Gundemxeber.az » Ölkə » İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək
İran nümayəndə heyəti 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirakdan ABŞ-nin İrandan olan idmançılara qarşı tətbiq etdiyi viza məhdudiyyətlərinə görə rədd cavabı verib.
Gundemxeber.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi məlumat verib.
"ABŞ tərəfinin idmana zidd hesab edilən davranışı ilə əlaqədar, İran nümayəndə heyəti dekabrın 5-də keçiriləcək püşkatmada iştirak etməməyi qərara alıb", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.
Gundemxeber.com
4-12-2013, 11:32
2-04-2016, 01:40
18-06-2013, 20:06
30-11-2017, 19:40
3-02-2020, 11:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?