GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

Tarix: 11-12-2025, 23:44 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 14

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Gülnarə Sultan qızı İbadova qalib elan edilmiş və qeyd edilən şirkət ilə 2.998.599,60 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 08.12.2025-ci ildə dərc edilmişdir.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil.

Tərəflər arasında Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 17.205 manat məbləğində satınalma müqaviləsi 26.11.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 25.11.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 30 ay müddətinə bağlanıb. Bu müqaviləyə görə ofis sahəsinin aylıq icarəsi 573 manat təşkil edib.

Lənkəran-Astara RMF üçün ofis icarəsinin satın alınması üzrə 133.200 manat məbləğində satınalma müqaviləsi 05.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi isə 05.06.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Şərtlər toplusuna görə 400 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 36 ay müddətinə bağlanıb. Təxmini hesablamalarımıza görə Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 3 min 700 manat təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması üzrə 1.499.299,8 manat məbləğində satınalma müqaviləsi 03.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi 31.01.2025-ci il, bitmə tarixi 01.02.2026-cı ilə müəyyən edilib. Şərtlər toplusuna görə 8.335 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 12 ay müddətinə bağlanıb.

Ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu tətbiq edilməklə 19.489,08 manat məbləğində satınalma müqaviləsi 08.01.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 01.01.2025-ci il, bitmə tarixi 01.02.2025-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 1 ay müddətinə bağlanıb.

Bu məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi fiziki şəxs Gülnarə İbadova ilə 2025-ci il ərzində ümumi dəyəri 1 669 193 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Bağlanılması planlaşdırılan müqaviləni də üstünə gələndə bu 4 667 792 manat təşkil edir.

Satınalmaların portalında verilmiş elandan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətini həyata keçirir.

Buradan ortaya suallar çıxır. Bu qədər əmlaka sahib olan Gülnarə Sultan qızı İbadova kimdir? Dövlət Məşğulluq Agentliyinin həm Aparatı üçün, həm də Mərkəzi filialları üçün ofis sahəsini icarəyə verən bu xanımda bu qədər əmlak hardandır?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Gülnarə Sultan qızı İbadova (VÖEN: (1605375812) vergi ödəyicisi kimi Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli ev 2A, mənzil 20 ünvanında daimi qeydiyyatdadır. Açıq və rəsmi mənbələrdə Dövlət Məşğulluq Agentliyinin ofis sahəsinin icarəsi üzrə 1 il ərzində ümumi olaraq 4 667 792 manat dəyərində müqavilə bağladığı fiziki şəxs Gülnarə İbadova barəsində heç bir məlumat yoxdu.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb. Ağentliyin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən bu vəzifəyə təyinat alıb. Daha əvvəllər İqtisadiyyat Nazirliyində,  2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb./Aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşğulluq Mərkəzi 3 milyonu əsassız yerə xərcləyib – Materiallar Baş Prokurorluqda

    Məşğulluq Mərkəzi 3 milyonu əsassız yerə ...

    27-03-2019, 14:47

  • 
  • Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının oğlu ilə icarə müqaviləsi bağladı

    Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının ...

    11-04-2025, 17:12

  • 
  • Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...

    Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn ...

    23-11-2020, 11:01

  • 
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • DSMF universitetdən yarım milyona ofis icarəyə götürür - İLGİNC

    DSMF universitetdən yarım milyona ofis icarəyə ...

    18-04-2023, 16:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu