GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

“Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

Tarix: 15-12-2025, 20:29 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 9

“Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 03.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FINACCO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 283.310,35 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 12.12.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə daha bir tenderin nəticisini satınalmaların portalında 05.12.2025-ci ildə dərc etmişdi. Bu müsabiqənin qalibi “TD İNŞAAT” MMC seçilib və tərəflər arasında 208.114 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.
Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti son bir həftə ərzində Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirinə yarım milyon manata yaxın dövlət vəsaiti ayırıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ilə “FINACCO” MMC arasında olan ilk işbirliyi deyil.

Sözügedən departament Bakı və Gəncə şəhərləri, Tərtər, Kürdəmir və İmişli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə 315.283,55 manat dəyərində satınalma müqaviləsini “FINACCO” MMC ilə 11.09.2025-ci ildə bağlayıb. Tenderin şərtlər toplusu məlumatlarında Bakı və Gəncə şəhərləri, Tərtər, Kürdəmir və İmişli rayonlarında neçə məcburi köçkün mənzillərinin və fərdi yaşayış evlərinin təmiri açıqlanmır.
Bundan əvvəl isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində mənzillərin və fasad divarlarının təmiri işləri üzrə 199.972,64 manat dəyərində satınalma müqaviləsini “FINACCO” MMC ilə 23.11.2024-cü ildə bağlayıb.

Qeyd edək ki, “FINACCO” MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FINACCO” (VÖEN: 2004096451) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.12.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev.12, m.15, qanuni təmsilçisinin isə Hüseynov Şahin Rəmyəddin oğlu olduğu qeyd edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada daha maraqlı bir məlumat əldə etdik. Belə ki, Şahin Hüseynovun qanuni təmsilçisi olduğu “FINACCO” MMC Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsi tərəfindən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi olub və 28.09.2021-ci ildə 993.704,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi bu 2019-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına Ramiz Mehdiyevin rəhbərlik etdiyi dönəmə təsadüf edir. Bu tenderin şərtlər toplusu məlumatlarında göstərilir ki, MMC 3 ay ərzində AMEA-nın Zoologiya, İdarəetmə Sistemləri, Biofizika, Fizika, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutlarında və Mərkəzi Nəbatat Bağında təmir işləri aparmalıdır.

Amma “FINACCO” MMC-nin Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasın prezidenti olduğu vaxt bir neçə tabeli institutun inzibati və laboratoriya binalarında bir milyon manat dəyərində təmir işləri aparıb-aparmaması. Bu təmir işləri həqiqtən də aparılıbmı, yoxsa sadəcə kosmetik işlərlə kifayətlənilib. Çünki, Ramiz Mehtiyev AMEA-da postunu tərk etdikdən sonra quruma tabeli İdarəetmə Sistemləri İnstitutu sözügedən şirkətlə tikili və avadanlıqların cari təmiri üzrə 128.559,94 manat dəyərində 20.10.2022-ci ildə, 99.132,98 manatməbləğində isə 05.06.2023-cü ildə müqavilə bağlayıb.

Buradan sual yaranır. Akademiyanın İdarəetmə Sistemləri İnstitutu 2021-ci iln oktyabr-dekabr aylarında təmir edilmişdisə heç bir il keçməmiş təmirə zərurət haradan yaranıb. Hesab edirik bütün bunlar araşdırılsa bir çox qaranlıq məsələlərə aydınlıq gələr.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsini Fikrət Əliyev icra edib. Medianın o vaxtlar yaydığı məlumata görə o, akademiyanın prezidenti olmuş, Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşıdır./unikal.org/ Həmin dövrdə elektron medianın yazdığında görə milyonlarla vəsaitin ayrılmasına rəğmən, işlərin əksəriyyəti yarımçıq, bəziləri isə ümumiyyətlə, görülməmişdir. Məlumatlarda ayrılan vəsaitlərin əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların təmiri üzrə yazıldığı və silindiyi iddia olunub. İndi kim zəmanət verə bilər ki, “FINACCO” MMC-nin AMEA-nın institutlarında apardığı silinmə əməliyyatlarını Biləsuvardakı məcburi köçkün qəsəbələrində də aparmayacaq./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR

    “QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib ...

    14-06-2023, 18:19

  • 
  • “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi borcu olan şirkətlə müvaqilə imzalandı

    “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi ...

    23-06-2021, 16:06

  • 
  • “Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi – İTTİHAM

    “Qaçqınkom”un qaçqın malını talayan ortaqları ...

    6-07-2021, 15:47

  • 
  • Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi

    Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ...

    17-02-2020, 13:56

  • 
  • "Qaçqınkom" aparatı rəhbərinin müavini işdən çıxarılıb

    "Qaçqınkom" aparatı rəhbərinin müavini ...

    6-06-2018, 13:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu