GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qaçan gömrükçülərin İranı seçməsinin SENSASİON PƏRDƏARXASI

Qaçan gömrükçülərin İranı seçməsinin SENSASİON PƏRDƏARXASI

Tarix: 12-12-2025, 15:50 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 95

Hövsan Dəniz Gömrük Postun da aşkarlanan külli miqdarda qanunsuz siqaret yükü ilə bağlı aparılan istintaq son illərin ən səs-küylü korrupsiya və qaçaqmalçılıq qalmaqalına çevrilib. Prosesin ən diqqətçəkən detalı gömrük əməkdaşları Tahir Tahirinin və Əvəz adlı digər şəxsin həbslər başlayanda məhz İrana qaçmasıdır. Bu fakt son illər Xəzər üzərində kəskin artan İran narkotrafiki ilə əlaqələri gündəmə gətirir. Torpaq sərhədləri bağlandıqdan sonra İran mənşəli şəbəkələrin dəniz marşrutunu aktivləşdirməsi fonunda Hövsan gömrüyündəki hadisələr artıq lokal korrupsiya faktından çox-çox kənara çıxır.


Rəsmi məlumata görə Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəhbəri Rəşad Daşdəmirov, gömrük əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıblar. Lakin prosesin ən qalmaqallı hissəsi həbslər başlayanda gömrük əməkdaşları Tahir Tahirinin və Əvəz adlı digərinin İrana qaçması oldu.

Gömrükçülərin məsuliyyətdən yayınma ünvanı kimi İranı seçmələri təsadüfdürmü?

Rəsmi məlumatlar Azərbaycana daxil olan narkotiklərin böyük hissəsinin İran ərazisindən gəldiyini təsdiqləyir. “Hirkan koridoru”, cənub bölgəsi, eləcə də Xəzər dənizi üzərindən uzanan marşrutlar uzun müddət İran narkotrafik şəbəkələrinin təsir dairəsində olub. Belə şəraitdə 2 gömrük əməkdaşının məhz İrana qaçması sadə təsadüf hesab oluna bilməz. Bu fakt çox ağır ehtimalları gündəmə daşıyır.

Mümkündür ki, qaçaq əməkdaşların İran tərəfi ilə əvvəlcədən əlaqələri olub. Əgər gömrük əməkdaşları həbslər başlayanda İran ərazisinə sığınırsa, bu, orada onları qorumağa hazır olan dairələrin mövcudluğuna işarədir. İran tərəfi bu şəxsləri geri təhvil verməyəcəksə, ehtimalların reallıqla əlaqəsinin böyük olduğu da üzə çıxacaq. Son aylarda Tehran-Bakı münasibətlərinin dalğalı olması fonunda, dini qrupların və casus şəbəkələrinin ifşası kontekstində bu hadisə daha narahatedici görünür. Hətta qaçaq gömrükçülərin İran narkotrafik şəbəkələri ilə bağlılığını göstərən ən açıq siqnal hesab oluna bilər. Qaçaq gömrükçülərin daşıdığı informasiya İran üçün “qızıl mədən”i kimi də nəzərdən keçirilə bilər. Hövsan gömrüyündə xidmət aparan bu şəxslər həssas sahə olan yük axınlarının idarə olunduğu nöqtələrdə çalışıblar. Onlar hansı yüklərin “çətir” altında olduğunu, kimin hansı marşrutdan istifadə etdiyini, dəniz və liman xəttində gizli daşınmaları, qanunsuz siqaret və digər qaçaqmal axınını dərindən bilirlər. Belə əməkdaşların İran ərazisinə keçməsi strateji məlumatların ötürülməsi, əlaqələrin ifşa olunmaması,  marşrutların qorunması baxımından qarşı tərəf üçün ciddi üstünlük deməkdir.

İran narkotrafikinin yeni magistralı kimi Xəzərin seçilməsi regionda baş verən ciddi dəyişikliklərin nəticəsidir.

Azərbaycan 2020-ci ildə 2-ci Qarabağ savaşını möhtəşəm qələbə ilə bitməklə erməni işğalına son qoydu. Bununla da Azərbaycanın İranla 132 kilometrlik sərhədi tam nəzarətə götürülməklə bağlandı. İşğal dövründə bu marşrutdan müntəzəm istifadə edən İran mənşəli narkotrafik şəbəkələri məcburi şəkildə alternativlər axtarmağa başladı. Ən real, ən az nəzarətli və ən riskli marşrut olaraq Xəzər dənizi seçildi.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumaatları nəzərdən keçirdikdə, müharibədən sonrakı dövrdə dəniz narkotrafik xəttinin tam gücə mindiyi aşkar görünür.

DSX-nın yaydığı aşağıdakı faktlar bu müşahidəni tam olaraq təsdiqləmiş olur:

-2021-2023-cü illərdə İrandan Azərbaycana Xəzər dənizi üzərindən kiçik qayıqlarla gecə keçidlərinə cəhdlər intensivləşib. DSX-nin Sahil Mühafizəsi bu illərdə gecə saatlarında İran sahillərindən çıxan və Azərbaycan istiqamətinə hərəkət edən bir çox kiçik qayıqları aşkarlayıb. Bu dövrü sınaq mərhələsi, marşrutun test edilməsi kimi də qəbul etmək olar.

2024-cü ildən başlayaraq isə narkotrafik xəttindən ilk böyük əməliyyatlar diqqət çəkməyə başlayır.

2024-cü ilin aprelində DSX-nin müşahidə sistemləri Ələt reydi yaxınlığında cənuba doğru sürətlə hərəkət edən naməlum qayıq aşkar edib. Aparılan əməliyyat nəticəsində İran vətəndaşları Muxtar Əbdi Yalci (1991) və Əli Bəhrami Məhəmməd (2000) saxlanılıb. Dənizə atılmış 8 bağlamada 20 kiloqram 400 qram marixuana götürülüb. Qayıq tam şəkildə İran sahillərindən çıxmışdı.

2024-cü ilin aprelində DSX-nin müşahidə sistemləri yenidən naməlum qayıq aşkar edib. Qayığın saxlanılması əməliyyatı uğursuz olub. Qayıq təqib zamanı geri dönməyə məcbur olub, narkotik bağlamaları - 12,4 kiloqram marixuana və 450 metadon həbləri dənizə atılıb.

Statistik məlumatlardan 2025-ci ildə marşrutun tam aktivləşdiyi görünür.

2025-ci ilin fevralında Xəzərin Azərbaycana aid hissəsində İran vətəndaşları olan qayıq saxlanılır. Qayıqda marixuana və psixotrop həblər aşkar olunur. Marşrut Bakı-Abşeron xəttinə yönəlmişdi.

Mart 2025-ci il.

Balıqçı kimi təqdim edilən qayıqda 10,385 kiloqram marixuana aşkarlandı. Narkotiklər gecə saatlarında sahilə çıxarılır, yerli vasitəçilərə ötürülürdü. Bu fakt dəniz marşrutuna artıq yerli iştirakçıların da qoşulduğunu təsdiqlədi.

Aprel 2025-ci il.

Növbəti dəfə DSX dəniz patrulu qayıqları təqib etdi, qayıq təqibdən yayınarkən dənizə atdıqları narkotik bağlamaları götürüldü.

May 2025-ci il.

Azərbaycan ərazi sularına daxil olan İran laynerindən  24,170 kiloqram marixuana və 100 qram opium götürüldü.  Yükün İran sahillərindən çıxdığı rəsmən təsdiqləndi.

Sentyabr 2025-ci il.

Xəzər üzərindən Azərbaycana gətirilən ən böyük - 510 kiloqram narkotik partiyası tutuldu. İran istiqamətindən gələn qayıq saxlanılan şəxslər İran vətəndaşları idi. Bu, dəniz marşrutunun artıq strateji marşruta çevrildiyini göstərdi.

İrana qaçan gömrükçülər və Xəzər üzərində narkotrafikin son illərdə kəskin artması göstərir ki, torpaq sərhədi bağlandıqdan sonra İran şəbəkələri Xəzərə keçid ediblər.

2021-dən bu yana dəniz marşrutu sistematik şəkildə test edilib və gücləndirilib. 2024-2025-ci illər bu marşrutun tam işə düşdüyü dövr hesab etmək olar. Böyük həcmdə yüklər və iranlı narkokuryerlərin fəal iştirakı bunu sübut edir. Bu baxımdan İrana qaçan əməkdaşların davranışı ən ciddi siqnalıdır. Statistik məlumatlar göstərir ki, təkcə 2025-ci ilin 6 ayında 600 kiloqramdan çox narkotik Xəzərdə ələ keçirilib.

Hövsan gömrüyündəki korrupsiya və iki əməkdaşın İrana qaçması artıq lokal korrupsiya hadisəsi olmaqdan çıxıb,  dərinləşmiş narkotrafik xəttinin və gömrük şəbəkəsinə sızma ehtimalı güclüdür. Bu qaçışın arxasında hansı şəbəkələr dayanır sualı isə hələ ki, açıqdır.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Liman rəisi ilə birgə 6 nəfər həbs edildi – İkisi sabiq məmur oğludur

    Liman rəisi ilə birgə 6 nəfər həbs edildi – İkisi ...

    11-12-2025, 23:47

  • 
  • 40 min siqareti gömrük sərhədindən qanunsuz keçirməyə cəhd etdi - FOTO

    40 min siqareti gömrük sərhədindən qanunsuz ...

    2-08-2016, 16:51

  • 
  • Külli miqdarda xarici valyutanı ölkədən çıxarmaq istədilər

    Külli miqdarda xarici valyutanı ölkədən çıxarmaq ...

    10-11-2016, 14:54

  • 
  • Tütün qaçaqmalçıları ələ keçdilər

    Tütün qaçaqmalçıları ələ keçdilər ...

    9-06-2016, 16:53

  • 
  • Gömrükdə külli miqdarda siqaret müsadirə edilib- VİDEO

    Gömrükdə külli miqdarda siqaret müsadirə edilib- ...

    14-08-2017, 17:25


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu