GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Tarix: 3-12-2025, 16:17 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 10

Türkiyənin verdiyi sənəd 2013–2023-cü illər ərzində etibarlı olub və üzərində Əlizadənin fotoşəkli yer alıb. Bu barədə məlumatı Britaniyanın Trinity Bugle (trinitybugle.com) portalı oktyabr ayında yayıb. Portal yazır ki, Anar Əlizadə haqqında aparılan araşdırma yeni və diqqətçəkən bir detalla daha da dərinləşib və Union Grand Energy PTE Ltd şirkətinin təsisçisi və rəhbərinə aid olan saxta Türkiyə pasportu ortaya çıxıb. 

Sənəd 2013–2023-cü illər ərzində etibarlı olub və üzərində Əlizadənin fotoşəkli yer alır.Amma sənəddə Anar Əlizadənin adı və soy adı Arda Akın kimi göstərilir. Maraqlıdır ki, saxta kimlikdə Arda Akın-Anar Əlizadənin doğum yeri Naxçıvan, Azərbaycan göstərilir.

Portal qeyd edir ki, Anar Əlizadəyə aid saxta türk şəxsiyyət vəsizqəsinin ortaya çıxması, həm Azərbaycan hüquq-mühafizə orqanlarının, həm də Avropa İttifaqının sanksiya nəzarət qurumlarının diqqətini cəlb edib. Amma nə Türkiyə, nə də Azərbaycan portalın saxta kimlik barədə sorğularını cavablandırmayıb.

Poliqonun apardığı araşdırma isə göstərib ki, Anar Əlizadənin saxta türk pasportu ilə bağlı məlumatı ilk dəfə Azərbaycan və Türkiyə iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov SOCAR-la yaşadığı qarşıdurma fonunda Türkiyədə həbs olunduğu zaman ortaya çıxarıb.

Qeyd edək ki, azərbaycanlı iş adamı, neft maqnatı, “Union Grand Energy” şirkətlər qrupunun sahibi və baş icraçı direktoru, “Baku Business Factory”nin təsisçisi, “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadənin hazırda Dubayda yaşadığı bildirilir. Onun adı davamlı olaraq bir çox biznes qalmaqallarında hallanır, çirkli pulalrın yuyulmasında, neft qaçaqmalçılığında hallanıb. SOCAR-ın keçmiş yüksək vəzifəli əməkdaşı Adnan Əhmədzadə ilə uzunmüddətli iş əlaqələrinə görə Anar Əlizadə yenidən dünya mediasının diqqət mərkəzindədir.

Ötən ay yerli mətbuat Anar Əlizadənin Bakıya gələrək Adnan Əhmədzadənin cinayət işi ilə bağlı istintaqa ifadə verdikdən sonra Azərbaycanı tərk etdiyini yazıb. Lakin sonradan bu məlumat bəzi iri resurslardan silinib. Maraqlıdır ki, bu hadisəyə Reuters, Blomberg, Repost kimi beynəlxalq nəşrlər də maraq göstəriblər. Misal üçün Reuters Agentliyi “Neftin çirkləndirilməsi işi genişlənir və biznesmen Anar Əlizadəyə aparan izlər güclənir” adlı məqalənin sonunda neftin çirklənməsi ilə və digər ittihamlarla bağlı iş adamı Anar Əlizadənin nə zaman həbs olunacağı sualını qoyur.

Trinity Bugle portalı yazır ki, bu cür saxta sənədlər xüsusilə İran, Rusiya və Venesuela kimi sanksiyaya məruz qalmış ölkələrin nefti ilə işləyən operatorlar arasında geniş yayılıb. Belə sənədlər treyderlərə uçuş biletləri bron etmək, tankerlər icarəyə götürmək və Dubay, Sinqapur və ya Kipr kimi “neytral mərkəzlərdə” diqqət çəkmədən tərəfdaşlarla görüşmək imkanı verir.

“Maliyyə araşdırıcılarının fikrincə, saxta pasport həm də qanunsuz neft gəlirlərinin yuyulması üçün yaradılan ofşor şirkətlərin təsisində mühüm rol oynamış ola bilər. Azerbaycan hüquq-mühafizə qurumları hələlik saxta pasportun yeni ittihamlara səbəb olub-olmayacağını açıqlamayıb. Bununla belə, mövcud sübutlar Anar Əlizadənin biznes fəaliyyətlərinin qəsdən aldatmaya əsaslandığı barədə şübhələri daha da gücləndirir. İstintaq davam edir və sənədin 10 il boyunca necə və hansı miqyasda istifadə olunduğu barədə əlavə detalların yaxın həftələrdə üzə çıxacağı gözlənilir”, deyə portal qeyd edir.

Məsələ ilə bağlı Poliqon-a açıqlama verən və müəyyən səbələrdən adının açıqlanmasını istəməyən hüquqşünas bildirib ki, həmin saxta pasport çoxsaylı beynəlxalq səfərlərdə və müəyyən biznes əməliyyatlarında istifadə edilə bilər ki, bu da şəxsiyyətin gizlədilməsi və yoxlamaların asan keçilməsi ehtimalını gündəmə gətirir.

Hüquqşünas bildirib ki, saxta pasport iddiası təsdiqini tapsa, Anar Əlizadənin həmin sənədlə getdiyi ölkələrdə iş adamı haqqında çinayət işləri açıla bilər və bu Anar Əlizadə üçün ağır nəticələr doğurar. Bunlara sənəd saxtakarlığı, sərhəd keçmə qaydalarının pozulması, pulların yuyulması və digər əlaqəli maddələr üzrə məsuliyyət riski mövcuddur.

Eyni zamanda, saxta pasportun bank hesablarının açılması, şirkət qeydiyyatı və ya ticarət əməliyyatları üçün istifadə olunubsa, bu da ayrıca cinayət məsuliyyəti yaradar. Belə hallar təsdiqlənərsə, kommersiya saxtakarlığı və maliyyə fırıldağı kimi əlavə hüquqi risklər də gündəmə gələ bilər.

Xatırladaq ki, Anar Əlizadənin saxta sənəddən istifadə etməsi ilə bağlı 16 aprel 2023-cü ildə musavat.com saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, Serbiyada jurnalist araşdırmalarına əsasən, 2022–2025-ci illər arasında ən azı 204 rusiyalıya Serbiya vətəndaşlığı verilib. Onların əksəriyyəti nə ölkədə yaşamış, nə də rəsmi prosedurları keçmiş şəxslərdir. Hökumət bu addımı “milli maraq”la əsaslandırıb. Bu “xüsusi siyahı”da yer alanlardan biri də azərbaycanlı iş adamı Anar Əlizadədir. SOCAR-ın əvvəlki rəhbərliyinin (Rövnəq Abdullayev) yaxın tərəfdaşı kimi tanınan Əlizadə 2024-cü ilin 28 noyabrında Serbiya vətəndaşlığı alıb. Sənədi imzalayan şəxs – hazırkı baş nazir Miloş Vuçeviçdir.

Tarixə diqqət edərsək, görərik ki, Anar Əlzadə Serbiya pasportunu məhz Türkiyə pasportunun vaxtı bitəndən sonra əldə edib./Poliqon.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adnana görə təcili Bakıya çağırıldı

    Adnana görə təcili Bakıya çağırıldı ...

    24-09-2025, 23:13

  • 
  • Azərbaycanlı iş adamı "Business Time" jurnalı tərəfindən "İlin iş adamı: İşgüzar nüfuz-2014" mötəbər mükafatına layiq görülüb

    Azərbaycanlı iş adamı "Business Time" ...

    30-12-2014, 22:09

  • 
  • Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ

    Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ ...

    6-07-2020, 17:17

  • 
  • Ərdoğanı problemə salan Anar Əlizadənin sonu gəlir - İLGİNC FAKTLAR

    Ərdoğanı problemə salan Anar Əlizadənin sonu ...

    8-04-2024, 14:40

  • 
  • “Qanuni oğru” saxta Azərbaycan pasportu ilə saxlanıldı

    “Qanuni oğru” saxta Azərbaycan pasportu ilə ...

    29-08-2017, 18:20


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu