GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Çətin həyat yaşamışam” - MÜSAHİBƏ

“Çətin həyat yaşamışam” - MÜSAHİBƏ

Tarix: 9-10-2015, 19:53 Bölmə :Ölkə Baxış: 0
“Çətin həyat yaşamışam” - MÜSAHİBƏ

Hazırda ekranların ağlar gözlü Nazlısı olan Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibovayla səmimi söhbəti təqdim edirik. - Rada xanım, Azər Paşa Nemət teatra bədii rəhbər və baş rejissor təyin olundu. Bu qərarı Siz necə qarşıladınız? - Çox sevindim. Doğrudur, indiyə kimi Azər Paşa müəllimlə işləməmişəm. Amma o bilir ki, ona hörmətim, sevgim sonsuzdur. Tamaşalarına da sevə-sevə baxmışam. Sevdiyim rejissorlardan Bəhram Osmanov, Nicat Kazımovun bir çox işlərini də bəyənirəm. Mikayıl Mikayılovun tamaşalarına dönə-dönə baxmışam. Ola bilsin ki, kiminsə adını unutdum. İstedadlı, sözünüdemiş rejissorların tamaşalarını hər zaman izləmişəm. Yaxşı iş varsa, buna göz yummaq mümkün deyil. Genişqəlbli, dürüst olmaq lazımdır. Məncə, Azər Paşa Nemətin teatra bədii rəhbər və baş rejissor təyin olunması teatr üçün hər mənada faydalı olacaq. - Gəncədən gələn bir aktrisanın “Azdrama”nın səhnəsində qərar tutması çoxmu çətin oldu? - Əlbəttə, çətin oldu. Burada hər şeyi sıfırdan başlamalı idim. Uşaqlıqda həkim olmaq istəyirdim, məktəbin son siniflərində fikrimi dəyişdim və dedim ki, aktrisa olacam. Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim. Amma aktyorluğa deyil. Çünki qiyabi oxumağa məcbur idm və aktyorluq ixtisasının qiyabi şöbəsi yox idi. Kulturologiya fakültəsinin prodüser ixtisasına daxil oldum, həm təhsil aldım, həm də o dönəm işləməyə başladım. Ancaq ilk iş yerim Gəncə Teatrı olub. O vaxt 16 yaşım var idi və universitetdə oxumurdum. O teatrın səhnəsində “Ağakərim xan Ərdəbili” tamaşasında Leyla, “Nəsrəddin” tamaşasında Pəri, “Oqtay Eloğlu” əsərində Sevəri canlandırdım. Teatr təcrübəmi teatrda işləyə-işləyə qazandım. Təhsilimlə əlaqədar Bakıya yerləşməli oldum, kirayədə qalırdım, ona görə eyni vaxtda bir neçə işin qulpundan tuturdum ki, dolana bilim. Bir müddət İrəvan Teatrından çalışdım, orada həmişə əsas obrazlar canlandırdım. Hətta bir müddət işlə bağlı Muğam Teatrına da gedirdim. Akademik Milli Dram Teatrına qəbul olunmaq bir az çətin idi. Teatra 2007-ci ildə Maqbet Bünyatovun vaxtında gəlmişəm və müqavilə ilə işləmişəm. O zaman tamaşada oynayırdım, elə yenicə işə götürülmüşdüm ki, sistem dəyişildi. Baxmayaraq ki, teatrlarda, televiziya tamaşalarında əsas rollar ifa etmişdim, amma burada hər şeyi sıfırdan başladım. Teatra gələndən kütləvi səhnələrə çıxırdım, hətta bir neçə il maaşsız işlədim. Tək burada deyil, çox vaxt mən sıfırdan başlamağı öyrənmişəm. Baş verən hər bir şeyi qəbul edirəm. Çünki nəyisə itirməkdən qorxmuram. Bilirəm ki, ruzini verən Allahdır. Ona görə hər anımda şükür edib, sıfırdan başlamışam. Heç kəs deyə bilməz ki, mən Radanın əlindən tutub onu haralarasa gətirmişəm. Sevinirəm ki, yaxşı insanlar da çıxıb qarşıma. Bu da Allahın mərhəmətidir. - Aktrisa kimi neçə ildir ki, teatrın ştatındasınız? - Son bir ildir. Bu vaxta kimi müqavilə ilə işləmişəm. İndi ən aşağı dərəcə ilə ştatdayam. Müraciət etmişəm ki, gələcəkdə nəzərə alınsın. - Sizə qarşı ittihamlara heç vaxt mətbuat vasitəsilə cavab vermirsiniz. Niyə mətbuatdan qaçırsınız? - Çalışıram ki, nə olur-olsun belə ittihamlara işimlə cavab verim. Nə qazanmışamsa, Allahın verdiyi ruzi ilə etmişəm. İnsan öz zəhməti ilə qazananda çox şirin olur. Çox kövrək insanam, mənə pislik edəndə həmin an qıcıq ola bilərəm, amma bir gün keçəndən sonra kinim qalmır. Teatrda da heç kəs deyə bilməz ki, kiminsə haqqında arxada bir kəlmə söz də danışmışam. Əgər kiməsə nəsə sözüm varsa, həmişə özünə demişəm. Şəxsi məsələlərə görə sənət dostlarımla, iş yoldaşlarımla prinsip aparmamışam. Hər zaman deyirəm ki, əgər haqlısansa, səbr elə, haqq hər zaman yerini tapır. Mətbuat işçisi olaraq bilirsiniz ki, teatrda müəyyən hadisələr oldu, o hadisələrə münasibət bildirmək üçün mənə çoxsaylı müraciətlər edildi. Dedim ki, özümdən böyüyə hörmət edirəm və hər şeyə də susmaqla cavab verirəm. Yay tətilində çox çıxışlar oldu, hətta mənə də dəfələrlə müraciət olundu. Amma mən bu barədə danışmaq istəmədim. Çünki heç vaxt arzulamamışam ki, adım hansısa neqativ söz-söhbətdə, qalmaqallarda hallansın. Çalışıram ki, yaxşı nə varsa orada birinci olum, pis nə varsa, orada heç olmayım, olsam da, ən axırıncı olum. Mənim istəyim teatrda mehribançılığın yaranmasıdır. - Rəqibləriniz çoxdur? - Bilmirəm. Heç kimə rəqib gözü ilə baxmıram. Mənə baxanları da görmürəm. Bir aforizmlə yaşayıram: gününü elə yaşa ki, sanki son günündür. - “Bir ailəm var” serialında Nazlı adlı çox sevilən bir obrazınız var. Nazlını bu mövsüm nələr gözləyir? İpucu verə bilərsiniz? - Nazlını nələrin gözləməsi barədə heç bir söz deyə bilmərəm. Sadəcə, onu deyim ki, serialın 3-cü sezonunu çox maraqlı hadisələrlə başlamışıq. Serialın çox gözəl kollektivi var. İnanın ki, o kollektivə gedəndə ruhum dincəlir. - “Qaynana”dakı Sədaqətdən sonra Nazlının belə bəyəniləcəyinə inanırdınız? - Sədaqət mənim ekranda ilk komik rolumdur. O, çox saf, təmiz hər şeyə, hər kəsə inanan biriydi. Ona qədər hər zaman dramatik obrazlar yaradırdım və o rolu mənə təklif edəndə bir az tərəddüd etdim, amma çox sağ olsunlar ki, mənə inandılar. Və mən də etimadı doğrultdum, deyilənə görə reytinqli obrazlardan biri idi. Sevinirəm ki, Nazlını da Sədaqət kimi çox bəyəndilər. Bu seriala görə iki dəfə “İlin ən yaxşı dramatik aktrisası” mükafatını almışam. Şəhərdə gəzəndə insanların sevgi ilə üstümə gəlmələri elə gözəl hissdir ki... Elə bilirəm həmin an mənə hər şeyi verirlər. O parıldayan gözləri görmək inanılmaz hissdir. Hər bir işdə olduğu kimi, bu serialda çatmayan nələrsə var, amma ümumilikdə “Bir ailəm var” serialı çox yaxşı qəbul olunur. - Nazlı və siz - çoxmu oxşarlıq var? - Nazlı həyatı dağılmış bir qadındır, ikinci dəfə ailə qurmaq istəyir. Hər bir qadının ikinci dəfə də ailə qurub, xoşbəxt olmağa haqqı var. Ətrafın dedi-qodusu, cəmiyyətin münasibəti həmişə xanımlarımızın xoşbəxt olmağına mane olur. Mən təbiətcə çox həssas, kövrəyəm. Sadəlövhəm, xeyirxaham. İnsan özü necədirsə rola münasibəti də o cür olur. Pisliyə susan, pisliyə də yaxşılıqla cavab verən biriyəm. Yaşadığım hər şeyi: sevincimi, kədərimi üzümdən oxumaq mümkündür. Bir sözlə, gözlərim hər şeyi ifşa edir. Özüm də çətin həyat yaşamışam.Bütün çətinliklərə baxmayaraq, oxumuşam, 16 yaşımdan işləyib, özüm-özümü dolandırmışam. Heç vaxt kiməsə ağız açmamışam. Bu keyfiyyətlər dramatik rolları ifa etməyimə yardımçı olur. - Serialda tərəf müqabilim Elnur Kərimovdur. Son dönəm ekranların sevilən cütlüyü sizsiniz. Elnur necə tərəf müqabilidir? - Elnurla oynamaq o qədər çətindir ki... (gülür). Bu insan qarşısındakı adamı dəqiqəbaşı güldürür. Nazlı serialboyu demək olar ki, ağlayır: ya keçmiş həyat yoldaşı ondan əl çəkmir, ya sevdiyi adama qovuşa bilmir, bu və digər səbəblər ortaya çıxır. Bir sözlə, işi heç düz gətirmir. Çəkiliş başlayır, Elnur Nazlıya deməlidir ki, niyə ağlayırsan, hər şey yaxşı olacaq. O sözü deyəndə elə hərəkətlər edir ki, gülməkdən özümü saxlaya bilmirəm. Axırı məcbur olub qaçıram əlindən. Bir dəfə verilişlərin birində “Bir ailəm var” kollektivi olaraq qonaq olmuşduq. Anam efirə baxandan sonra məndən çəkilişboyu niyə güldüyümü soruşdu. Deyirəm, çünki Elnur yanımda oturmuşdu, dediyi sözə, elədiyi hərəkətə gülməmək mümkün deyil. Axırda Həmidə xanım dözmədi, dedi, sən bununla necə çəkilirsən. - Həqiqətən, serialda üzünüz gülmür... - Təki, həyatda gülsün. - Maraqlıdır, bir aktrisa kimi səni bu qədər ağlatdıqlarına görə ssenaristlərə şikayət etmisiniz? - Etmişəm. Təbii ki, bu zarafatdır. Efirdə bölüm-bölüm gedir, amma həftəiçi mənimlə bağlı hadisələr bir yaxud iki günə çəkilir. Səhərdən axşama kimi o vəziyyətdə olmaq çox çətindir. Hələ təsəvvür edin, eyni hadisəni müxtəlif rakurslara oynayırıq. Amma sizə bir şey deyim, Nazlını sevməyimin bir başqa cəhəti də məhz budur. Efirdən baxanda ürəyimiz ağlayır Nazlıya. Axı cəmiyyətdir onu yazıq günə salan. Deyirlər ki, niyə belə göstərirsiniz. Çünki reallıqdır. Hərdən internetdə hansısa aktyor, aktrisanın paylaşdığı şəkilin altında yazılan rəyləri oxuyuram, dəhşətə gəlirəm. Təndiq ola bilər, amma təhqir, söyüş əsla. Bəzən deyirəm ki, görəsən bu bizim gənclərdir, bizim insanlardır. Mən də kimisə sevməyə bilərəm, amma nə haqqım onu təhqir edim. Uzağı xoşuma gəlməsə, baxmaya bilərəm. - Bəs özünüz haqda elə rəylər görmüsünüz? - Özüm haqda görməmişəm. Kimsə məni bəyənmədiyini yazanda bunu qəbul edə bilərəm, amma təhqirə dözə bilmərəm. - İndi aktrisa olmağınıza peşman deyilsiniz ki? - Kənardan döyüş insana çox asan gəlir. Mən avtobusla, metroyla gedəndə soruşurlar ki, maşınınız yoxdur. Elə bilirlər ki, biz efir adamıyıqsa, bizdə hər şey gözəldir. Sənətimi çox sevdiyim üçün burdayam, peşman deyiləm, amma çox çətinliyi var. Həm söz-söhbəti çoxdur, həm kənardan münasibət birmənalı deyil. Cəmiyyətin qınağı çoxdur, təsəvvür edin ki, mənim aktrisa olmağımı qohumlarım indi-indi qəbul edirlər.

Nərmin Muradova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53

  • 
  • "Utansın, yerə girsin" - Xalq artisti

    "Utansın, yerə girsin" - Xalq artisti ...

    28-07-2015, 19:37

  • 
  • Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər Əliyeva (Müsahibə)

    Hamı manqurtlaşır...” – Əməkdar artist Münəvvər ...

    20-04-2015, 23:16

  • 
  • Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

    Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi ...

    2-04-2019, 12:29

  • 
  • Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib

    Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib ...

    8-11-2018, 10:18


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu