İsrail Müdafiə Qüvvələri Livanın cənubunda BMT sülhməramlılarına hücum edib.
Gundemxeber.com xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mətbuat ofisi bildirib.
"Bu səhər İsrail Müdafiə Qüvvələri Livanda İsrailin nəzarətində olan mövqenin yaxınlığında "Merkava" tankından UNIFIL sülhməramlılarına atəş açıb. Ağır pulemyot güllələri piyada gedən və gizlənməyə məcbur olan sülhməramlılardan təxminən beş metr aralıda düşüb".
Onlar qeyd edirlər ki, bu cür hərəkətlər İsrail tərəfindən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır.
Daha sonra İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti UNIFIL-in sülhməramlıların güllələnməsi ilə bağlı açıqlamasına münasibət bildirib:
"İDF Livanın cənubunda iki şübhəliyə xəbərdarlıq atəşi açıb. Yoxlamadan sonra onların ərazidə patrul xidməti aparan BMT əməkdaşları olduğu və pis hava şəraiti səbəbindən şübhəli kimi müəyyən edildiyi məlum olub. Əlavə araşdırma aparılır".
Sorğu
Yeni dizaynımız necədir?