GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

Tarix: 9-12-2025, 12:57 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 137


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin daha iri büdcə ilə eyni mövzuda filmlərin təkrar hazırlanmasına maliyyə ayırıb(?)


Məlumunuz olduğu kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş böyük, orta və kiçik qrantlar verir.

Lakin, apardığımız araşdırmalar nəticəsində müəyyən etdik ki, Agentlik qeyri-rəsmi olaraq “Rəfiqə qrantları” üzrə bəzi QHT-lərə maliyyə ayırıb və ayırır. Ötən yazımızda onları biri -Binəqədi rayonunda yerləşən Bakı Tikiş Fabrikinin rəhbəri Səkinə Babayevaya verilən qrant barədə məlumat vermişdik.

İndi isə Yenixeber.org-a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın rəfiqəsi, Binəqədi Bələdiyyəsinin sədri postuna yiyələnməkdə yardımçı olduğu Sitarə Cabbarlının anasına verilən qrantlar barədə faktlar daxil olub.

Xatırladaq ki, Aygün Əliyeva Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi dövrdə 2 Bələdiyyə sədrliyi postuna rəfiqələri-Aytac Əliyevanın və Sitarə Cabbarlının sahiblənməsinə müstəsna yardım edib. Mediadan da məlumunuz olduğu kimi, Aytac Əliyeva küllü miqdarda korrupsiya və dələduzluğa görə hazırda həbsdədir. Sitarə Cabbarlı isə müavini Sabir Həsənovla birgə öz ərizələri ilə işdən azad olunublar.

Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edildikdən sonra, əksər rəfiqələrinə və tanışlarına göstərdiyi qayğını Sitarə Cabbarlıdan da əsirgəməyib. Onun anasına, AzTV-nin əməkdaşı Firuzə (Nadir) Rəsulovaya məxsus QHT-yə 4 dəfə qrant ayırıb.

Onlara məxsus “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinə aşağıdakı layihələr verilib:

2022-ci ildə: “Qarabağın dad yaddaşı” adlı filmin hazırlanması – 8 000 manat,

2023-cü ildə: “Qarabağın Çörək Muzeyi” adlı filmin hazırlanması – 9 000 manat,

2024-cü ildə: “Bal kimi süfrə” adlı filmin hazırlanması – 10 000 manat,

2025-ci ildə: “Torpağın dad hekayəsi” adlı filmin hazırlanması – 10 000 manat.

Diqqət etdinizsə, təşkilatın qrant aldığı layihələrin hər biri film hazırlanmasına həsr olunub. Bu filmlərin hər birinin mövzusu ilə bağlı digər televiziya kanallarında kifayət qədər sanballı sənədli filmlər hazırlanaraq, efirə verilib. Eləcə də, AzTV-nin efirində də bu həmin mövzularda filmlər təqdim olunub.

Maraqlıdır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin daha iri büdcə ilə eyni mövzuda filmlərin təkrar hazırlanmasına maliyyə ayırıb(?) Bəlkə də Agentlik televiziyaların hazırladığı filmlərin keyfiyyətini bəyənməyib.

Qeyd edək ki, bu filmlərin mövzusu və aktuallığı bizim araşdırma hədəfimiz deyil. Biz QHT-lərə Dövlət Dəstəyi Agentliyinin heç bir araşdırma və təhlil aparmadan, dövlət büdcəsindən yenidən xərcləməklə təkrar filmlərə qrant ayırmasına və bu qrantların tanışlıq münasibətləri əsasında verilməsinə diqqəti yönəldirik.

Araşdırmalarımız zamanı bir neçə QHT sədri və mühasibi ilə fikir mübadiləsi apararaq, yuxarıda qeyd olunan filmlərin real xərclərini öyrənməyə çalışdıq. Onlar filmləri bir-bir nəzərdən keçirərək, ikisinin 3 min manata, digər ikisinin isə 2 min manata ərsəyə gətirməyin mümkünlüyünü vurğuladılar. Bildirdilər ki, təşkilat rəhbərinin AzTV-nin resurslarından istifadə etdiyini nəzərə alarıqsa, filmlər daha az məbləğə başa gələ bilər. Fotolardan göründüyü kimi, filmlərin təqdimatı isə hər dəfə eyni məkanda, cəmi 15-20 nəfərin iştirakı ilə keçirilmişdir.

QHT sektorundan Yenixeber.org-a ötürülən məlumatda, Agentliyin təsadüfi QHT-lərə böyük məbləğdə film layihələri verməməsi də yer alır… Əksəriyyəti kiminsə dostu, köhnə iş yoldaşı və ya rəfiqəsidir. Tezliklə hər biri ilə bağlı maraqlı faktlar təqdim edəcəyik.

Lakin, bizi narahat edən dövlət büdcəsinin bu cür səmərəsiz istifadə edilməsinə nəzarət olunmamasıdır. Biz bir media resursu olaraq, bu qədər faktları araşdırıb tapa biliriksə, aidiyyəti qurumların və şəxslərin dövlət büdcəsinə bu cür münasibət göstərilməsinə göz yumması ciddi şübhələrə yol açır.

Görünən odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi dövlət büdcəsi hesabına öz rəfiqə və tanışlarının maliyyə ehtiyaclarını qarşılamağa, onların ailə üzvlərinin toy xərclərinin qarşılanması və ya avtomobillərinin yenilənməsi üçün qrantlar ayırmağa davam edir.

Yaxın günlərdə “Rəfiqə qrantları” ilə yanaşı, dövlət strukturlarında çalışan şəxslərə məxsus QHT-lərə paylanan qrantlar barədə araşdırmalarımızı təqdim edəcəyik./yenixeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • Hökumət yanında “gözükölgəli” qeyri-hökumət təşkilatları

    Hökumət yanında “gözükölgəli” qeyri-hökumət ...

    30-04-2025, 16:22

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

    QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət ...

    14-08-2025, 16:03


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu