Gundemxeber.az » Ölkə » ADY Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərlə birlikdə qeyd edib




Azərbaycan Dəmir Yolları (ADY) Beynəlxalq Kitabsevərlər Günü münasibətilə Bakı Dəmiryol Vağzalında xüsusi aksiya təşkil edib.
Gundemxeber.org xəbər verir ki, bu barədə ADY mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Parlaq İmzalar Nəşriyyatı ilə birgə keçirilən tədbir çərçivəsində sərnişinlərə ədəbiyyatla bağlı maraqlı suallar ünvanlanıb. Sualları düzgün cavablandıran iştirakçılara kitablar hədiyyə edilib.
Aksiya zamanı səfər öncəsi sərnişinlərlə mütaliə sevinci bölüşülüb, onların yol yoldaşı olacaq yeni kitablar təqdim olunub.
ADY Beynəlxalq Kitabsevərlər Günü münasibətilə bütün kitabsevərləri təbrik edərək, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz bir səyahətlə başlamasını arzulayıb.
Gundemxeber.org
10-03-2021, 17:21
12-02-2021, 14:52
16-04-2019, 16:35
1-10-2018, 16:45
6-09-2017, 13:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?