Fövqəladə Hallar Nazirliyi (FHN) Katibliyinin Əmr və qərarların icrasına nəzarət şöbəsinin baş zabiti, leytenant Ramil Eyvazov nazir Kəmaləddin Heydərovun adından yararlanaraq adamları aldatmaqda suçlanır.
İddia edilir ki, R. Eyvazov müxtəlif adamlara onların qohumlarını nazirliyin Yanğından Mühafizə Xidmətinin İsmayıllı, Beyləqan, Ağdam rayon şöbələrinə yanğınsöndürən vəzifəsinə düzəltməyə söz verib. Bu adla da hər işdən ötrü 11-12 min manat alıb.
İttihama görə, FHN-in Bakı Regional Mərkəzinə zabit vəzifəsinə düzəltməyin qiyməti isə 25 min manat olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?