Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti fakültəsinin tələbə və müəllim kollektivi tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova gundemxeber.com vasitəsilə şikayət ərizəsinin çatdırılması xahiş olunur. Biz də həmin şikayət məktubunu redaksiya olaraq, tələbə və müəllim kollektivinin adı ilə cənab nazirin və çoxsaylı oxucularımızın diqqətinə təqdim edirik:
"Hörmətli cənab nazir,
Sizə müraciət etməklə bildiririk ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti fakültəsində uzun müddətdir davam edən idarəçilik böhranı və akademik mühitə vurulan zərər artıq kritik həddə çatmışdır. Fakültənin dekanı vəzifəsinə Şəlalə Zeynalovanın təyin olunduğu gündən etibarən fakültədə həm tədrisin keyfiyyəti, həm də etik-idarəçilik prinsipləri ciddi şəkildə pozulmuş, tələbə və müəllim kontingentinin narahatlığı dərinləşmişdir.
Bir baytarlıq fakültəsinin təməl missiyası tələbələrin praktik bilik və bacarıqlarını formalaşdırmaq olduğu halda, mövcud vəziyyət tamamilə əks istiqamətdə inkişaf edir. Dekanın rəhbərliyi dövründə tələbələr yalnız formal görünüş naminə cüzi sayda əməliyyatlara cəlb olunur, əsas təcrübə isə yalnız küçə heyvanlarının qısırlaşdırılması ilə məhdudlaşdırılır. Bu proses də çox az hallarda həyata keçirilir və daha çox sosial şəbəkələrdə görüntü xatirinə təqdim olunur. Real praktik baza, klinik fəaliyyət, geniş əməliyyat təcrübəsi – hamısı demək olar ki, yox dərəcəsindədir.
Ş. Zeynalova fakültədə idarəetmə mexanizmini şəffaf, obyektiv və akademik dəyərlərə uyğun şəkildə deyil, tamamilə şəxsi münasibətlər, qərəz və təsir dairəsi əsasında formalaşdırmağa çalışır. Özünə yaxın şəxslərdən ibarət qrup yaratmış, obyektiv fəaliyyət göstərən bir çox savadlı professor-müəllim heyətinə davamlı təzyiq və psixoloji basqı tətbiq etməyə başlamışdır.
Dekan tərəfindən dərs jurnallarında məqsədli şəkildə nöqsanlar yaradılır, sonradan isə həmin “səhlənkarlıqlar” müəllimlərin üzərinə atılır. Fakültənin nüfuzlu, əxlaqlı və qanuna uyğun çalışan müəllimləri bu kimi saxtakarlıq və qanunsuzluqlara cəlb etmədiklərinə görə müxtəlif bəhanələrlə şərlənir, haqsız yerə məsuliyyətə cəlb edilməyə çalışılır. Eyni zamanda, dərsdə iştirak etməyən tələbələrin jurnalda "iştirak edib" kimi qeyd olunması barədə müəllimlərə göstəriş verilir, bu təlimata tabe olmayanlar isə hədəfə çevrilir.
Dekan öz təsir dairəsində yaratdığı tələbələrdən də təzyiq vasitəsi kimi istifadə edir. Belə tələbələrdən biri – 2-ci kurs tələbəsi Əliyev Müşviq — müəllimlərə qarşı şər-böhtan xarakterli məlumatlar yaymağa yönləndirilir, bunun qarşılığında isə qiymətləndirilmədə xüsusi imtiyazlar və davamiyyətə dair güzəştlər əldə edir. Xüsusilə Mikrobiologiya, Epizootologiya və Virusologiya kafedralarının müəllimləri əsassız şikayətlər və təhdidlər hədəfinə çevrilmişdir.
Fakültə daxilində yayılan məlumatlara əsasən, Ş. Zeynalovanın psixi-somatik vəziyyəti də ciddi narahatlıq doğurur. Tez-tez əzələ əsintiləri, titrəmə və yıxılma hallarının müşahidə olunması fakültənin idarə edilməsinə bilavasitə təsir göstərir və belə ağır akademik yükün onun səhhəti tərəfindən daşınmasının mümkün olmadığına dair əsaslı ehtimallar yaradır. Özünü idarə etməkdə çətinlik yaşayan bir şəxsin bütöv fakültəni idarə etməsi isə fakültənin gələcəyini tam şəkildə sual altına qoyur.
Bundan başqa, Ş. Zeynalovanın dekan təyin olunmasının özündə də qanunsuzluq əlamətləri mövcuddur. Belə ki, o, ixtisas kafedrasında adı 5 il ərzində müəllim kimi getsə də, faktiki olaraq dərs prosesində iştirak etmədiyi, tədris yükünü yerinə yetirmədiyi iddia olunur ki, bu da ali təhsil müəssisəsinə rəhbər təyinatı üçün tələblərə uyğun gəlmir.
Cənab nazir,
Baytarlıq Təbabəti fakültəsi ölkənin heyvandarlıq və kənd təsərrüfatı sektoruna həkim kadrları hazırlayan çox vacib bir strukturdur. Bu fakültənin mövcud idarəçilik şəraitində fəaliyyət göstərməsi həm tələbələrin taleyinə, həm də ölkənin kənd təsərrüfatı sektorunun gələcək təhlükəsizliyinə birbaşa təhdiddir. Biz — tələbə və müəllim heyəti — səsimizi Sizə ünvanlamağa məcbur olmuşuq, çünki daxili qaydada həll etmək üçün bütün cəhdlər nəticəsiz qalmışdır.
Sizdən xahiş edirik:
Fakültədə baş verən neqativ halların, idarəçilik pozuntularının, akademik saxtakarlıqların və etik normalara zidd davranışların ciddi şəkildə araşdırılması, müvafiq tədbirlərin görülməsi və fakültənin fəaliyyətinin bərpası istiqamətində zəruri qərarların qəbulu təmin edilsin."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?