GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Daha bir amansız qətlin izi ilə...-Birinci vitse-prezidentə MÜRACİƏT!

Daha bir amansız qətlin izi ilə...-Birinci vitse-prezidentə MÜRACİƏT!

Tarix: 17-11-2025, 11:11 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 23


Anlaqsızlıq rəyi almaq üçün böyük məbləğdə – 500 000 (beş yüz min) manat pul veriblər...


Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi 4A, mənzil 41ünvanda yaşayan Muradova Rəna Oleqovna Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanladığı müraciətin bir surətini də Yenixeber.org-a göndərib və xahiş edir ki, ictimailəşsin…


Müəllif müraciətdə bacısı Muradova İradə Oleqovnanın qəsdən, həm də amansızlıqla qətlə yetirilməsindən və cinayət işinin qeyri-obyektiv aparılmasından bəhs edir. Hətta bu səbəbdən bir sıra yüksək instansiyalara da müraciət etdiklərini bildirir.

Biz məlum səsəbdən-istintaq araşdırması aparıldığından-müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:  

Hörmətli Mehriban xanım!

Mən, Muradova Rəna Oleqovna, cinayət işi №….. üzrə zərərçəkmiş şəxs Muradova İradə Oleqovnanın qanuni nümayəndəsiyəm.
 Bacım Muradova İradə Oleqovna 2025-ci il avqustun 23-də Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir.

XÜSUSİ QEYD: Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən İtalyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana malik olan şəxsdir. Bacım “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışırdı. 

Bu səbəbdən Emil Ağacanov barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bacımın öldürülməsi ilə bağlı istintaqın obyektiv aparılmasına kifayət qədər əsaslı şübhələrim vardır. İstintaq qərəzli və səthi aparılır. Bacımı qətlə yetirən şəxsin əməlinə, o cümlədən hadisə yerinə gələn qatilin yaxın qohumlarının hərəkətinə düzgün hüquqi qiymət verilməyib. İstintaq tərəfindən verilmiş nəticələr hadisənin real şəraitinə uyğun gəlmir və etibarlı hesab oluna bilməz.

Bacım xüsusi amansızlıqla qətlə yetirilmişdir: təqsirləndirilən şəxs ona bədən xəsarətləri yetirmiş və sonda onu qışqırdığı üçün (Bu, təqsirləndirilənin öz etirafında qeyd olunmuşdur) boğaraq qəsdən həyatdan məhrum etmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunmuşdur.

Qanunvericiliyin tələblərinə əsasən istintaq hərtərəfli, tam və obyektiv aparılmalıdır. Lakin de0fakto istintaq formal şəkildə həyata keçirilir. İş üzrə təyin olunmuş ekspertiza rəyi hadisənin reallığını əks etdirmir.

                 İradə Muradova 

Biz yaxın qohumlarla birlikdə meyiti tanımaq üçün morqa gedəndə, bacımın bədənində çoxsaylı xəsarətlər aşkar etdik: baş nahiyəsində travma, burun sınığı, hər iki əlindəki bütün dırnaqlar qırılmışdı, bədənin müxtəlif hissələrində çoxsaylı hematomalar, sağ əl biləyi təbii vəziyyətdə deyildi (Öldürülən şəxs həyatını qorumaq üçün mübarizə aparmışdı). Bu qədər amansız döyülmədən sonra qatil bacımı boğaraq öldürmüşdür. Lakin sadalanan xəsarətlərin heç biri məhkəmə-tibbi ekspertiza aktında öz əksini tapmamışdır. Həmçinin bizə tanınma protokolu da təqdim edilməmişdir.

Biz Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri doktor Cavidlə şəxsən görüşmüşük, lakin o, bizə aydın cavab verməmişdir.

Mən dəfələrlə müxtəlif instansiyalara müraciət etmişəm: Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəis müavini baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamalliyə müraciət etmişəm.

Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə onu guya anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin müraciətlərimə lazımi reaksiya göstərilməmişdir.

           Emil Ağacanov

Cinayət hadisəsi zamanı təqsirləndirilən şəxs narkotik maddələrin təsiri altında olmuşdur – bu  tibb işçiləri tərəfindən qeyd edilmişdir. Həmçinin mərhum bacım təqsirləndirilənin yaxın qohumu (Bacısının həyat yoldaşı) Elnur Həbibova mesaj göndərərək Emil Ağacanovun narkotik maddə qəbul etdiyini bildirmişdir. Emil Ağacanov əvvəllər dəfələrlə narkoloji müalicə almış, professor-narkoloq Araz Əliquliyev tərəfindən müalicə olunurdu.

Hadisə günü səhər bacım təqsirləndirilənin mənzilindən çıxaraq həyətə liftlə düşmüş, yarım saat sonra yenidən mənzilə qayıtmış və az sonra çılpaq vəziyyətdə ölü tapılmışdır. İstintaq bu günə qədər İradə Muradovanın niyə çılpaq vəziyyətdə olduğunu müəyyən etməmişdir. Onu bu vəziyyətə salan nə olub? Onu zorlayıblarmı? Onun paltarını kim çıxarıb – özü, qətlə yetirən, yoxsa üçüncü bir şəxs? Paltar hansı vəziyyətdə olub? Öldürən özü də çılpaq vəziyyətdə olub. Niyə? Bu hallar cinayətin seksual xarakter daşıdığını göstərir. Lakin istintaq bunları araşdırmaq üçün heç bir tədbir görmür.

Elnur Həbibov


Hadisə yerinə ilk gələnlər Elnur Həbibov və onun dostu olmuşdur. Elnur Həbibov bizə bildirmişdir ki, mərhum guya vanna otağında yıxılaraq ölüb və paltarında, həmçinin hadisə yerində qan izləri olmayıb. Lakin mən Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri ilə görüşəndə o şəxsən dedi ki, mərhumun paltarında qan ləkələri olub (Bu barədə səs yazımız mövcuddur) və paltar islanmış vəziyyətdə olub (Bu faktı Yasamal rayon prokurorluğunun müstəntiqi …… bizim vəkilə bildirmişdir). Biz hesab edirik ki, Elnur Həbibov cinayətin bəzi detallarının və bəlkə də sübutların gizlədilməsində iştirak etmişdir. Bu hallar törədilmiş cinayətin kvalifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir, lakin istintaq bu məsələlərlə maraqlanmır.

Qeyd etmək istəyirəm ki, bu qədər böyük biznesi idarə edən, banklarla işləyən və şəxsi avtomobillərini idarə edən bir şəxs necə anlaqsız hesab oluna bilər? Əgər o, bu qədər aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, niyə özünə qarşı heç vaxt zərərli hərəkətlər etməyib, əksinə daim biznesini inkişaf etdirib?

Bununla belə, ekspert Emil Ağacanovun cinayət törətdiyi anda guya anlaqsız olduğu barədə rəy vermişdir. İndi isə həmin rəyi əsas götürərək onu məsuliyyətdən azad etməyə çalışırlar.

İstintaq Yasamal rayon prokurorluğunda aparılır. Bacımın qətlindən bir gün sonra, yəni 24.08.2025-ci ildə mən müstəntiqin kabinetində zərərçəkmiş şəxs kimi tanınmaq barədə ərizə yazmışam. Lakin bir həftə sonra vəkilimiz işlə tanış olmaq üçün Yasamal rayon prokurorluğuna gələndə ona bildirilmişdir ki, guya “Rəna Muradova” adlı zərərçəkmiş tanımırlar. Bu, rəsmi sənədin gizlədilməsi deməkdir.

Qeyd etmək istəyirəm ki, Yasamal rayon prokurorluğunun müstəntiqi …… dəfələrlə prokurorluğa gələrkən mənə və anam Sevinc Quliyevaya qarşı kobud davranmış, səsini qaldırmış və bizi alçaldan ifadələr işlətmişdir.

Niyə mənim zərərçəkmiş tərəfin nümayəndəsi kimi qanuni hüquqlarım pozulur?

Müstəntiq ……. bacımın qətlindən 6–7 saat sonra, mənim və yaxın qohumlarımın (Kərimova Sabina və Markina Svetlana) yanında şəxsən demişdir ki, təqsirləndirilənin qanında narkotik maddələr aşkarlanıb, lakin öldürülən şəxsin qanında heç bir narkotik maddələr aşkarlanmayıb. Lakin bir ay sonra bizə bildirdi ki, mərhumun qanında amfetamin tapılıb.

Bacım İradə Muradova heç vaxt narkotik maddə qəbul etməyib, spirtli içki içməyib və siqaret çəkməyib. Bunu bütün qohumlarımız, tanışlarımız və onunla daim təmasda olan iş yoldaşları təsdiqləyə bilər. Yasamal və Bakı şəhər prokurorlugu həmçinin nəzərə almır ki, şübhəli şəxs cinayəti törədərkən narkotik maddələrin təsiri altında olub.

Mərhumun şəxsi əşyaları – mobil telefonu, saatı və 200 ABŞ dolları hadisə yerindən itib.

Mən və anam Sevinc Quliyeva dəfələrlə yazılı şəkildə cinayət işinin daha təcrübəli müstəntiqə verilməsini xahiş etmişik. Həmçinin dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə müraciət edərək, cinayət işinin onların nəzarətinə götürülməsini tələb etmişik. Bakı şəhər prokurorluğunda qəbulda olmuşuq. Lakin iş hələ də Yasamal rayon prokurorluğunda qalır.

Qeyd etmək istəyirəm ki, Emil Ağacanov barəsində kompleks stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və o, ekspertiza mərkəzinə köçürülmüşdür. Təqsirləndirilənin yaxın qohumu, “BP” şirkətində çalışan Elnur Həbibov açıq şəkildə bəyan edir ki, ekspertlərlə razılığa gəliblər və anlaqsızlıq rəyi almaq üçün böyük məbləğdə pul veriblər. O, həmçinin açıq şəkildə “hər şeyi pulla həll edəcəyik” deyə bizə bildirmişdir.

 

Hörmətli Mehriban xanım,
 yuxarıda qeyd olunanlara əsasən Sizdən xahiş edirəm:

Cinayət işi №……-nin obyektiv araşdırılmasını təmin etmək məqsədilə bu işi şəxsi nəzarətinizə götürəsiniz. Bu işi Yasamal rayon prokurorluğundan çıxararaq, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə verilməsini təmin edəsiniz./yenixeber.org/

***

Biz müvafiq araşdırmalarla, eləcə də, aşağıdakı suallara cavab axtarmaqla mövzunu davam etdirəcəyik:

Özünün yaxın dostu, biznes ortağı olan gənc xanımı qətlə yetirməkdə şübhəli bilinən Emil Ağacanovun doğrudanmı psixoloji durumu yerində deyil?

Ekspert rəyində niyə bu vaxta qədər sağlam olan adamda psixoloji durumunun yerində olmaması diqnozu yer alıb ?

Emil Ağacanovun narkotik aludəçisi olmasına istintaqda niyə göz yumulur?
Qətlə yetyirilən xanıma göstərilən şiddət, ağır zərbələr və digər hallar ekspert rəyində niyə öz əksini tapmır?

Bu hallar nə səbəbdən  müstəntiqin diqqətdən kənar qalır?

İradə xanım qətlə yetirildiyi zaman niyə çılpaq olub və onun qanlı ləkəsi olan paltarlarını müstəntiq niyə işə daxil etmir?

Qatili tərəfindən şiddətə məruz qalan mərhum xanıma qarşı ölümündən qabaq zorlanma hadisəsi olmayıb ki?

Emil Ağacanovun yeznəsi Elnur Həbibovun  bu kommersiya şirkətlərində maraqları varmı?

İradə xanım qətlə yetirildiyi gün Emilin bacısının həyat yoldaşı  Elnur Həbibova zəng vuraraq Emilin vəziyyəti pisdir, gəlin aparın deməsinə ailənin üzvü niyə etinasızlıq göstərilib?

Narkoloji dispanserdə müalicə olunan Emil Ağacanovu yoluxan, ona qayğı göstərən İradə xanıma Elnurun, "sən bu ailənin üzvü deyilsən, Emil narkomandır, qoy qalsın bu vəziyyətdə", deməsini müstəntiq nəzərə alacaqmı?

Emil Ağacanov narkotikdən əziyyət çəkdiyi gün aparıldığı “Egey” hospitaldan çıxarılması üçün həkim tərəfindən niyə ailə üzvlərinə, yaxın qohumlarına deyil, İradə xanıma zəng vurub?

Həkimi buna kim təhrik edib? və sair...




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Azərbaycanın Birinci ...

    7-03-2019, 14:28

  • 
  • SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

    SOCAR: Azərbaycan neftçiləri adından Mehriban ...

    7-11-2019, 12:55

  • 
  • Bahar Muradova: "Azərbaycan demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurlara qısa müddətdə nail olub"

    Bahar Muradova: "Azərbaycan demokratik ...

    16-06-2016, 12:23

  • 
  • Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Putin və Medvedyev Azərbaycanın Birinci ...

    7-03-2019, 14:22

  • 
  • Bahar Muradova: “...bir daha belə hadisə baş verməyəcək”

    Bahar Muradova: “...bir daha belə hadisə baş ...

    29-12-2013, 15:31


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu