Gundemxeber.az » Ölkə » Təbrizdəki azərbaycanlı fəalların 85 illik həbs cəzası ləğv edilmədi
Təbriz həbsxanasında saxlanılan azərbaycanlı fəal Yürüş Mehrəlibəyli yeni iş üzrə 3 il 7 ay 17 gün həbs cəzasına məhkum edilib. Xəbəri İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) yayıb.
Təbriz İnqilab Məhkəməsinin qərarına əsasən o, "rejim əleyhinə təbliğat aparmaq" ittihamı ilə 7 ay 16 gün, "insanları müharibəyə və qırğına təhrik etmək" maddəsi ilə isə 3 il 1 gün müddətinə azadlıqdan məhrum olunub.
Mehrəlibəyli bundan əvvəl də Təbriz İnqilab Məhkəməsinin qərarı ilə "qanunsuz qrup yaratmaq" ittihamı ilə 6 il 2 ay, "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" maddəsi ilə isə 3 il 7 ay (ümumilikdə 9 il 9 ay) həbs cəzası almışdı; həmin hökm hazırda İran Ali Məhkəməsində araşdırılır.
Gundemxeber.org bildirir ki, İranlı fəalların AzadlıqRadiosuna verdiyi məlumata görə, Təbriz Apellyasiya Məhkəməsi Y.Mehrəlibəylinin də aralarında olduğu 13 mədəni fəalın ümumilikdə 85 il 9 aylıq həbs cəzasını qüvvədə saxlayıb. Fəallar milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əlbir olmaqda ittiham olunurlar.
HRANA mayda yazırdı ki, 2025-ci ildə İranda etnik mənsubiyyəti və ya milli azlıq kimliyi ilə əlaqədar ümumilikdə 302 nəfər saxlanılıb ki, bu da əvvəlki illə müqayisədə 15.2 faiz artım deməkdir. Bu həbslərdən azı 186-sı məhkəmə qərarı olmadan həyata keçirilib. Bir çox hallarda rəsmi ittihamlar açıqlanmasa da, onların etnik hüquqlar uğrunda fəaliyyətlərinə görə saxlanıldıqları ehtimal edilir.
Gundemxeber.org
15-07-2013, 10:38
13-07-2020, 14:00
15-03-2021, 16:11
27-08-2018, 12:23
6-07-2020, 17:20
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?