Gundemxeber.az » Ölkə » Məşhur Hollivud rejissoru və həyat yoldaşı evlərində ölü tapılıblar
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində məşhur Hollivud rejissoru, 78 yaşlı Rob Rayner və həyat yoldaşı, 68 yaşlı Mişel Singer Rayner evlərində ölü tapılıblar.
Gundemxeber.com xəbər verir ki, bu barədə "Associated Press" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki şəxsin üzərində bıçaq yaraları müəyyən olunub. Hadisə yerində yanğın baş verdiyindən cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyin çətin olduğu bildirilib.
Agentlik digər mənbələrinə istinadən xəbər yayıb ki, cütlük oğulları tərəfindən öldürülüb. Hadisənin motivləri açıqlanmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Gundemxeber.com
5-02-2016, 22:43
27-02-2025, 20:17
24-08-2015, 14:35
8-10-2013, 01:07
6-09-2019, 12:11
Sorğu
Yeni dizaynımız necədir?