Dekabrın 6-da Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların (KAXCP, Müsavat, ADP, , Azadlıq, VİP, Aydınlar, ALDP, AXP, Azad Demokratlar, BAP) rəhbərlərinin jurnalist Xədicə İsmayılovanın həbsi ilə bağlı təcili məsləhətləşmələri olub. Musavat.com-a verilən məlumata görə, görüşdə Xədicə İsmayılın həbsi ölkədə son dövrdə genişlənməkdə olan siyasi repressiyaların növbəti aktı kimi pislənib və onun dərhal azad olunması tələb edilib. Yaranmış vəziyyətlə bağlı növbədənkənar toplantının keçirilməsi məqsədəuyğun sayılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?