GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Elə bilirdilər oyuncaqdı" - Müəllimini güllələyən şagirdin atasına HÖKM OXUNDU

"Elə bilirdilər oyuncaqdı" - Müəllimini güllələyən şagirdin atasına HÖKM OXUNDU

Tarix: 28-07-2026, 13:38 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 9


Bu il fevralın 6-da “İdrak” liseyində müəllimini güllələyən şagirdin atasına hökm oxunub.

44 yaşlı Samir Şirinov məhkəmənin qərarı ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib:

“Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib. Silahları həmişə yataq otağının daxilində olan ayrıca qarderob otağında seyfdə saxlayıdrım. Qarderob otağının qapısı isə həmişə bağlı olub, hətta qapı xüsusi mexanizm vasitəsilə yığılıb. Qapı örtülü olarkən avtomatik bağlanırdı, açarı isə həyat yoldaşımın yataq otağında saxlayırdıq. Açarın bizdən başqası tərəfindən götürülməsi mümkün deyildi. Sadəcə həmin vaxt ailədə xeyir işə başımız qarışdığı üçün oğlum açıq olan qarderob otağına keçərək silahı götürüb”.

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Əli ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb:

“Həmin silahların ov silahı olduğunu bildirərək, hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Ona görə də həmin ilin dekabr ayında yeni il qabağı həyat yoldaşım mənə dedi ki, seyf çox köhnədir, paslıdır, seyfi qarderob otağından çıxarım. Düşündüm ki, yeni seyf alaram, ona görə də köhnə seyfi qarderob otağından çıxardaraq atdım. Silahları isə qarderob otağında gözlə görünməyən yerdə, ayaqqabı qutularının arxasında gizlətdim. Oğlum Əlinin silaha heç vaxt meyli yox idi. Əli ailəmizdə olan xeyir işə baş qarışdığından qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub”.

Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs, “İdrak” liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş Əlinin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib:

“Əlidən bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti isə ümumiyyətlə gözləməzdim. Hadisə anidən baş verib, həmin an Əlini ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Uşaqlardan "Əli elədi" dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb”.

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.

Əli isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb:

“Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar. Mən də silahı götürərək silahın şəklini və videolarını çəkib sinif yoldaşlarıma göndərdim. Sinif yoldaşlarım yenə mənə inanmadılar, elə bildilər ki, oyuncaq silahdır. Sonradan silahı aparıb yerinə qoymaq istəsəm də, qarderob otağının bağlı olduğunu gördüm. Ona görə də məcbur qalıb silahı öz atağıma apardım və fikirləşdim ki, silahı harda gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Fikriləşdim ki, qardaşı idmana gedəndə çantada silahı görüb bu barədə valideynlərinəə məlumat verər. Valideynləri də onu danlayıb, silahı ondan alıb yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı”.

Əli Şirinov bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər:

“Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım lakin nə atam, nə də anam yuxudan durmadı. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım”.

Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən Əli, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi ifadələr işlətdiyini deyib. Əlinin sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.

Xatırladaq ki, insident bu il fevralın 6-da “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi olan Əli Şirinov atasına məxsus ov tüfəngi ilə müəllimi Şəhla Kamilovaya atəş açaraq, xəsarət yetirib. Nəticədə o saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı hazırda davam edir./Lent.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mağazada quldurluq edənlərə hökm oxundu

    Mağazada quldurluq edənlərə hökm oxundu ...

    28-06-2016, 18:17

  • 
  • Dələduza hökm oxundu

    Dələduza hökm oxundu ...

    9-06-2016, 16:59

  • 
  • Oğru dəstəyə hökm oxundu

    Oğru dəstəyə hökm oxundu ...

    18-02-2016, 13:27

  • 
  • Müəllimini güllələyən şagird nə deyibmiş?    —    ŞOK FAKT

    Müəllimini güllələyən şagird nə deyibmiş? — ŞOK ...

    6-02-2026, 18:00

  • 
  • Baş redaktora hökm oxundu – 1 il 6 ay

    Baş redaktora hökm oxundu – 1 il 6 ay ...

    14-01-2016, 21:26


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu