GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mehdiyevlərin bankı “vuruldu” - ən çox şikayət ondan imiş

Mehdiyevlərin bankı “vuruldu” - ən çox şikayət ondan imiş

Tarix: 16-12-2025, 10:46 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5

Mərkəzi Bank müştərilərin kütləvi şəkildə narazı qaldığı ASC-nin “Bank BTB” olduğunu açıqladı; sabiq PA rəhbərinin ailə üzvlərinə məxsus biznes ləğv oluna bilər 

Azərbaycan Mərkəzi Bankı (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib. Bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir. 

Növbəti yerləri “Yelo Bank” ASC (2.88) və “Unibank” ASC (2.34) bölüşür. Ən az şikayət olunan bank 0.31 indekslə “Paşa Bank” ASC-dir. Bu sırada “Bank Respublika” ASC 0.68 indekslə ikincidir. Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.

Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır. Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.

Qeyd edək ki, ən çox şikayət olunan “Bank BTB” sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağan idi. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir. Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. 

Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur. İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.

Bu bankın həm göstəriciləri, həm ən çox şikayət olunması Mehdiyevlərin bu biznesinin əlindən çıxacağı ehtimalını gücləndirir. Yəni bankın lisenziyasının ləğvi istisna deyil. 

Xalid Kərimli: “Maliyyə bazarları o qədər sürətli və çevikdir ki, risklə  gəlirliliyi həmişə kompensasiya edir”

Xalid Kərimli

İqtisadçı Xalid Kərimlinin fikrincə, sırf şikayət indeksinə görə hər hansı bankın bağlanması mümkün deyil. “Yeni Müsavat”a şərhində ekspert bildirdi ki, AMB-nin bankların fəaliyyəti ilə bağlı məmnuniyyət indeksini açıqlaması bankların xidmətlərini təkmilləşdirməyə can atmasına gətirib çıxarır: “Hesab edirəm ki, bu, müştərilər üçün yaxşıdır. Banklar yalnız lisenziya tələblərinə cavab vermədikdə bağlana bilər. AMB-nin banklar qarşısında kapitalla, prudensial tədbirlərlə əlaqədar ciddi tələbləri var. Tələblər pozulduğu halda, AMB banklara zaman verir, bağlanma ilə bağlı qərar isə daha sonra verilir. Hər hansı qaydanın pozulması bankın ləğvi üçün dərhal əsaslar yaratmır. AMB-nin belə bir istəyi yoxdur, çünki bu, ciddi surətdə narazılığa səbəb ola və bank sektoruna inamsızlıq yarada bilər. Sözügedən indeksə əsasən bankla bağlı hər hansı tədbirin görülməsi gözlənilən deyil. Şikayət indeksinin açıqlanması bankların idarəetmədə yanaşmanı dəyişməsi üçündür. Zatən pis xidmət müştərilərin itirilməsinə gətirib çıxara bilər. Bu çərçivədə ən böyük sanksiya şikayət indeksinin elan edilməsidir”. 

X.Kərimlinin sözlərinə görə, AMB sədri dəfələrlə mətbuat konfranslarında bildirib ki, hər hansı bankın problemli olması ilə razılaşmır: “AMB sədri hesab edir ki, bütün banklar normal tələblər çərçivəsində fəaliyyət göstərir. "Bank BTB"nin səhmdarları ilə bağlı məsələ var. Səhmdarların müəyyən ailəyə məxsusluğunun bank üzərində qara kölgələr yaradıb-yaratmaması məsələsinə gəlincə, səhmdarların problemləri bankın gələcəyi ilə bağlı inkişaf problemləri yarada bilər. İstənilən halda, səhmdarın problemi olsa da, bank rahat şəkildə fəaliyyət göstərə bilər. Səhmdarlar problem yaşasa da, hətta onlara cinayət işi açılsa belə, bu, bankın fəaliyyəti üçün problem deyil. Əsas qüvvə bankın İdarə Heyəti, Müşahidə Şurasıdır ki, onlar fəaliyyətini davam etdirir. Sırf şikayət indeksinə görə yox, digər məsələlərin bankın fəaliyyətinə problem yaratmaq ehtimalı var. Amma bu, iqtisadi və maliyyə məsələlərindən yox, siyasi məsələlərdən asılı olacaq"./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi

    Mərkəzi Bank bağladığı bankı məhkəməyə verdi ...

    14-03-2016, 12:27

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • “Bank of Baku”, “Bank VTB” və “Accessbank” ən çox şikayət olunan banklardır - SİYAHI

    “Bank of Baku”, “Bank VTB” və “Accessbank” ən çox ...

    12-03-2024, 14:32

  • 
  • Azərbaycanda üç bank birləşir

    Azərbaycanda üç bank birləşir ...

    3-02-2016, 12:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu