Gundemxeber.az » Ölkə » Maliyyə nazirindən qeyri-neft sektoru ilə bağlı nikbin açıqlamalar
Milli Məclisdə çıxış edən maliyyə naziri qeyri-neft sektorundan da bəhs edib.
Gundemxeber.com-un məlumatına görə, nazir deyib ki, qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq.
“Demək olar ki, biz növbəti illərdə artıq icmal büdcəmizin 3-də 2-sini hissəsini qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Bu tendensiya davam edəcək ki, 2029-cu ilə qədər bizim proqrnozumuz bu rəqəmin 69-70 faizə çatması nəzərdə tutulur” - o deyib.
S.Babayev deyib ki, bu istiqamətdə görüləcək işlər ilk növbədə ölkəmizin neft asılığının daha da aşağı salınmasına imkan verəcək və qeyri-neft sektorunun inkişafının daha da sürətlənməsinə şərait yaradacaqdır:
“Eyni zamanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində vergi gəlirlərinin xüsusi çəkisi artacaqdır. İcmal büdcəmizdə bu göstərici 63 faiz, dövlət büdcəsində isə 57,4 faiz olacaqdır və ümumilikdə qeyri-neft gəlirlərində vergi gəlirlərinin payı 79 faiz olacaq. Bu iki göstəricinin hər ikisi də son 20 ildə ən yüksək göstəricilərdir”.
Gundemxeber.com
18-11-2013, 12:29
13-10-2015, 13:51
9-06-2018, 11:56
23-10-2018, 12:23
19-06-2022, 13:27
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?