Ermənistana Çeçenistandan qaçmış Aişat Baymurodovanı qətlə yetirən iki nəfər barəsində ictimai cinayət təqibi başlanılıb.
Gundemxeber.com xarici mediaya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, həmin şəxslər barəsində axtarış elan edilməsi barədə qərar çıxarılıb və onlar üçün həbs qəti-imkan tədbiri seçilib. Cinayət işi Ermənistan CM-nin 155/2.8-ci maddəsi (qrup halında törədilən qətl) ilə açılıb.
Xatırladaq ki, 23 yaşlı Aişat Baymurodovanın meyiti 20 oktyabrda İrəvanda, Demirçyan küçəsində kirayə götürülmüş bir mənzildə tapılmışdı. Dostlarının sözlərinə görə, onlar Aişatla 15 oktyabrda, saat təxminən 22:00-da əlaqəni itiriblər. Aişat həmin vaxt evdən Instagram-da tanış olduğu bir qızla görüşmək üçün çıxmışdı.
Qeyd olunur ki, Aişat sosial şəbəkələrdə çox aktiv idi və öz olduğu yeri gizlətmirdi.
Dostlarının bildirdiyinə görə, həmin qız (Karina) Instagram-da Aişata özünü “Dağıstandan gəlmiş qaçqın” kimi təqdim etmişdi. Lakin daha sonra müəyyən olunub ki, o, Şimali Qafqazdan deyil, lakin vaxtaşırı Çeçenistana gedib-gəlirmiş və onun sosial şəbəkə izləyiciləri arasında Kadırovun yaxın çevrəsinə daxil olan şəxslər olub.
Sorğu
Yeni dizaynımız necədir?