GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -TƏFSİLAT

Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -TƏFSİLAT

Tarix: 14-11-2025, 14:43 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 172

“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır?
Son günlər mediada Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında ciddi iddialar işıq üzü görməkdədir. Həmin məlumatlara görə, Qubada 8 Noyabr Zəfər Günü ilə bağlı nəzərdə tutulan bayram tədbirini “Laguna Group” şirkəti keçirib.


 Məsələ burasındadır ki, şirkət Quba Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Şirkət göstərdiyi xidmətə görə 181 580,05 manat alacaq. Kiçik araşdırma zamanı məlum olub ki, nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. Ən maraqlısı odur ki, “Laguna Group” MMC-nin hüquqi ünvanında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev özü qediyyatdadır. Ümumiyyətlə, bu tipli məlumatlar cənab Rəfiyev haqqında daha əvvəllər də yayılıb.
Araşdırma Qrupumuz bu məlumatların detallarına aydınlıq gətirib.

Məlum olub ki, Yalçın Rəfiyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ilk azərbaycanlı məzunlarından olub. Qeyd edək ki, antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurası, INTERPOL və bir sıra digər beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib.
IACA-nın əsas məqsədləri korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, dövlət qulluqçuları, hüquq-mühafizə orqanları əməkdaşları, auditorlar, jurnalistlər və QHT nümayəndələri üçün tədris proqramları təşkil etməkdir. Araşdırmalarımızda diqqətimizi çəkən ən ilginc fakt o oldu ki, akademiyanın əsas müəllimlərindən biri olan, Yalçın Rəfiyevə dərs deyən və onunla çox isti münasibətləri olan Luis Moreno Okampo daim Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb. Xalqımızın qanını içməyə belə hazır olan Okampo hələ 7 avqust 2023-cü ildə bir “ekspert rəyi” ilə ölkəmizə qarşı şər və haqsız iddialar yayıb. O, Azərbaycan dövlətini Qarabağ bölgəsində ermənilərə qarşı ‎“soyqırım” törətməkdə ittiham edib və müxtəlif səviyyələrdə etdiyi çıxışlarda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması məsələsini qabardıb.
Azərbaycan diplomatiyası isə onun rəyini rədd etməklə sübut etdi ki, bu proseslər ölkənin suverenliyə qarşı yönəlmiş siyasi açıqlamadan başqa bir şey deyil. Lakin ölkəmizə qarşı qərəzli münasibət anti-Azərbaycan yönümlü digər şəxslərin də ayrı-ayrı vaxtlarda “mütəşəkkil” şəkildə hücumları ilə nəticələnirdi. Qeyd edək ki, məhz bu xidmətləri ilə o, Ermənistanda hələ də qəhrəman hesab edilir. Məhz buna görə də Moreno Okampo 2024-cü ilin yanvarında Ermənistan tərəfindən “Minnətdarlıq medalı” ilə təltif olunub. Görünən odur ki, bu təltif Azərbaycana qarşı yürüdülən insan hüquqları kampaniyalarına verilən əsas “qiymətdir”.
Bütün bu faktlar Okamponun Azərbaycanla bağlı düşmən mövqeyinin miqyasını göstərir ki, məhz bu məqam da onun dərs dediyi və yaxın münasibətdə olduğu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında başqa iddiaları da gündəmə gətirib.
Əvvəlcə qeyd edək ki, Yalçın Rəfiyev belə bir akademiyada təhsil alması ilə ölkənin dövlət idarəçiliyində şəffaflıq və etik davranış baxımından örnək ola biləcək gənc diplomat obrazı yaratmışdı. Çünki ilk baxışdan belə görünürdü ki, Avstriyanın Laksenburq şəhərində yerləşən bu akademiyanın məqsədi məhz dövlət idarəçiliyində korrupsiyanın qarşısını almaq, antikorrupsiya mexanizmləri və etik idarəetmə təcrübələrini formalaşdırmaqdır.
Lakin illər keçdikcə Rəfiyevin karyerası və onun ailəsinə məxsus kommersiya strukturları ətrafında formalaşan mənzərə “antikorrupsiya məzunu”nun tədrisdə öyrəndiyi prinsiplərlə real idarəçilik təcrübəsi arasında ciddi uyğunsuzluq yaratdı.
Qeyd edək ki, Yalçın Rəfiyev 2016-cı ildə IACA-da ikiillik magistr proqramını bitirdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) sürətli yüksəliş trayektoriyası nümayiş etdirib. O, əvvəlcə Beynəlxalq Təhlükəsizlik İdarəsində birinci katib, daha sonra Cenevrədəki BMT bölməsində birinci katib, ardınca idarə rəisinin müavini vəzifələrinə yüksəlib. Həmçinin 2019-cu ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.
2023-cü ildə isə Prezidentin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Bu yüksəliş, bir tərəfdən, peşəkar bacarıq göstəricisi kimi izah oluna bilər. Lakin onun ailə və biznes əlaqələri fonunda korrupsiya riski ciddi narahatlıq doğurur. Analitik baxımdan diqqət çəkən əsas məsələ odur ki, Rəfiyevin rəsmi qeydiyyatda olduğu Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 27, mənzil 102 ünvanı bir neçə kommersiya şirkətinin də hüquqi ünvanıdır. Bu şirkətlər arasında “Laguna Group” MMC (“Laguna Travel” brendi ilə), “MY WINGS” MMC, “Aqroman” MMC adlı müəssisələr də var. Bu şirkətlərin idarəçiləri və təsisçiləri əsasən Yalçın Rəfiyevin yaxın qohumlarıdır – qardaşı Müzadil Rəfiyev və əmisi oğlu Ərtoğrul Qarayev.
Formal baxımdan bu, korrupsiya və vəzifədən sui-istifadə ittihamı yaratmır. Lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir. Məhz bu “dolayı sahibkarlıq” elementləri Rəfiyev ailəsinin biznes strukturlarını diqqət mərkəzinə gətirir. Rəfiyevlərə aid kommersiya qurumları, xüsusən “Laguna Group” və “Aqroman” MMC dövlət sifarişləri və tenderlər vasitəsilə milyonlarla manatlıq layihələr alıb.
“Laguna Group” MMC 2023-cü ilin oktyabrında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə 134 979 manatlıq müqavilə bağlayıb (“Şuşa Simpoziumu”nun təşkili üçün). “Aqroman” MMC 2022–2023-cü illərdə eyni qurumla ümumilikdə 2,3 milyon manatdan çox dəyərində müqavilələr imzalayıb. 2023-cü ilin dekabrında isə Qarabağ İqtisadi Rayonunun Yenidənqurma Xidməti ilə 745 730 manatlıq söküntü işləri müqaviləsi əldə edib. Ümumilikdə, 3,2 milyon manat dəyərində dövlət sifarişi Rəfiyevin qeydiyyatda olduğu ünvanla əlaqəli şirkətlərə yönəlib. Bu fakt antikorrupsiya prinsipləri baxımından potensial maraqlar toqquşmasının göstəricisidir.
COP29-un baş danışıqlar aparıcısı kimi təyin olunan Yalçın Rəfiyev eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında əsas fiqurlardan biridir. Lakin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 12 oktyabr tarixli aktına görə, onun qardaşına məxsus “Aqroman” MMC Şuşada qanunsuz ağac kəsimi faktı ilə cərimələnib. Bu hadisə “yaşıl enerji” və “ekoloji diplomatiya” konseptinin daşıyıcısı olan Rəfiyevin rəsmi və etik mövqeyi ilə ciddi ziddiyyət yaradır. Bu hallarla bağlı nə Xarici İşlər Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi ictimaiyyətə izah verməyib. Şirkət rəhbərlərinin cavabları isə ya inkar, ya da etik normaları pozan etiraflar şəklində olub. Məsələn, Müzadil Rəfiyev etiraf edib ki, bəzən tender olmadan dövlət qurumları ilə müqavilə imzalayıb. Bu isə əlbəttə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsinə ziddir. Yəni problem artıq etik səviyyədən çıxaraq hüquqi məsuliyyət sferasına keçir.
Yalçın Rəfiyevi tanıyan hər kəs ilk nöbvədə onun Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu kimi korrupsiyanın institusional və mədəni səbəblərini ən yaxşı bilən şəxslərdən biri olduğunu düşünə bilərdi. Lakin… Onun akademiyadakı müəllimi, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo tədbirlərin birində belə deyirdi: “Korrupsiya ilə mübarizə aparanlar onu törədənlərdən daha ləng hərəkət edirlər”.
Bu sitat Rəfiyevin öz həyat trayektoriyası fonunda simvolik məna qazanır. Çünki onun karyerası göstərir ki, Azərbaycanda institusional etik normalar fərdi uğur qarşısında bəzən aciz də qalır.
Beləliklə, Yalçın Rəfiyevin hekayəsi təkcə bir məmurun yüksəlişindən və ailə biznesindən ibarət deyil. Bu, həm də Azərbaycan dövlətinin imicinə vurulan bir zərbədir.
Təəssüflər olsun ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu, COP29-un əsas diplomatı olan Yalçın Rəfiyevin ailə üzvlərinə məxsus milyonluq dövlət sifarişləri, ekoloji pozuntu ilə əlaqələndirilən şirkətlər hələ ki, heç bir araşdırmaya məruz qalmayıb./konkret.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır

    Mingəçevirdə tender maxinasiyaları - İlham ...

    1-06-2021, 16:56

  • 
  • Baba Rzayev DÖVLƏTƏ NECƏ ŞƏRİKLİK EDİR... - Daha bir ŞÜBHƏLİ TENDER

    Baba Rzayev DÖVLƏTƏ NECƏ ŞƏRİKLİK EDİR... - Daha ...

    22-06-2021, 16:49

  • 
  • Tahir İskəndərov və Elxan Paşayevin şirkəti tender kralına çevrilir

    Tahir İskəndərov və Elxan Paşayevin şirkəti ...

    3-11-2025, 21:54

  • 
  • “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi borcu olan şirkətlə müvaqilə imzalandı

    “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi ...

    23-06-2021, 16:06

  • 
  • Başçı Biləsuvarı belə sovurur... - FAKT

    Başçı Biləsuvarı belə sovurur... - FAKT ...

    21-04-2020, 13:54


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu