GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Kremlin Stalin “sevgisi”… – Putin “Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?

Kremlin Stalin “sevgisi”… – Putin “Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?

Tarix: 27-07-2026, 23:52 Bölmə :Ölkə / Dünya Baxış: 20


Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsinin faktiki fiaskoya uğradığı anlaşılandan sonra Rusiyada stalinizm təbliğatı açıq və ardıcıl xarakter almağa başlayıb. Artıq Rusiyanın bir neçə şəhərində ruslar da daxil olmaqla, keçmiş SSRİ xalqlarına divan tutmuş, bütöv xalqları vətənindən sürgün etmiş, milyonlarla günahsız insanı repressiyalara məruz qoymuş, xalqalrın ziyalı təbəqəsini məhv etmiş, insanları aclıq, səfalət içərisində qoymuş İosif Stalinə yeni heykəllər qoyulub və qoyulmaqdadır.

Üstəlik, Volqoqradın adının Stalinqrada dəyişdirilməsi üçün hər cür təbliğat aparılmaqdadır, Kremlin təbliğat kanallarında gecə-gündüz Stalinə təriflər yağdırılır və sair. Bütün bu manyakal, əcaib təbliğatda Rusiya hakimiyyətinin demək olar, bütün elitası, o cümlədən şəxsən Vladimir Putin də iştirak edir.

Ən acınacaqlısı isə budur ki, Rusiya cəmiyyəti də bu təbliğatı “bəh-bəhlə” yeyir və bu zaman çoxları anlamır ki, stalinizmin təbliğatı Kremlin gələcək repressiyaları üçün zəmin yaratmağa xidmət edir. Görünür, Stalini və stalinizmi dəstəkləyən rusiyalılar, xüsusilə də ruslar repressiyalar, “NKVD üçlükləri”(üç nəfərlik məhkəmələr), gullələnmə hökmləri, bir sözlə, dövlət terroru üçün bərk darıxıblar…

Putin Rusiya Hərbi Dəniz Qüvvələri ilə keçirdiyi son görüşdə yenə Stalin mövzusuna qayıdıb. Rusiya başçısı Ukrayna ilə müharibədən danışarkən deyib ki, Ukraynanın hazırkı qərb əraziləri vaxtilə Stalin tərəfindən Ukraynaya “hədiyyə edilib”. Ancaq deməyib ki, həmin vaxt coğrafi olaraq başqa seçim də yox idi, bu əraziləri Ukraynadan başqa heç bir respublikaya “calamaq” mümkün deyildi.

Həmin çıxışında Putin rus ordusunun guya cəbhədə “durmadan irəlilədiyini” iddia etməklə yanaşı qeyd edib ki, Ukrayna özünün hazırkı qərb ərazilərini də itirəcək: “Əminəm ki, gec-tez Ukrayna bu qərb torpaqlarını itirəcək. Polşaya məxsus olan, Macarıstana məxsus olan Rumıniyaya məxsus olan torpaqları”.

Putin əlavə edib ki, Ukrayna qərb ərazilərini sabah, yaxud o biri gün yox, bir-iki ildən sonra, bəlkə də 10-15 ildən sonra itirəcək. Və ən əsası, əlavə edib ki, “tarix hər şeyi öz yerinə qoyacaq”.

Birincisi, “Kiyevi üç günə alan” rus ordusunun böyük itkilərlə Donbasda bataqlığa ilişib qalması fonunda Rusiya başçısının “Ukrayna qərb torpaqlarını itirəcək” deməsi, çarəsizlik və acizliyin bariz göstəricisi, eləcə də Polşaya, Rumıniyaya, Macarıstana bir dövlət başçısına yaraşmayan şəkildə “göz vurmaq” kimi görünür. Əgər bütün ölkələr öz “tarixi ərazilərini” tələb etsələr, o zaman dünyada ya “böyük köç”, ya da hər bir qitədə böyük müharibələr başlamalıdır.

BMT, beynəlxalq hüquq və s. də ondan ötrüdür ki, bütün bunlar olmasın. Ona görə də normalda heç bir dövlət başçısı beynəlxalq hüquq tərəfindən tanınan qonşu ölkənin ərazilərinə göz dikməz. Üstəlik, Ukrayna artıq Rusiyanın timsalında onun torpaqlarına göz dikənlərin gözünü necə ova bildiyini 5 ilə yaxındır ki, sübut etməkdədir…

“Tarix hər şeyi öz yerinə qoyacaq” ifadəsinə gəlincə, bu, bir daha müasir Rusiyanın beynəlxalq hüquqla, qonşulara qarşılıqlı hörmətlə, gələcəyə hesablanmış sivil beynəlxalq münasibətlərlə deyil, uydurma tarixlə, imperiyaçılıq və işğal xəyalları ilə və ən əsası, gələcək yox, keçmişlə yaşadığını göstərir. Əgər Putinin nəzərdə tutduğu şəkildə “tarix hər şeyi öz yerinə qoyacaq”sa və tarixi ərazilər qaytarılacaqsa, o zaman maraqlıdır ki, bu halda indiki Rusiyanın özündən nə qalacaq?

Finlandiyadan Ukraynaya, tarixi Osmanlı ərazisi olmuş Krımdan Şimali Qafqaza, Çindən Yaponiyaya qədər bütün sərhədlər boyu Rusiaynın işğal etdiyi böyük ərazilər var. Hələ Tatarıstan, Bşqırdıstan və s. respublikaları demirik. Ukrayna torpaqlarını özünə sərf edən “tarix” əsasında bölüşdürən və tarixi ədalətdən dəm vuran Kreml, Rusiyanın hazırda malik olduğu ərazilər barədə düşnürmü?

Rusiyada hələ də çoxları başa düşmür ki, xüsusilə də Ukraynadakı fiaskodan sonra bu ölkənin, eləcə də onun başçısının taleyi artıq öz əlində deyil. Onun taleyini özü yox, yaxın ətrafı, Qərb, Kiyev, rus mentaliteti və s. həll edir. O isə edə bildiyini artıq edib və Rusiyanı olduqca pis seçim variantları olan bir yol ayrıcına gətirib.

Rusiyanın başında duran şəxs sadəcə, qocalan, əvvəlki şuxluğunu, sağlamlığını, görkəmini, özunə inamını, eləcə də cəmiyyətin və ətraf dünyanın ona olan fiziki və mənəvi marağını itirmiş klassik “birinci katib” obrazına çevrilib. Artıq müharibə də onun özü kimi qocalıb… Onun özü üçün qarşıda gənclik görünmədiyi kimi, müharibədə də Rusiya üçün qələbə görünmür!/azpolitika.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lukaşenko Stalinə heykəl qoymaq istəyir

    Lukaşenko Stalinə heykəl qoymaq istəyir ...

    25-12-2019, 11:47

  • 
  • Məscidlərə seçki təbliğatı ilə bağlı tapşırıq verildi

    Məscidlərə seçki təbliğatı ilə bağlı tapşırıq ...

    26-07-2013, 13:18

  • 
  • ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

    ​Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - ...

    26-09-2017, 16:35

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • "Tramp Kremlin cibindədir" şərhi Putini güldürdü

    "Tramp Kremlin cibindədir" şərhi Putini ...

    14-06-2017, 11:29


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu