Gundemxeber.az » Ölkə » Ermənistanda yeni panika dalğası: Elektrik şirkətinin Azərbaycana satılacağı barədə iddialar gündəmə gətirildi

Ermənistanda yeni bir iddia ortaya atılıb.
Gundemxeber.com xarici mediaya istinadən xəbər verir ki, “Elektricheskiye Seti Armenii” (Ermənistan Elektrik Şəbəkələri) şirkətinin keçmiş direktoru David Kazinyan hökumətin milliləşdirmə planlarına şübhə etdiyini və şirkətin nəzarətinin gələcəkdə Azərbaycan və ya Türkiyə kapitallarına keçə biləcəyini istisna etmədiyini bildirib.
Jurnalistlərin sualını cavablandıran Kazinyan “Niyə də olmasın?” deyərək, hakimiyyətin şirkəti milliləşdirmək niyyətinə inanmadığını qeyd edib. Onun sözlərinə görə, ciddi və nüfuzlu heç bir şirkət dövlətdən zorla alınmış bir müəssisəyə böyük məbləğ ödəməyəcək.
Kazinyan həmçinin tənzimləyici komissiyanın bəzi üzvlərinin oktyabr ayında Türkiyədə olduğunu iddia edib və bunu proseslə əlaqələndirib.
O, şirkətin lisenziyadan məhrum ediləcəyinə əmin olduğunu, lakin “qorxmağa heç nə olmadığını” deyib:
“Hazırkı müzakirələrdə iştirak edən şəxslərin bu işə aidiyyəti yoxdur. Hətta onların zalda olması belə problemdir.”
Eks-direktorun sözlərinə görə, hökumət bu qərarı elan etməzdən əvvəl şirkətə heç bir siqnal və ya xəbərdarlıq göndərməyib.
Gundemxeber.com
16-08-2018, 12:28
11-12-2020, 13:25
5-03-2019, 13:07
23-06-2015, 13:43
15-01-2015, 16:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?