu mövzular üzrə bir sıra axtarışlar rekord yeniləyib və ya tarixi maksimuma yaxınlaşıb.

“Xarici pasport nə qədər müddətə hazırlanır?” sorğusu 2026-cı ilin iyununda “Yandex”də 26 339 dəfə axtarılıb. Bu, araşdırılan dövr üzrə rekord göstəricidir. 2024-cü ilin noyabrında eyni sorğu cəmi 8 203 dəfə edilmişdi. Beləliklə, maraq 221 faiz, yəni üç dəfədən çox artıb.

Əvvəlki rekord 2025-ci ilin iyulunda qeydə alınmış 21 616 axtarış idi. İndiki göstərici bundan da təxminən 22 faiz yüksəkdir. İyul ayında Moskva sakinləri xarici pasport almaq üçün boş qəbul vaxtlarının olmamasından kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Google Trends də oxşar mənzərə göstərir. Burada axtarışların sayı deyil, populyarlıq səviyyəsi 0-dan 100-dək şkala ilə ölçülür. 2026-cı ilin mayında “xarici pasport nə qədər müddətə hazırlanır?” sorğusu son beş ildə ilk dəfə maksimum – 100 bala çatıb. Bundan əvvəlki pik yanvar ayında təxminən 96 bal olmuşdu.

“Vizasız getmək” sorğusu da rekord yeniləyib. İyun ayında bu ifadə “Yandex”də 1 251 dəfə axtarılıb. Bu, marağın ən aşağı olduğu 2025-ci ilin fevralı ilə müqayisədə 118 faiz çoxdur. Mart 2026-da qeydə alınmış əvvəlki maksimumla müqayisədə də göstərici 12 faiz artıb.

“Ölkədən çıxış icazəsi” ilə bağlı axtarışlar da ötən ilin rekorduna yaxınlaşıb. İyun ayında bu sorğu 20 629 dəfə edilib və 2025-ci ilin iyulundakı tarixi maksimumdan cəmi 10,5 faiz geri qalır.

Google Trends-də isə “çıxış vizası” sorğusu 2026-cı ilin iyulunda son beş ilin maksimumu olan 100 bala çatıb. Müqayisə üçün, əvvəlki pik 2023-cü ilin martında cəmi 49 bal idi. “MO” bundan əvvəl Rusiya hakimiyyəti daxilində ölkədən çıxış vizalarının yenidən tətbiq edilməsinin müzakirə olunduğunu yazmışdı.

Lakin Rusiyanı tərk etmək istəyənlərin bir hissəsinin belə imkanı artıq yoxdur. “Memorial”ın məlumatına görə, iyunun sonuna ölkədə 1 680 siyasi məhbus var. Siyasi motiv əlamətləri olan işlər çərçivəsində azadlıqdan müxtəlif formalarda məhrum edilmiş şəxslərin sayı isə 5 567 nəfərə çatıb. Buraya koloniyalarda və istintaq təcridxanalarında saxlanılanlar, ev dustaqlığında olanlar, məcburi müalicə və məcburi əməyə göndərilənlər daxildir.

Təkcə ilin ikinci rübündə hüquq müdafiəçiləri siyasi motivli təqib əlamətləri olan 513 yeni hadisə müəyyən ediblər. Onlardan 350-də şəxslər azadlıqdan məhrum ediliblər.

Ölkədən çıxışına borclar səbəbindən məhdudiyyət qoyulanların sayı da sürətlə artır. 2026-cı il yanvarın 1-nə FTX-nin Sərhəd Xidmətində məhkəmə icraçılarının ölkədən çıxışın məhdudlaşdırılması barədə 8,9 milyon qüvvədə olan qərarı mövcud olub. Bir il əvvəl bu göstərici 6,3 milyon idi. Artım 41,5 faiz təşkil edib


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Onun paylaşımları rekord qırır - FOTOLAR

    Onun paylaşımları rekord qırır - FOTOLAR ...

    10-10-2017, 15:55

  • 
  • Xorvatiyanın seksual xanım Prezidenti bu fotoları ilə rekord qırır — FOTOLAR

    Xorvatiyanın seksual xanım Prezidenti bu fotoları ...

    11-07-2016, 23:17

  • 
  • Ərdoğanın videosu rekord qırır - (Video)

    Ərdoğanın videosu rekord qırır - (Video) ...

    31-01-2014, 22:27

  • 
  • Türkiyə lirəsi rekord səviyyədə dəyərsizləşib

    Türkiyə lirəsi rekord səviyyədə dəyərsizləşib ...

    8-10-2020, 14:46

  • 
  • ABŞ-da günlük yoluxma sayında rekord

    ABŞ-da günlük yoluxma sayında rekord ...

    4-12-2020, 20:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu