Təyyarə qəzasında həlak olan türk hərbçilərinin nəşi Tiflisdən Türkiyəyə gətirildi
Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan “C-130” tipli Türkiyə hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçinin nəşini daşıyan xüsusi reys Türkiyəyə çatıb.
Məlumata görə, Tiflisdən havaya qalxan təyyarə Ankara hava limanına enib. Nəşlər rəsmi qarşılanma mərasimindən sonra xüsusi qaydada hərbi sahəyə aparılıb.
Şəhid hərbçilərin nəşləri keçiriləcək vida mərasimindən sonra ailələrinə təhvil veriləcək
Sorğu
Yeni dizaynımız necədir?