GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR

TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR

Tarix: 5-12-2025, 23:14 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 7

TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt Tibb Mərkəzi ilə bağlı apardığı araşdırma ölkənin səhiyyə sistemində illərlə formalaşmış struktur problemləri yenidən gündəmə gətirdi. Hesablama Palatasından daxil olan material əsasında başlanmış araşdırmada dövlət təyinatlı vəsaitlərin xərclənməsi ilə bağlı ciddi uyğunsuzluqlar, xüsusilə də Sumqayıt ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin cari təmir işləri üçün ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması faktı araşdırmanın miqyasının kifayət qədər böyük olduğunu və aşkar edilən pozuntuların təsadüfi deyil, sistematik xarakter daşıdığını göstərir. Araşdırmanın detallarından da məlum olur ki, həmin dövrdə Sumqayıt Tibbi Ərazi İdarəetmə Birliyinə rəhbərlik edən Səkinə Sadıxovanın fəaliyyəti də qiymətləndirilmiş və müxtəlif maliyyə əməliyyatlarında təyinatdan kənar xərcləmə şübhələri formalaşmışdır. Maraqlı məqam ondadır ki, qeyri-rəsmi mənbələr həmin dövrdə barəsində aparılan araşdırmanın Səkinə Sadıxovanın karyerasına təsir etmədiyini, əksinə, müəyyən yüksək səviyyəli himayələrin köməyi ilə məsuliyyətdən yayına bildiyini iddia edir. Rəsmi təsdiqi olmayan bu iddialar bu gün də ictimaiyyətdə haqlı suallar doğurur.

Daha diqqətçəkən məqam isə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Səkinə Sadıxovanın yenidən məsul bir vəzifəyə – Abşeron Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edilməsidir. Bu təyinat araşdırmanın nəticələri fonunda kadr idarəçiliyində bir sıra ciddi suallar yaradır.

Əgər rəsmi araşdırmada sözügedən şəxsin fəaliyyətində nöqsanların olduğu təsbit edilirdisə, o zaman bu təyinat hansı meyarlar əsasında həyata keçirilib? Kadr seçimi zamanı peşəkarlıq, şəffaflıq, reputasiya və məsuliyyət prinsipləri nəzərə alınıbmı?

Əgər nəzərə alınmayıbsa, bunun səbəbi nədir?

Bu kimi sualların cavabsız qalması TƏBİB-də kadr siyasətinin obyektiv meyarlarla deyil, daha çox şəxsi əlaqələr əsasında formalaşdığı barədə ictimai narahatlığı gücləndirir. Redaksiyamıza daxil olan digər məlumatlar da göstərir ki, oxşar hallar əvvəllər də təkrarlanmış, hətta keçmişdə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin belə müəyyən bölgələrdə rəhbər vəzifələrə təyin edilməsi ilə bağlı iddialar mövcud olmuşdur. Bu cür təyinatların sistem xarakteri alması artıq təkcə bir nəfərin fəaliyyəti ilə bağlı məsələ deyil; bu, səhiyyə sistemində institusional nəzarət mexanizmlərinin qeyri-effektiv olduğunu, kadr auditinin aparılmadığını, risk analizi konsepsiyasının tətbiq edilmədiyini göstərən çoxsaylı siqnallardan biridir. Problem ondadır ki, araşdırma nəticələri nəzərə alınmadan verilən hər bir kadr təyinatı yalnız bir tibb müəssisəsinin deyil, bütövlükdə səhiyyə sisteminin reputasiyasına və idarəetmə keyfiyyətinə ciddi zərbə vurur. Belə olan halda ortaya çıxan əsas sual budur: hansı səbəbdən araşdırma nəticələri qərarvermə prosesinə təsir etmir və niyə kadr siyasətində reputasiya amili önəmli kriteriya kimi çıxış etmir?

Məsuliyyətin selektiv tətbiqi, kadrların eyni idarəetmə çevrələri daxilində rotasiya olunması və araşdırmaların nəticələrinin nəzərə alınmaması kimi hallar davam etdiyi müddətdə səhiyyədə islahatların effektiv nəticə verməsi mümkün görünmür. Mövcud informasiya və faktlara əsaslanaraq demək olar ki, şəffaflıq mexanizmlərinin gücləndirilməsi, kadr təyinatlarında audit və reputasiya yoxlamasının institusionallaşdırılması, araşdırmaların nəticələrinin hüquqi və idarəetmə qərarlarında birbaşa nəzərə alınması dövlət idarəçiliyində zəruri həlqələrdən biridir. Əks təqdirdə, bu gün Sumqayıt və Abşeron xətti üzrə müşahidə olunan uyğunsuzluqlar sabah digər bölgələrdə də təkrarlana bilər ki, bu da sistemə uzunmüddətli etimadın bərpasını daha da çətinləşdirəcək.

P.S: Araşdırmalarımız davam edir.
Qeyd edək ki, məlumatla bağlı "DogruXeber.tv" olaraq tərəfimizdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi sorğu göndərilib. Qarşıdakı günlərdə araşdırmamızın nəticələrini və TƏBİB-nin mövqeyini də oxucularımıza təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır./DogruXeber.tv/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Tibb Mərkəzində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT

    Sumqayıt Tibb Mərkəzində baş verən ...

    25-04-2023, 15:38

  • 
  • Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU

    Vüqar Səfərlinin evlərinə, bağlarına, ...

    5-04-2021, 12:58

  • 
  • “Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca yoxlamalar –Nə baş verir?

    “Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca ...

    7-02-2023, 13:31

  • 
  • 376 qanunsuz tibb müəssisəsi aşkar edilib

    376 qanunsuz tibb müəssisəsi aşkar edilib ...

    27-12-2013, 01:48

  • 
  • Vüqar Səfərli apellyasiya şikayəti verib

    Vüqar Səfərli apellyasiya şikayəti verib ...

    23-01-2021, 13:22


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu