Rusiya ordusu Ukraynadakı hərbi obyektlərə kütləvi zərbələr endirib.
Gundemxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, Ukraynada müdafiə sənayesi, enerji obyektləri və PUA-ların saxlanma məntəqələri vurulub.
Qeyd olunur ki, hücum zamanı Rusiya Silahlı Qüvvələri dəniz, quru və hava bazalarından, o cümlədən "Kinjal" hipersəsli raketlərlə irimiqyaslı zərbələr endirib.
"Hücum zamanı məqsədə nail olunub və bütün təyin edilən hədəflər vurulub", - deyə Rusiya MN-dən bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?