GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Üç həftəlik sükut bitir – Paşinyan qayıdır, Anna isə...

Üç həftəlik sükut bitir – Paşinyan qayıdır, Anna isə...

Tarix: 28-07-2026, 13:42 Bölmə :Ölkə / Dünya Baxış: 10


Sabahdan Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. İyulun 10-da başlayan və iyulun 29-dək davam edən üç həftəlik istirahət dövrü artıq yekunlaşır. Ermənistan hökuməti bu barədə qərarı iyulun 9-da rəsmən açıqlamışdı. Beləliklə, baş nazir ölkənin seçkilərdən sonrakı ən həssas siyasi mərhələlərindən birində təxminən üç həftəlik məzuniyyətə çıxmış oldu.

Bu müddətdə Ermənistanın siyasi həyatında zahiri sakitlik hökm sürürdü. Hökumətin iclasları baş nazir olmadan keçirildi, yüksək səviyyəli siyasi bəyanatlar səslənmədi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dair yeni tarix açıqlanmadı. Müxalifət də genişmiqyaslı etiraz aksiyaları təşkil edə bilmədi. Lakin bu sakitlik ölkədə bütün problemlərin həll olunduğu anlamına gəlmir. Əksinə, müşahidəçilərin fikrincə, Ermənistan böyük siyasi qərarlar ərəfəsindədir və həm hakimiyyət, həm də müxalifət növbəti mərhələyə hazırlaşır.

Diqqət çəkən məqamlardan biri də Paşinyanın bu dəfə məzuniyyətini gizlətməməsi oldu. O, istirahət günlərini demək olar ki, hər gün sosial şəbəkələrdə nümayiş etdirdi. Baş nazir dağ yürüşlərindən, hovuzda üzdüyü anlardan, kafe və restoran ziyarətlərindən, kilsələrdə etdiyi ibadətlərdən, təbiət qoynunda keçirdiyi vaxtdan görüntülər paylaşdı.

Son günlər isə onun kitab mütaliəsi Ermənistan mediasında ayrıca müzakirə mövzusuna çevrildi. Paşinyan Aleksandr Puşkinin "Yevgeni Onegin" və digər əsərləri oxuduğunu açıqladı, daha sonra izləyicilərinə "Siz hazırda hansı kitabı oxuyursunuz" sualı ilə müraciət etdi.

Lakin son 3 həftədə diqqətdən yayınmayan başqa bir detal da var. Paşinyan istirahət görüntüləri paylaşdığı günlərdə keçmiş həyat yoldaşı Anna Akopyanın sosial şəbəkə hesablarında tamamilə fərqli mənzərə müşahidə olunurdu. Hazırda ABŞ-da olan Anna Akopyan demək olar ki, hər gün işgüzar fəaliyyətini əks etdirən paylaşımlar edir. O, müxtəlif görüşlər, ictimai təşəbbüslər və beynəlxalq əlaqələrlə bağlı məlumatlar paylaşır. Son paylaşımlarında isə Ermənistanda ailə münasibətləri, məişət zorakılığı, qadın hüquqları, sağlamlıq hüquqları, sosial müdafiə və digər qanunvericilik təşəbbüslərinə toxunur, həmin qanunların mahiyyətini izah edir və bu mövzularla bağlı öz fikirlərini bölüşür.

Paşinyan Anna Akopyandan ayrıldı

Beləliklə, Ermənistanın "birinci ailəsi" bu yay iki fərqli informasiya xətti seçib. Baş nazir istirahət, idman, təbiət və kitablarla gündəmə gəlir, Anna Akopyan isə ictimai və hüquqi məsələlər, sosial layihələr və beynəlxalq fəaliyyətini ön plana çıxarır. Bu fərqli kommunikasiya xətti Ermənistan mediasında da geniş müzakirə olunur.

Sabah isə Paşinyanın məzuniyyəti bitir və iş başına qayıdır. Bununla da Ermənistanın siyasi gündəminin yenidən aktivləşəcəyi gözlənilir. Çünki baş nazirin məzuniyyəti bitsə də, ölkənin qarşısında duran mürəkkəb məsələlər məzuniyyətə çıxmayıb.

İrəvanı ilk növbədə Azərbaycanla yekun sülh müqaviləsinin taleyi düşündürür. Bununla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması, regional kommunikasiyaların açılması, Rusiya ilə münasibətlərdə artan gərginlik, Qərblə inteqrasiyanın sürətlənməsi və seçkilərdə məğlub olmuş müxalifətin bundan sonrakı strategiyası da hökumətin qarşısında duran əsas siyasi gündəmlər sırasındadır.

Məhz buna görə də Paşinyanın sabahdan başlayacaq iş rejimi əvvəlki aylardan daha mürəkkəb görünür. Son üç həftə ərzində Ermənistan siyasi baxımdan sakit görünsə də, bu sakitlik altında həllini gözləyən çoxsaylı məsələlər toplanıb. İndi isə bütün diqqətlər yenidən hökumət rəhbərinə yönələcək. Paşinyanın məzuniyyətdən sonra atacağı ilk addımlar həm Ermənistanın daxili siyasi prosesləri, həm də regionda formalaşan yeni geosiyasi mənzərə baxımından diqqətlə izlənəcək.../musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13

  • 
  • Sabahdan Azərbaycanda bir həftəlik tətil başlayır

    Sabahdan Azərbaycanda bir həftəlik tətil başlayır ...

    30-12-2019, 10:52

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Radikal “Sasna tsrer” təşkilatı Paşinyana müxalifət olmağa hazırlaşır?

    Radikal “Sasna tsrer” təşkilatı Paşinyana ...

    28-05-2018, 13:47


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu