Gundemxeber.az » Ölkə » BMT rəsmisi: "Süni intellektin inkişafı ifrat avtonom silahların yaranmasına gətirib çıxara bilər"
"Süni intellektin nəzarətsiz inkişafı və istifadəsi yolverilməz dərəcədə avtonom silahların yaranmasına gətirib çıxara bilər".
Gundemxeber.com xəbər verir ki, bunu Əbu-Dabidə ADIPEC enerji konfransında iştirak edən BMT baş katibinin müavini, rəqəmsal texnologiyalar üzrə xüsusi elçi Amandip Gill TASS-a müsahibəsində bəyan edib.
"Süni intellekt, həqiqətən də, mövcud silah sistemlərinin inkişafını sürətləndirə bilən güclü bir texnologiyadır. Gələcəkdə mövcud avtomatlaşdırılmış sistemlərdən daha yüksək avtonom sistemləri görəcəyik. Bu sistemlərdən bəzilərinin avtonomluğunun artırılması tendensiyası aydın görünür", - deyə o bildirib.
O bildirib ki, hökumətlər insanın silahlara nəzarətini, eləcə də hədəf seçimi ilə bağlı qərar qəbul edən hərbi heyətin məsuliyyətini təmin etməlidirlər.
"Biz əmin olmalıyıq ki, bu texnologiya, onsuz da, gərgin olan beynəlxalq vəziyyətdə sabitliyi pozan daha bir amil olmayacaq və böyük dövlətlər arasındakı əlaqələri daha da mürəkkəbləşdirməyəcək", - deyə o əlavə edib.
Gundemxeber.com
24-09-2024, 21:33
25-09-2025, 13:20
10-01-2025, 11:38
17-10-2022, 12:53
25-05-2023, 10:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?