Gecə saatlarında Ukraynanın İzmail limanına Rusiya tərəfindən edilən hücum zamanı Türkiyəyə məxsus maye qaz daşıyan gəmi zərər görüb.
Gundemxeber.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Hadisə nəticəsində təhlükəli vəziyyət yaranıb: gəmidəki sıxılmış qazın alışma və partlayış riski yaranıb.
Rumıniya hakimiyyəti dərhal tədbir görərək, İzmailə yaxın yerləşən qonşu kəndin sakinlərini təxliyə etməyə başlayıb. Evakuasiya ehtimal olunan partlayışın qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Hadisə regionda gərginliyi daha da artırıb və təhlükəsizlik xidmətləri vəziyyəti yaxından izləyir. ArbatMedia-nın yaydığı məlumata görə, tankerdə 4 min ton qaz kondensatı-maye qaz var. Ona dronla məqsədyönlü zərbə endirilib. Bu, Rusiyanın Ukrayna qaz təchizatına qarşı hücumlarının tərkib hissəsidir. Qeyd olunur ki, Rusiya bununla Ukraynanın qaz çatışmazlığını aradan qaldırmasının qarşısını almaq, mülki əhalini soyuq qış aylarında dözülməz şəraitə məhkum etmək məqsədi güdür. Artıq Rumıniya hakimiyyəti tankerin dayandığı nöqtənin yaxınlığında yerləşən Plauru yaşayış məntəqəsinin sakinlərini tam təxliyə edib. Yanğın bir neçə saat əvvəl başlayıb və onu söndürmək hələ də mümkün olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?