GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması

Tarix: 20-09-2019, 11:54 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 469
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması


Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi, 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilmiş Hüseyn Salamov boşandığı keçmiş arvadını və iki azyaşlı uşağını “küçələrə atmaqla” hədələyir.

Gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Hüseyn Salamov Avropa Oyunları zamanı avtobus sürücüsünün törətdiyi, avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviçin ağır xəsarət alıb şikəst olması ilə nəticələnmiş qəzaya görə 2015-ci ilin payızında həbs olunub. 2016-cı ilin sentyabrında o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməklə 3 il azadlıqdan məhrum edilmişdi. Nəticədə təxminən 1 il istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmədən faktiki azadlığa çıxıb.
Hüseyn Salamov Türkmənistan vətəndaşı olan Kekilliyeva Selbi Bayramovna ilə evli olub. Onların 2009-cu ildə bağlanmış birgə nikahından iki övladları dünyaya gəlib. Keçmiş yüksək vəzifəli məmurun ailəsində problemlər isə o həbsdən çıxandan sonra başlayıb. Salamov həbsdən çıxandan sonra heç yerdə işləməyib, gününü eyş-işrətlə keçirib və S.Kekilliyevanın dediyinə görə, dəfələrlə azyaşlı uşaqlarının yanında ona əl qaldırıb. Nəhayət 2018-ci ildə qadın boşanmaq haqda iddia qaldırıb, məhkəmə boşanma işini xeyli süründürüb və az qala 1 il iki aydan sonra qərar çıxarıb.

Anar Məmmədovun köməkçisinin bahalı həyat tərzi

Redaksiyamıza müraciət edən Selbi Kekilliyeva deyir ki, Hüseyn Salamov onunla evlənəndə Nəqliyyat Nazirliyində hansısa xırda vəzifə tuturdu, əslində isə o, Ziya Məmmədovun ailə biznes imperiyasını idarə edən “ZQAN Holdinq”-də keçmiş nazirin oğlu Anar Məmmədovun qeyri-rəsmi yardımçısı idi.

“Hüseyn Salamovun Nəqliyyat Nazirliyindəki maaşı heç min manat da deyildi, amma o bahalı həyat yaşayırdı, Anar Məmmədovun qeyri-rəsmi köməkçisi idi. Onun orada nə işlə məşğul olduğu haqda heç vaxt məlumatım olmurdu, bu haqda mənə danışmazdı. Dövlət Avtomobl Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə isə təsadüfən, həmin qəzadan təxminən il yarım əvvəl təyin edilmişdi”,-Selbi Kekilliyeva deyir.

Keçmiş məmurun təcridxanadakı lüks yaşayışı

Gənc qadının danışdıqlarından məlum olur ki, Hüseyn Salamov Azərbaycanın adının beynəlxalq miqyasda uzun müddət hallanmasına səbəb olan məlum qəzaya görə həbs ediləndən sonra da bahalı həyat tərzini davam etdirib. Saxlanıldığı Kürdəxanı təcridxanasında ona lüks şəraiti olan “burjuy kamerası” ayırıblar.

Kekilliyevanın danışdıqlarından: “Tutulandan sonra həm iki azyaşlı uşağın, həm evin, həm onun həbsdəki lüks yaşayışının bütün ağırlığı mənim çiyinlərimə düşdü. Təcridxanadan istədiyini sifariş verirdi-bahalı restoranlarda bişən kabablardan tutmuş qara kürüyə qədər. Həftədə iki dəfə bazarlıq edib aparırdım, ancaq Avropa ölkələrinin istehsalı olan ərzaq istifadə edirdi, hər şeyi bəyənməzdi, heç uşaqlar evdə onun yediyini yemirdi. Hüseynin təcridxanadakı aylıq xərcləri ailəmizin xərclərindən qat-qat çox olurdu...”

H.Salamov əvvəlcə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilsə də (308-ci maddə) məhkəmədə onun əməli daha yüngül maddəyə (səhlənkarlıq -314.2) tövsif edilib. Keçmiş arvadı danışır ki, Salamov həbsdə olanda təqsirləndirildiyi maddənin onun əmlakının müsadirə edilməsi ilə nəticələnəcəyindən narahat olmuşdu. Həm də qorxurdu ki, avstriyalı idmançının müalicəsinə Azərbaycan dövlətinin xərclədiyi milyonlarla avronu sonradan ondan geri ala bilərlər.

Nəticədə o, xeyli cəhdlərdən sonra vəkilinin köməyi ilə təcridxanaya notariat işçisinin gətirilməsinə nail olur, əmlakının idarə olunması üçün həyat yoldaşının adına 10 illik ümumi etibarnamə verir...

Salamovun əmlakı, birgə nikah dövründə alınmış mənzilin əcaib bölgüsü...

Məhkəmə sənədlərinə əsasən ailə qurmazdan əvvəl H.Salamovun adına Yasamal rayonunda, Z.Əhmədbəyov küçəsindəki yeni çoxmərtəbəli binada mənzil, habelə Neftçilər prospektində kommersiya təyinatlı qeyri-yaşayı sahəsi olub. Eləcə də onun adında bir neçə avtomobilin qeydiyyatda olduğu, müxtəlif vaxtlarda alınıb-satıldığı barədə sənədlər var. (Bu haqda daha sonra ətraflı bəhs edəcəyik,-müəl.)

Birgə nikah dövründə isə Salamov Bakının mərkəzindəki “Port Baku Residence” kompleksində mənzil əldə edib. Kompleksi inşa edən “Abşeron” MTK ilə bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri hissə-hissə ödənilməli idi.

Hazırda mübahisə predmeti olan da elə həmin mənzildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun 2019-cu il martın 6-da çıxardığı qətnaməyə əsasən 5 otaqlı həmin mənzilin bölgüsü belə aparılıb: mənzilin dörddə biri, yəni faktiki olaraq bir otağı himayəsində 2 azyaşlı oğlan uşağı olan Selbi Kekilliyevaya, qalan dörddə üçü isə onun keçmiş ərinə məxsus olmalıdır.

Keçmiş məmurun keçmiş həyat yoldaşı bu bölgüdən əlbətdə ki, narazı qalıb və apellyasiya verib. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Şeyda Məhərrəmova, Elşad Şamayev və Məmməd Məmmədov) 2019-cu ilin iyulunda çıxardığı qətnamə bölgünü qüvvədə saxlayıb. Hal-hazırda həmin qətnamədən Selbi Kekilliyeva tərəfindən Ali Məhkəməyə şikayət verilib.

Bəs bu necə bölgüdür, bir halda ki, Ailə Məcəlləsində birgə nigah dövründə əldə edilmiş əmlak ərlə arvad arasında yarı bölünməli olduğu deyilir? Hakim bu bölgünü nəyin əsasında, hansı prinsiplə aparmışdı?

“Təcridxanadan tapşırıq verdi ki, obyekti, mənzili satım...”

Selbi Kekilliyevanın danışdıqlarından: “Ailə qurandan sonra mən Hüseynin Yasamaldakı həmin mənzilinə gəlin köçdüm, valideyinlərimin verdiyi, dəyəri 100 min dollardan yuxarı olan cer-cehizi orada yerləşdirdik. Nikahda olduğumuz müddətdə ailə qazancımız və mənim valideynlərimin köməkliyi ilə bir neçə dəfə mənzildə təmir işləri də apardıq, buna da xeyli vəsait sərf olundu. Sonradan “Port Baku”dakı yeni mənzilə köçəndə cehiz əşyalarım da Yasamaldakı mənzildə qaldı, oradan heç nə çıxarmadıq. Hüseyn Salamov həbs ediləndə “Port Baku”dakı mənzilə görə hissə-hissə olmaqla 443 min manat (2013-cü ilin iyulundan 2016-cı ilin noyabrına qədər) ödəmişdik, təxminən bu məbləğdə də borclu qalmışdıq. Təbii ki, onun həbsindən sonra ailəmizin gəliri kəsildi, həm Hüseynin təcridxanadakı lüks yaşayışını, həm evin dolanışığını, uşaqların özəl bağçada təhsilini və s. maliyyələşdirmək lazım gəlirdi. H.Salamov əmlakının müsadirə olunacağından qorxaraq, həmçinin ailə xərclərini ödəmək, o cümlədən “Port Baku”dakı mənzilə qalan borcumuzu ödəmək üçün təcridxanada mənə etibarnamə verdi. Tapşırdı ki, obyekti və Yasamaldakı mənzili satım, “Port Baku”dakı mənzili isə öz adıma keçirdim. (Sənədlərə əsasən bu məqsədlə “Port Baku”dakı mənzil üzrə əvvəlcə Bağırova lalə Telman qızının adına alqı-satqı əməliyyatları həyata keçirilib, daha sonra əmlak Salamovun həyat yoldaşının adına rəsmiləşdirilib,-müəl.). Onun tapşırığı ilə, Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti satıb “Port Baku”dakı mənzilə görə qalan borcu ödədim, tapşırdı ki, vəsaitin qalan hissəsinə evi dolandırım, onun xərclərini təmin edim...”

Məhkəmə sənədlərinə əsasən Salamovun Neftçilər prospektindəki obyekti 2016-cı ilin noyabrında 470 min manata, Yasamaldakı mənzili isə 180 min dollara satılıb. Obyektin satışından əldə edilən vəsaitin 442 min 724 manatı “Port Baku Residence” kompleksindəki apartamentin qalıq borcuna görə H.Salamovun adından “Abşeron” MTK-ya ödənilib. Bununla da borc bağlanıb, apartament təqribən 886 min manata (təmirsiz halda) başa gəlib.

Lakin bu mənzilin təmirsiz halda ödənilmiş puludur, Salamovun keçmiş həyat yoldaşı deyir ki, onlar sahəsi 262 kvadratmet olan, 24 kvadratmetrlik balkon sahəsinə malik mənzilin təmiri üçün 500 min manatdan çox vəsait sərf ediblər. Yəni birgə nikah dövründə qazanılmış pullar və S.Kekilliyevanın ailəsinin etdiyi yardımlar hesabına. (Təmiri aparan şirkətə ödənilmiş pul barədə qəbz məhkəməyə təqdim edilib,-red.)

Hakimlər isə bu nüansa məhəl qoymayıb, hesab ediblər ki, mənzilin təmirsiz halda alınması üçün ödənilmiş pulun yarısı Salamovun nikahdan əvvəl əldə etdiyi obyektin satılmasından əldə olunduğu üçün Kekilliyeva mənzilin yarısına iddia edə bilməz. Ona mənzilin dörddə biri düşür və bu zaman təmirə xərclənən, az qala mənzilin təmirsiz halda dəyəri qədər olan vəsait heçə sayılıb. Eləcə də iki azyaşlı uşağın Selbi Kekilliyevanın himayəsinə verilməsi nəzərəalınmayıb.

Və Salamov keçmiş həyat yoldaşını təqib edir...

Bu da hələ hamısı deyil. Hakimlərin belə ədalətsiz bölgüsündən sonra H.Salamov keçmiş həyat yoldaşını və uşaqlarını ümumiyyətlə hər şeydən məhrum etmək, onları özünün hədələdiyi kimi, “küçələrə atmaq” üçün fəaliyyətə başlayıb.



Keçmiş məmur Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq türkmən qadını Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti “ondan xəbərsiz sataraq” pullarını mənimsəməkdə, habelə həbs edilərkən “evdə qoyduğu 90 min dolları”, ona məxsus “Range Rover Vogue” markalı avtomobilin satışından əldə olunan 60 min dolların “qalan 10 min dollarını mənimsəməkdə ittiham edib! İddia ərizəsində Salamov obyekti 400 min dollar qiymətləndirir. Sonradan iddiaçı tələbinə düzəliş verib-obyektin satışından əldə olunan 470 min manatın 443 min manatının “Port Baku”-dakakı mənzilin borcuna görə onun adından ödənildiyini “yada salıb” və bu dəfə qalan 27 min manatın “mənimsənildiyini” bildirib.

Hakim Cəmilə Musayeva bu iddianı araşdırıb və 2019-cu ilin avqustunda qadını keçmiş ərinə 307 min 276 manat ödəməyə məhkum edib!

Qətnaməyə əsasən Salamovun iddialarının bir qismi-“evdə olan 90 min dolların”, avtomobilin satışından əldə olunan pulun qalığının mənimsənildiyi barədə heç bir sübut olmadığından təmin edilməyib. Həmin avtmobili alan şəxs pulun hamısını Salamova verdiyini ifadəsi ilə təsdiqləyib. Amma hakim heç bir tutarlı sübutlar olmadan belə qənaətə gəlib ki, xanım Kəkilliyeva Yasamaldakı mənzilin satışından əldə olunan pulu və obyektin satışından qalan pulu “mənimsəyib”.

“Pulları mənimsəyirdimsə Salamov nəyin hesabına lüks yaşayırdı, uşaqlar nə yeyirdi?...”

Selbi Kekilliyeva göz yaşlarına boğulur: “Axı mən o pulları necə mənimsəyə bilərdim ki, Hüseyn Salamovun təcridxanadakı lüks yaşayışına, evin, uşaqların qayğılarına xərclənmişdi? Hələ onu demirəm ki, Salamovun cəzasının yüngülləşdirilməsi də elə-belə başa gəlməmişdi, bunun üçün kimlərəsə xeyli pul vermişdi. Zəng vurub deyirdi ki, sürücüyə filan qədər ver, kimlərəsə aparacaq, mən də verirdim. Hakim heç maraqlanmadı ki, mənzilin, obyektin guya Hüseyn Salamovdan xəbərsiz satıldığı niyə onun yadına həbsdən çıxandan iki il sonra, biz boşanandan sonra düşüb? O necə xəbərsiz satılmadır ki, obyektin satışından əldə olunan pulun demək olar ki, hamısı dərhal mənzilə görə borcun ödənilməsinə sərf olunub, həm də Salamovun adından? ”.



Qadın əlavə edir ki, Salamov həbsdə olanda onun xərclərini ödəmək, evi, uşaqları saxlamaq üçün Yasamaldakı mənzilin pulundan əlavə Türkmənistandan valideyinlərinin etdiyi yardımları da sərf edib. Üstəlik Salamov həbsdən çıxandan sonra 2 ilə yaxın müddət ərzində heç yerdə işləməsə də həmin pullar hesabına bahalı həyat tərzinə davam edib, gününü əylənməkdə, eyş-işrətdə keçirib. Digər tərəfdən Yasamaldakı mənzil onun 100 min dollarlıq cer-cehizi ilə birlikdə satılıb, nikah dövründə mənzilin təmirinə xərclənən pullar da nəzər alınsa mənzilin üzərində onun haqları vardı.

Kekilliyevanın danışdıqlarından: “Mənim burada kimsəsizliyimdən, qəribliyimdən istfadə edir, deyir ki, sən burada heç kimsən, heç Azərbaycan vətəndaşı da deyilsən, pulun hesabına istədiyim qərarı çıxardacam. Deyir səni də, uşaqları da o mənzildən küçəyə atacam. Hər yerdə Siyəzən prokuroru Murad Kazımovuna adını çəkir, qohumu olduğunu və bütün işlərini onun köməyi ilə yoluna qoyduğunu deyir...”

Və nəhayət Salamovun müəmmalı“Maybach”ı, cəmi bir neçə saatlığa...

Məhkəmə sənədlərində diqqəti cəlb edən bir detal da var, bu da oliqarxın keçmiş əlaltısının cəmi bir günlüyə, yaxud bir neçə saatlığa sahibi olduğu “Mercedes Maybach” avtomobilidir.





Belə ki, Salamov məhkəməyə nikaha daxil olmamışdan əvvəl də imkanlı şəxs olduğunu, nəticədə “Port Baku”dakımənzili və avtomobilləri nikah dövründə qazanılmış pullarla əldə etmədiyini sübuta yetirmək üçün DYP-dən verilmiş siyahını təqdim edib. Həmin siyahıya əsasən Salamov Nəqliyyat Nazirliyinin işçisi olarkən bir sıra avtomobillər (“Mercedes”, “Mazda” və s...) alıb və uzağı bir il istifadə edərək satıb.

Və 2008-ci il aprelin 3-də 1 milyon dollara 2007-ci il istehsalı olan (0 kilometr yürüş) “Mercedes Maybach” avtomobilini alıb. Elə həmin gün onu 1.1 milyon dollara satıb! Yəni avtomobil faktiki olaraq bir neçə saat Salamovun adında olub.

Salamov “Maybach”ı almaq üçün 1 milyon dolları haradan əldə etdiyini (maaşı heç min manat da deyildi), yaxud onu satıb götürdüyü 1.1 milyon dolları illərdir harada saxladığı haqda heç nə demir. Əslində isə avtomobilin ona birbaşa heç bir aidiyyatı yox idi, Salamovun “böyükləri” başqa şəxsəhədiyyə üçün almışdı. İndi onun keçmiş həyat yoldaşının vəkilləri “Maybach”ın əsl sahibini vəkil sorğusu ilə müəyyənləşdirib və bu fakt kassasiya şikayətinin mətnində öz əksini tapmaqla məhkəmə prosesində aydınlaşdırılacaq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda avstriyalı idmançıları avtobus belə əzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO)

    Bakıda avstriyalı idmançıları avtobus belə əzdi - ...

    12-06-2015, 14:49

  • 
  • “Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

    “Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok ...

    6-11-2015, 14:06

  • 
  • Vidadi Zeynalov azadlığa buraxılıb - ŞƏRTİ

    Vidadi Zeynalov azadlığa buraxılıb - ŞƏRTİ ...

    10-07-2018, 23:39

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan iki sabiq əməkdaşı azadlığa buraxılıb

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    7-10-2016, 01:00

  • 
  • Hüseyn Abdullayev həbs olundu və Azərbaycana gətirildi - YENİLƏNİB

    Hüseyn Abdullayev həbs olundu və Azərbaycana ...

    23-04-2018, 15:17


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu