GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az »  İsa Həbibbəylinin Mehdiyev "sevdası" haradan qaynaqlanır? - Alqış Musayev "saxta akademik"lə bağlı bütün SİRLƏRİ AÇDI

 İsa Həbibbəylinin Mehdiyev "sevdası" haradan qaynaqlanır? - Alqış Musayev "saxta akademik"lə bağlı bütün SİRLƏRİ AÇDI

Tarix: 5-12-2025, 23:07 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 16

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev özünün facebook səhifəsində Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin açıqlamasına mövqe bildirib. Xatırladaq ki, İsa Həbibbəyli bildirib ki, Ramiz Mehdiyevin akdemikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək

Alqış Musayev mövqeyini elə belə də ifadə edib:

“Bu, olduqca, məntiqsiz və səhv yanaşmadır. Çünki Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Milli Elmlər Akademiyası qaldırmayıb ki , nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır”.

Yalnız Alqış Musayev belə düşünmür. Belə yanaşma olduqca məntiqsiz və yumşaq desək, başdan-ayağa səhvdir. Çünki elm xadimlərinin akademik olub-olmamasını məhkəmə deyil, elmi ictimaiyyət müəyyən etməlidir. Dövlətə xəyanətdə ittiham artıq kifayət etməlidir ki, Mehdiyev akademiklikdən məhrum edilsin. Yəni məhkəmənin hökmünü gözləmək olduqca absurd və riyakar mövqe kimi də dəyərləndirilə bilər. Yəqin İsa Həbibbəyli cəmiyyətə gizli mesaj ötürür ki, hər şey ola bilər. Məhkəmə Akademikin günahsız olduğuna dair qətnamə qəbul edər. Mehdiyev haqqında danışarkən Akademiyanın tavanına gözünü zilləyən Həbibbəyli çox istərdi elan eləsin ki, bəs ay camaat, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əmlak leqallaşdırmaq kimi xüsusilə ağır ittihamlarla üzləşən “Ramzes” aydan-arı, sudan da durudur. İsa anlamır ki, məhkəmənin verdiyi qərar ittihamın sübut olunub-olunmamasından asılı olmayaraq, ictimai rıçaqdır və Akademiyanın reputasiyasına onus da ciddi zərbə vuracaq. Belə olan halda, AMEA-nın prestiji naminə Mehdiyevin titulunun saxlanması çox arqumentsiz görünür.

Azərbaycanın baş akademikinin nəzərinə çatdırırıq ki, elm və elmi titullar fundamental olaraq ideya, bilik və tədqiqat əsasında qazanılır. Yəni onun hüquqi vəziyyəti və cinayət işi ilə birbaşa əlaqəsi elmi dəyərlərin özündən fərqlidir. Akademiklik şəxsin elmi fəaliyyəti və elmi töhfələri ilə bağlıdır, cinayət işi isə hüquqi-cinayət məsələsidir.

Əgər akademik ad məhz siyasi, hüquqi situasiyaya görə ləğv ediləcəksə, bu sistemin elmi prinsiplərdən çox siyasətə bağlı olduğunu göstərir. İsa Həbibbəyli bilə-bilə elmi nüfuzun obyektivliyinə xələl gətirir.


Həbibbəyli onu da unutmasın ki, “Ramzes”in elmi titullarının saxta olması barədə kifayət qədər iddialar var. Bu, ayrıca elmi yoxlamalarla, komissiyalarla araşdırıla bilər. Cinayət işi isə, əgər məqsəd yalnız titul ləğvi deyilsə, elmi saxtakarlığı sübut etmir.

Beləliklə, məhkəmə qərarını gözləmək bir tərəf, mövqe nümayişidir.

Artıq heç kimə sirr deyil ki, AMEA daxilində titulların verilməsi uzun illər ərzində Ramiz Mehdiyevin təsiri altında olub. Başqa alimlər iddia edirlər ki, saxta akademiklər, “kartofka” adlandırdıqları rütbələr sanki “xidmətə görə” verilib. Bu baxımdan göstərilən ittihamlar (dövlətə xəyanət, hakimiyyət zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə var-dövlət leqallaşdırma) və bu iddiaların ictimai rezonansa səbəb olması faktı Akademiyanın reputasiyasını da aşağı salıb.

Çünki akademik titullar da elmi etimad, nüfuz və ictimai məsuliyyət tələb edir. Belə olan halda, ictimai maraq və AMEA-nın nüfuzu baxımından Mehdiyevin akademiklikdən məhrum edilməsi düzgün addım olardı./KONKRET.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA

    Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” ...

    12-01-2021, 11:57

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI

    Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş ...

    3-08-2020, 14:34

  • 
  • Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - "“Fotoları Ramiz Mehdiyevin qızı paylaşıb"

    Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - ...

    25-09-2020, 12:48

  • 
  • Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA

    Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA ...

    28-06-2021, 14:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu