Gundemxeber.az » Ölkə » Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə infarkt yaşatmarıq"
"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Ferentsvaroş"la oyun öncəsi mətbuat konfransında açıqlama verib.
Gundemxeber.com xəbər verir ki, təcrübəli mütəxəssis komandasının son oyunlarda ardıcıl erkən qollar buraxaraq geriyə düşməsindən narazıdır:
"Mən də matçın əvvəlində 2:0 geriyə düşmək istəmirəm. Bu artıq iki dəfə baş verib. Öndə başladığımız, qapımızı toxunulmaz saxladığımız matçlar da olub. Amma böyük komanda olmaq, liderlik uğrunda mübarizə aparmaq istəyiriksə, daha az qol buraxmalıyıq. Buraxdığımız bəzi qolların müdafiə edilə biləcək tərəfi yoxdur. Bir neçə fərqli faktorun üst-üstə düşməsi ilə baş verdi. Mən də istəmirəm ki, komanda 2:0 geri düşsün. Ümid edirəm ki, heç kimə infarkt yaşatmarıq. Amma hər oyunu 6:4 hesabı ilə qazanacağıqsa, buna razıyam".
Qeyd edək ki, sabah keçiriləcək "Fənərbağça" - "Ferentsvaroş" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq./oxu.az/
14-03-2025, 23:42
25-04-2016, 00:23
23-05-2013, 01:54
26-08-2022, 09:58
31-10-2015, 19:34
Sorğu
Yeni dizaynımız necədir?