GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Astaranın baş həkimi nə naziri, nə də qanunları sayır

Astaranın baş həkimi nə naziri, nə də qanunları sayır

Tarix: 24-11-2016, 21:45 Bölmə :Ölkə Baxış: 434
Astaranın baş həkimi nə naziri, nə də qanunları sayır

77 yaşlı rayon sakini baş həkim Əlövsət Əliyevdən Zakir Qaralova şikayət etdi

Azərbaycanın səhiyyə sistemi uzun illərdir ki, Oqtay Şirəliyevin nəzarətindədir. Amma əslində nazirin nəzarət dairəsi bir o qədər geniş də deyil. Məsələ burasındadır ki, səhiyyə nazirin çox zaman səhiyyə müəssisələrində heç eşidən də yoxdur. Belə bir xaotik vəziyyətdə isə ölkədə səhiyyə sahəsində ciddi problemlərin olması təbiidir. Məsələn, ölkədə dərman satışı obyektlərinin əsas hissəsi öz fəaliyyəti barədə dolğun informasiya verməyə sadəcə hazır deyil. Başqa sözlə desək, apteklər öz məlumat “qapı”larını alıcıların üzünə açmaqda maraqlı görünmür. İnsan sağlamlığına belə biganəliyi şərtləndirən səbəbləri araşdıraraq tədbirlər görmək əvəzinə Səhiyyə Nazirliyinin müvafiq struktur rəsmiləri kəmiyyət göstəriciləri barədə ara-sıra mətbuata özlərinə sərf edən informasiya sızdırmaqla deyəsən, vəzifələrini bitmiş hesab edir. Bu isə belə qənaətə gəlməyə əsas yaradır ki, Oqtay Şirəliyevi ya eşidən yoxdur, ya da, onun rəhbərlik potensialı necə deyərlər, tükənib

Faktiki olaraq, ölkədə aptek fəaliyyətinin nizama salınmasında müşahidə edilən mənzərə böyük narahatlıqlara əsas verir. Əgər bu narahatlıqlar səhiyyəmizin "prometeyi" Oqtay Şirəliyevin müşahidə dairəsində mikroskopik də olsa sezilmirsə, bundan artığını cənab nazirdən gözləməyə dəyərmi? Dərmanların qiymətlərində nizam yaradılmasını çətinləşdirən bir amil də ölkənin dərman bazarında hökm sürən inhisarçılıqdır.

Bu sahədə mövcud olan problemləri saymaqla qurtarmaz. Lakin biz bir məsələni qeyd etmək istəyirik. O, da bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər dərmanla pulsuz, daha dəqiqi, dövlət hesabına təmin olunmalıdırlar. Lakin təəssüflər olsun ki, bu məsələdə də vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulur. Səhiyyə və əczaçılıq sistemində çalışanlar özlərini qanundan üstün tutur, qanunvericiliyin bu tələbinə məhəl qoymurlar. “Gündəm Xəbər” qəzetinin redaksiyasına daxil olan növbəti şikayət də elə bu barədədir. Astara rayonu, Məçidməhəllə kənd sakini Orucov Rəfail Əlihəsən oğlu yazır:


“Hörmətli redaksiya! Xahiş edirəm ki, Astara rayon xəstəxanasının baş həkimi Əlövsət Əliyevin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanladığım şikayət məktumu dərc edəsiniz”.

Şikayətçinin Baş Prokuror cənab Zakir Qaralova ünvanladığı şikayət məktubunda deyilir: “Hörmətli Zakir Qaralov, mən Orucov Rəfail Əlihəsən oğlu həyat yoladaşımın və oğlumun şəkər xəstəliyindən əziyyət çəkməsi və Astara rayon xəstəxanasının Baş həkimi Əlövsət Əliyevin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və digər dövlət orqanlarına müraciətlər ünvanlamışam. Müraciətlərimin heç birinə baxılmadı. Şikayətlərimin baxılmamış qalmasından istifadə edən Astara rayon xəstəxanasının baş həkimi Ə.Əliyev məndən şikayət etdiyimə görə qisas almaq qərarına gəldi. O, həyat yoldaşıma dövlət hesabına pulsuz veriləcək dərmanları verməkdən imtina etdi. Əlimdə bir aydan çox imzalanmış və möhürlənmiş reseptin olmasına baxmayaraq, dövlət hesabına pulsuz veriləcək dərmanları Ə.Əliyevin qisasçılığı səbəbindən ala bilmirəm”.

Şikayətçi yazır ki, 14 noyabr 2016-cı il tarixdə oğlu Rəzail Orucov dövlət hesabına pulsuz veriləcək dərmanların verilməməsinin səbəbini xəstəxananın aptekində işləyən Sənubər adlı şəxsdən soruşduqda, o, kobud ifadələr işlədib və “şikayət etməyəydiz, dərmanlarınızı da adam kimi alardız” deyə cavab verib: “Həmin vaxt təzyiqi və şəkəri yüksələn oğlum Rəzailin səhhəti pisləşmişdir. Xəstəxanın Təcili Yardım şöbəsində oğluma ilkin tibbi yardım göstərilmişdir. Öz qanunsuz əməllərini ört-basdır etmək istəyən baş həkim Ə.Əliyev oğlumun güya ki, xəstəxanada səs-küy yaratması barədə akt tərtib etmiş və sənədləri Astara rayon Polis şöbəsinə göndərmişdir.
Hörmətli Zakir Qaralov, hal-hazırda Astara rayonunda məmurların qanunsuz əməllərindən şikayət edən vətəndaşları məhkəməyə və ya polisə verirlər. Məsələn, mətbuatdan əldə etdiyim məlumatlara görə Astara rayon sakini Həsənov Rəşad Əlövsət oğlu Astara rayon Təhsil Şöbəsi müdirinin əməllərindən şikayət etdiyi üçün həmin məmur tərəfindən məhkəməyə verilmişdir. Əgər bizim şikayətlər baxımsız qalırsa və sonradan bu cəzasızlıq mühitindən sui-istifadə edən məmurlar bizləri susdurmaq üçün məhkəmə və ya polislə hədələyirlərsə, onda biz öz şikayətlərimizi necə ifadə edək? Mən Azərbaycan Respublikasının vətəndaşıyamsa, məmur özbaşınalığı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və nazirlərinə müraciət etməliyəm. Əgər aidiyyəti üzrə dövlət orqanları şikayətlərimə baxmırsa, mən və digər vətəndaşlarda inamsızlıq və ümidsizlik hissi formalaşır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidentinə inamım sonsuzdur. İnanıram ki, tezliklə Prezidentimiz tərəfindən məmur özbaşınalığına son qoyulacaqdır. Mənim 77 yaşım var. Əgər Ə.Əliyev kimi bir məmur şikayət etdiyim üçün məndən qisas alırsa, onda vay digər vətəndaşların halına. Xahiş edirəm, Astara rayon xəstəxanasındakı bu haqsızlıqların öz rəhbərliyiniz altında araşdırılmasını təmin edəsiniz”.

Ramin

gundemxeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız dərman satışdan çıxarılıb

    Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız ...

    10-12-2015, 19:52

  • 
  • Oqtay Şirəliyevin də adamları düzəlmir ki, düzəlmir

    Oqtay Şirəliyevin də adamları düzəlmir ki, ...

    13-05-2014, 10:10

  • 
  • Səhiyyə Nazirliyi “Laçın” klinikasını "vurdu" - Ciddi xəbərdarlıq

    Səhiyyə Nazirliyi “Laçın” klinikasını ...

    5-02-2014, 15:01

  • 
  • Oqtay Şirəliyevin korrupsiya sistemi

    Oqtay Şirəliyevin korrupsiya sistemi ...

    11-03-2013, 10:10

  • 
  • Artıq səhiyyə işçiləri həyəcan təbilini döyəcləyirlər, nazir Oqtay Şirəliyev isə hər şeydən xəbərsiz kimi susmağa üstünlük verir

    Artıq səhiyyə işçiləri həyəcan təbilini ...

    31-03-2015, 01:10


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu