...Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan "SədərəkYusif"in Kür çayında törətdiyi ekoloji cinayəti görməzdən gəlir. Məncə,bu məsələnin ciddi şəkildə araşdırılımasına ehtiyac var.
Gundemxeber.com bildirir ki, bu iddia “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci Qarabağ müharibəsinin əlili Oktay Cəfərov tərəfindən cənb prezidentə ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik, təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Oktay Cəfərov
Müzəffər Ali Baş komandan,möhtərəmcənab İlham Əliyev,mən Cəfərov Oktay “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci Qarabağ müharibəsinin əlili kimi Sizə müraciət edirəm. Müraciətimin səbəbi Mingəçevir şəhərində üzləşdiyim məmur özbaşınalığıdır. Konkret desəm,şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun uzun müddətdir ki, mənə qarşı apardığı qərəzli kampaniyadır.Diqqətinizə çatdırım ki, bu şəxs heç vaxt Qarabağ müharibəsinin iştirakçılarını,qaziləri, Şəhid ailələrini sevməyib,onlara hörmətlə yanaşmayıb. Sadəcə foto və videoçəkilşlərlə görüntü yaradıb. Heç vaxt bizə qarşı səmimi olmayıb. Sanki bu adamda müharibə iştirakçılarına qarşı natamamlıq kompleksi var. Yəqin ki, səbəbini yalnız özü bilir.
Möhtərəm cənab Prezident,keçmək istəyirəm müraciətimin əsas hissəsinə. Öncə qeyd edim ki,icra başçısı İlham İsmayılov sifarişi ilə saxta profillər üzərindən haqqını tələb edən qazilərə qaraşı qarayaxma kampaniyası apartdırır. Son qurbanlar isə mən və 2-ci Qarabağ müharibəsinin qazisi Anar Mehdiyevdir.Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət etmişik. İcra başçısı İlham İsmayılov müharibə iştirakçılarının, qazilərin, Əfqanıstan veteranlarının kiçik sahibkarlıq fəaliyyəti ilə məğul olmasına hər cəhdlə mane olur. Bələdiyyə sədrinə təzyiq göstərir ki, bizimlə hər-hansı bir mövsümü icarə müqaviləsi bağlamasın.
Möhtərəm cənab Prezident,tapşırığınız əsasında kiçik bir araşdırma aparılarsa, məlum olacaq ki, ən çox polisə, prokurorluğa, məhkəməyə verilən kiçik sahibkarlar Mingəçevirdədir. İlham İsmayılov haqqını tələb edən insanları həbs etdirməklə təhdid edir. Sağ olsun şəhərimizin hüquq-mühafizə orqanları ki, onun qanunsuz tələblərini icra etmirlər və hər şeyə ədalətlə, qanun çərçivəsində yanaşırlar. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ya olmaq istəyənlər İlham İsmayılovun təzyiqləri,təhdidləri ilə üzləşirlər. Bu gün Mingəçevir məhkəməsinə verilən onlarala sahibkar var. Ancaq bu şəhərə külli miqdarda ziyan vuran, ekologiyanı göz görə-görə məhv edən Qədiroğluna və "Sədərək Yusif"ə gözün üstə qaşın var deyən yoxdur. Əksinə,icra başçısı hər addımda onları müdafiə edir, açıq şəkildə onların cinayət tərkibli əməllərinə göz yumur. Burada söhbət ağacların kütləvi kəsilməsindən, Kür çayının ekoloji terrora mərzu qalmasından və qanunsuz tikililərdən gedir. Baxmyaraq ki, "Sədərk Yusif" dövlətimizə xəyant edən Ramiz Mehdiyevin biznes ortağıdır. Necə olur ki, icra başçısı oktyabrın 29-da keçirdiyi şura iclasında xeyli sayda insanın işlədiyi Balıq zavodunu əsassız olaraq hədəfə alır, anacaq Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan "SədərəkYusif"in Kür çayında törətdiyi ekoloji cinayəti görməzdən gəlir.Məncə,bu məsələnin ciddi şəkildə araşdırılımasına ehtiyac var.
Möhtərəm cənab Prezident, Siz sonucu dəfə icra başçılarını qəbul edib onlara tapşırıq verdiniz ki, bölgələrdə sahibkarlıq fəaliyyətinə dəstək olun, iş yerlərinin açılmasını təmin edin. Budan sonra guya icra başçısı İlham İsmayılov sahibkarlara şərait yardır adı altında yaşayış binalarının birinci mərtəbələrini ticarət məqsədi ilə istifadə olunmasına kütləvi icazə verdi(?). Hansı ki, həmin binaların sakinlərinin həyatı təhlükəyə atılıb. Məlumata görə ilkin mərhələdə həmin otaqların təyinatının dəyişdirilməsi üçün Fövqəladə Hallar nazirliyinin müvafiq idarəsininrəyi və icazəsi yoxdur. Necə olur ki,H.Əliyev prospektində yaşayış binlarının tən ortasında, məhəllənin içində “Balıq evi”nin və yaşayış binasının balkonunun düz 2 metrliyində otel tikintisinə icazə verir. Amma mənə və mənim kimi yüzlərlə imtiyazlı və imkansız insanlara qarşı təzyiqlər edir. Yəqin ki, Sizə etdiyim bu müraciətdən sonra da trolları və əlaltıları vasitəsi ilə mənə qarşı genişmiqyaslı hücumlara, təhdidlərə başlayacaq.
Möhtərəm cənab Prezident, mən 2021-2023-cü illərdə də dəfələrlə yuxarlara yazmışam ki, bu şəxs üzərinə düşən vəzifələri yerinə yetirmir.Şəxsən mən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bu dövlətə, bu xalqa və Mingəçevir sakinlərinə ürəkdən xidmət etməsinə inanmıram. Çünki hər il istirahət üçün pullarını xərclədiyi Rusiyanı, rusları, ölkəmizdəki ruspərəstləri sevən adam heç vaxt Sizi və bizi sevə bilməz,heç vaxt şəffaf işləyə bilməz.
Möhtərəm cənab Prezident,çoxsaylı qazilər adından Sizdən xahiş edirəm ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun əslində kimlərə xidmət etdiyini müəyyən etmək, qanunsuz əməllərinə son vermək üçün onun fəaliyyətinin vicdanlı şəxslər tərəfindən araşdırılması məqsədi ilə göstəriş verəsiniz və bu şəxsin cəzalandırlmasını təmin edəsiniz. Biz Sizə hər zaman inanmışıq,g üvənmişik və yanınızda olmuşuq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?