Gundemxeber.az » Ölkə » Dünyanın ən təmiz şəhərinin adı AÇIQLANDI
Polşanın Krakov şəhəri dünyanın ən təmiz şəhəri seçilib. 70 mindən çox turisti nəzərə alan onlayn rəylərin təhlili göstərib ki, şəhərə 98,5% müsbət qiymət verilib.
Bunu “Radical Storage” şirkətinin araşdırması təsdiqləyib.
Təmizlik reytinqinin liderlər sırasında Şarja (98,5%), Sinqapur (98%), Varşava (97,8%) və Doha (97,4%) da yer alıb. Ekspertlər Polşa şəhərlərinin uğurunu tullantıların idarə olunması sistemlərinə böyük investisiyalar və ictimai məkanların təmizliyinin təmin olunması üzrə təşəbbüslərlə izah edirlər.
Reytinqin aşağı pilləsində isə Budapeşt qərarlaşıb. Burada təxminən 40% rəylər şəhərin çirkli olması ilə bağlıdır. Siyahıya Roma (35,7%), Las-Veqas (31,6%), Florensiya (29,6%) və Paris (28,2%) daxildir. Araşdırmada qeyd olunur ki, yüksək turist sıxlığı olan tarixi mərkəzlərdə təmizliyin və nizamın qorunması çətinlik yaradır.
Araşdırma, hər şəhərin son bir il ərzində “Google”da top-10 turist məkanları haqqında verilmiş rəylərə əsaslanıb. Hesabat müəllifləri bildirirlər ki, nəticələr səyahətçilərə sanitar rahatlığı nəzərə alaraq səfərlərini planlaşdırmaqda kömək edəcək.
Gundemxeber.com
11-05-2016, 23:20
6-11-2013, 17:45
20-07-2017, 12:35
11-04-2016, 12:35
26-12-2012, 13:16
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?