Gundemxeber.az » Ölkə » TƏCİLİ: Xəzərdə 2 Rusiya gəmisi VURULDU
Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Xəzər dənizində iki Rusiya gəmisini məhv edib.
Gundemxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu gəmilər Rusiya və İran arasında hərbi yük daşımalarında iştirak edirdi.
Ukrayna xüsusi əməliyyat qüvvələri və "Qara Qığılcım" müqavimət mərkəzi ilə birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində gəmiləri vurmağı bacarıb.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin Telegram kanalında bildirilib ki, hərəkat gəmilərin marşrutu və yükü barədə ətraflı məlumat təqdim edib.
Bildirilir ki, məhv edilən gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir. Bu gəmilər Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə olunur və ABŞ tərəfindən İranla Rusiya arasında hərbi yük daşımalarında iştirakı səbəbindən sanksiyaya məruz qalıb.
Qeyd edək ki, Ukrayna xüsusi təyinatlı qüvvələri Rusiyanın hücum qabiliyyətini zəiflətmək üçün asimmetrik əməliyyatlara davam edir.
Gundemxeber.com
30-04-2021, 11:08
9-05-2014, 12:10
1-07-2013, 17:54
14-06-2022, 18:19
6-11-2020, 13:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?