GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ŞOK! Yeni pandemiya - COVİD 19-dan da qorxuludur

ŞOK! Yeni pandemiya - COVİD 19-dan da qorxuludur

Tarix: 18-12-2025, 11:03 Bölmə :Ölkə / Maraqlı Baxış: 114

Həkimdən SOS: “İnsan sağlamlığını təhdid edən 10 əsas risk amilindən biri qarşıda bizi gözləyən yeni qrip pandemiyasıdır”

Quş qripi virusu mutasiyaya uğrayaraq insandan insana yoluxarsa, COVİD-19-dan daha ağır pandemiyaya səbəb ola bilər. Bu barədə "Reuters" xəbərdarlıq edib.

Fransadakı Pasteur İnstitutunun Tənəffüs Yoluxucu Xəstəliklərinin Tədqiqi Mərkəzinin direktoru Mari-Ann Rameix-Welti bu xüsusda agentliyə bildirib: “Biz virusun məməlilərə, xüsusən də insanlara uyğunlaşacağından və insandan insana yoluxacağından və bu virusun pandemiyaya çevriləcəyindən qorxuruq”.

Onun sözlərinə görə, insanlarda mövsümi H1 və H3 qripinə qarşı antitel olsa da, H5 quş qripinə qarşı antitel yoxdur. COVİD-19 zamanı da oxşar vəziyyət müşahidə olunub. “Lakin əsasən həssas qruplara təsir edən koronavirusdan fərqli olaraq, quş qripi uşaqlar da daxil olmaqla, sağlam insanları da öldürə bilər”, - mərkəzin direktoru vurğulayıb.

Hərçənd ekspert onu da qeyd edib ki, dünya bu təhlükəyə COVİD-19-dan daha yaxşı hazırlaşıb.

Bu arada Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər.

Mütəxəssislərin fikrincə, qrip mövsümü adi haldan daha tez başlaya və əvvəlki illərə nisbətən xeyli şiddətli ola bilər. Həkimlər virusun ötürülmə sürətindən və əlamətlərinin koronavirusa bənzərliyindən narahatdırlar.

İlkin araşdırma məlumatları göstərir ki, yeni H3N2 variantı əvvəlki ştammlara nisbətən xeyli asan ötürülür və ağır əlamətlərlə müşayiət olunur. Xəstələr temperaturun kəskin yüksəlməsi, şiddətli halsızlıq, əzələ ağrıları və davamlı, güclü öskürəkdən şikayət edirlər. Klassik qripdə olduğu kimi, ağır xəstəlik riski də qalır. Yaşlılar və xroniki xəstəlikləri olanlar ən böyük risk altındadır. Səhiyyə mütəxəssisləri ağır xəstəlik riskini azaltmaq üçün peyvənd olunmağı tövsiyə edirlər.

Haqqında danışılan təhlükələr və yeni (quş qripi) pandemiya nə dərəcədə realdır?

Yeri gəlmişkən, 1968-ci ildə baş vermiş Honq-Konq qripi H3N2 adlı influenza A virusu tərəfindən yaranmışdı. Bu virus sürətlə yayılaraq milyonlarla insanın yoluxmasına səbəb olub. Xüsusilə Asiya bölgəsində təsiri daha güclü hiss olunsa da, qısa müddətdə digər qitələrə də yayılıb. H3N2 virusu həmin vaxtdan bu günə qədər mövcud olan mövsümi qrip ştamlarının əsas “atalarından” biri kimi qalır və hər il dövr edən qrip variantlarının tərkibində hələ də onun genetik elementləri mövcuddur. Bu pandemiya əvvəlki qriplərə nisbətən daha yüngül keçsə də, dünya üzrə yüz minlərlə insanın həyatına son qoyub.

1957-ci ilin Asiya qripi isə H2N2 virusu tərəfindən törədilmiş pandemiya idi. İlk olaraq Çində qeydə alınan virus çox sürətlə yayılaraq bir neçə ay içində bütün dünyanı əhatə etdi. İkinci dalğası daha ölümcül olub və xüsusilə məktəblilər, yaşlılar və xroniki xəstəliyi olanlar ağır keçirib. Asiya qripi qlobal səhiyyə sistemlərinə böyük təzyiq yaradıb və pandemiya nəticəsində təxminən 1-2 milyon insan həyatını itirib. Virus bir neçə il dövr etdikdən sonra 1968-ci ildə yeni H3N2 ştammının meydana çıxması ilə tamamilə geriyə çəkilib.

1918-ci ilin İspan qripi H1N1 virusu ilə törədilmiş və tarixdə ən ölümcül qrip pandemiyası kimi tanınıb. Bu virus Birinci Dünya müharibəsi illərində meydana çıxmış və qeyri-adi dərəcədə yüksək ölüm nisbəti ilə seçilmişdi. Digər qrip pandemiyalarından fərqli olaraq, İspan qripi gənc və sağlam insanlarda da ağır fəsadlara və qəfil ölüm hallarına səbəb olurdu. Qısa müddətdə dünya əhalisinin üçdə biri virusla yoluxdu və təxminən 50 milyon insan həyatını itirdi. Bu pandemiya tibb tarixini dəyişdirən hadisə oldu və müasir epidemiologiyanın formalaşmasına böyük təsir göstərdi.

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla 

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, A qrip virus qrupundandır. Onların içərisində H5N1 ştamlı virus bir neçə il əvvəl Azərbaycanda da yayılmışdı. Biz həmin vaxt bunu lokallaşdıra bildik. Xarici laboratoriyaların, xüsusilə Britaniya laboratoriyalarının dəstəyi və ÜST-nin tövsiyələri ilə prosesi nəzarətə aldıq və demək olar ki, az itki ilə bu vəziyyətdən çıxmağı bacardıq. Bir pandemiya necə yarana bilər? Pandemiyanın yaranması üçün sürətli yoluxuculuq indeksi olmalıdır. Bu tip infeksiyalar ən çox nəfəs yolu, hava-damcı yolu ilə və ya içməli su vasitəsilə yayılır. Məsələn, vəba, qrip, koronavirus kimi. Problemin mahiyyəti ondadır ki, biz quş qripinin gələcəkdə hansı performans göstərəcəyini, yoluxma yollarının dəyişib-dəyişməyəcəyini tam proqnozlaşdıra bilmərik. Lakin mümkündür ki, virusun yoluxuculuq indeksi yüksəlsin və epidemiya yaratsın”.

H3N2 variantına gəldikdə isə həkim deyib ki, bununla bağlı dəqiq proqnoz vermək çətindir: “Çünki ÜST-nin məlumatına görə, insan sağlamlığını təhdid edən 10 əsas risk amilindən biri də bizi qarşıda gözləyən yeni qrip pandemiyasıdır. Qrip virusu daim mutasiyaya uğradığı üçün hər il yeni formaya düşür və bu, nə vaxtsa ispan qripi tipində qlobal pandemiyaya səbəb ola bilər. Bu, elmi proqnozdur. Bu baxımdan laboratoriyaların və virusoloqların narahatlığı tam əsaslıdır”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qonşu ölkədə insanların quş qripinə yoluxması faktı aşkarlandı

    Qonşu ölkədə insanların quş qripinə yoluxması ...

    20-02-2021, 19:28

  • 
  • Quş qripi pandemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

    Quş qripi pandemiyaya səbəb ola bilər - ...

    11-06-2025, 10:27

  • 
  • Səhiyyə Nazirliyi ölkədə tüğyan edən “donuz qripi”ni niyə GİZLƏDİR? - İLGİNC

    Səhiyyə Nazirliyi ölkədə tüğyan edən “donuz ...

    11-01-2022, 12:25

  • 
  • Rusiyada “quş qripi” yayıldı

    Rusiyada “quş qripi” yayıldı ...

    14-08-2020, 16:42

  • 
  • Rusiyada 30 milyon insan donuz qripinə yoluxub - DƏHŞƏT

    Rusiyada 30 milyon insan donuz qripinə yoluxub - ...

    4-02-2016, 22:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (16)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu