Gundemxeber.az » Ölkə » Tanınmış hüquqşünas Aslan İsmayılov “Ramiz Mehdiyev işi” ilə bağlı danışdı
Azərbaycanda son günlərin ən çox müzakirə olunan mövzularından biri olan “Ramiz Mehdiyev işi” ilə bağlı tanınmış hüquqşünas Aslan İsmayılov geniş açıqlama verib.Hüquqşünas bildirib ki, prosesə yönəlik “hakimiyyətin şousu”, “əmlak davasıdır” kimi iddiaları qətiyyətlə qəbul etmir. Onun sözlərinə görə, məsələ düzgün və hərtərəfli araşdırılacağı təqdirdə Müstəqil Azərbaycan Dövlətinin tarixində silinməz iz buraxa biləcək əhəmiyyət daşıyır:“Bu iş Türkiyədəki FETÖ prosesindən də mürəkkəb və dövlətimiz üçün daha vacibdir.”Aslan İsmayılov, 1989-cu ildən bəri Azərbaycanda baş verən siyasi prosesləri əvvəl kənardan, daha sonra isə yaxından izlədiyini bildirərək, müxtəlif qrupların dövlətə münasibətlərindən xəbərdar olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir çoxları hakimiyyətə münasibəti dövlətə münasibətlə səhv salır:“Bu gün aparılan R.Mehdiyev işi hakimiyyət yox, dövlət məsələsidir.”Hüquqşünas özünün müəyyən dövrlərdə susqun qalmasını ehtiyat və ya kimdənsə çəkinmə ilə əlaqələndirən fikirləri təkzib edib. O, bəzi şəxslərin bu prosesdən istifadə edərək özlərini “qəhrəman” kimi təqdim etməyə çalışdıqlarını, halbuki vaxtilə həmin şəxslərin Ramiz Mehdiyev komandasının fəal üzvləri olduğunu qeyd edib:“Onların sırasında görünməmək üçün hələlik susmağa üstünlük verirəm. İstintaqın obyektiv aparılacağına şübhəm yoxdur.”Aslan İsmayılovun xüsusi narahatlıq doğuran məqam kimi göstərdiyi məslə isə Ramiz Mehdiyevin yaxın çevrəsinin hələ də istintaqa cəlb olunmamasıdır:“R.Mehdiyevin xəyanət ortaqları – Əli Həsənov və onun qudası Səttar Mehbalıyev bu gün də yüksək vəzifələrdədir və hələlik istintaqdan kənarda qalırlar.”Hüquqşünas hesab edir ki, bu kimi nüanslar cəmiyyətdə əlavə söz-söhbətlərin yaranmasına səbəb olur və obyektiv araşdırmaya mane olmamalıdır.4-11-2019, 17:43
4-11-2019, 17:43
17-05-2013, 18:31
16-10-2013, 14:12
1-09-2020, 20:42
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?