GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının simvoluna çevrilmiş bina dələduzluqla zəbt edilmiş torpaqda inşa edilibmiş - TƏFƏRRÜAT

Bakının simvoluna çevrilmiş bina dələduzluqla zəbt edilmiş torpaqda inşa edilibmiş - TƏFƏRRÜAT

Tarix: 16-12-2025, 19:45 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 7

Bakının simvoluna çevrilmiş bina dələduzluqla zəbt edilmiş torpaqda inşa edilibmiş - TƏFƏRRÜAT
Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın iddiası üzrə məhkəmə prosesi davam edir.

Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudova artıq 17 ildir “Gilan” MMC tərəfindən əmlakının dələduzluq yolu ilə ələ keçirildiyini, bütün məhkəmələrdə bu cinayətin ört-basdır edildiyini bildirir. 1997-ci ildən Neftçilər prospekti 60 ünvanında yerləşən torpaq və tikili onun mülkiyyətində olub. Hazırda həmin sahədə “Crescent Residences” yaşayış kompleksi tikilib və alqı-satqılar davam edir. 2007-ci ildə ailəm “Gilan” MMC ilə əmlakın satışı barədə ilkin razılığa gəlib, beh alınıb, lakin sonradan “Gilan” müqavilə üzrə ödəmələri yubadıb. 1 ildən sonra məlum oldu ki, şirkət saxta sənədlərlə ərazini zəbt etdi və oradakı tikilini sökdü. 2008-ci il yanvarın 28-də “Gilan” MMC-nin baş direktoru Cəmil Muradov notariusa rüşvət verməklə mənim adımdan saxta etibarnamə əsasında alqı-satqı müqaviləsi tərtib edib. Mənim yerimə Aidə Bayramova imza atıb. Vergidən yayınmaq üçün torpağın dəyəri 10 dəfə aşağı göstərilib, əsas məbləğ mənimsənilib”.

Məhkəməyə müraciətlərindən sonra, Mahmudovanın iddiasına görə, saxta etibarnaməni tərtib edən notarius müəmmalı şəkildə ölüb. Notariusun güllə yarasından ölməsi intihar kimi rəsmiləşdirilib. Qadın bildirir ki, ailəsinə təhdidlər artdıqca, dövlət orqanları susmaqla cinayətkarları qoruyublar. Bütün yerli instansiyalarda iddiaları rədd edilən Mahmudova işini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) daşıyıb. AİHM 18 yanvar 2024-cü il tarixli qərarı ilə onun hüquqlarının kobud şəkildə pozulduğunu tanıyıb. Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə əvvəlki bütün qərarları ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Lakin Aygün Mahmudovanın sözlərinə görə, hakim Fərrux Qasımov işin “Gilan” MMC-nin maraqları istiqamətində nəticələnməsi üçün hər cür oyuna əl atır: “Hakim vəsatətlərimizə baxmır, sübutları gizlədir, saxtakarlıqları ört-basdır edir. Qanunla cinayətkar oyunları davam edir”.
Müraciətdə ən qalmaqallı iddia 2025-ci ilin avqustunda “Gilan” MMC tərəfindən məhkəməyə təqdim edilən 25 yanvar 2008-ci il tarixli, nömrəsiz, qeydiyyatsız xəzinə ödəniş tapşırığı ilə bağlıdır. Sənədə əsasən, guya həmin gün “Gilan” MMC-nin kassasından Cabir Zaidov adlı şəxsə 1,3 milyon ABŞ dolları ödənilib. “Bu sənəd 17 il ərzində heç bir prosesdə olmayıb. “Gilan” onu 2025-ci ildə birdən-birə təqdim edib. Nə mühasibat uçotunda var, nə də baş mühasibin imzası. Aydındır ki, bu, sonradan uydurulmuş saxtakarlıqdır”.
Mahmudova hesab edir ki, bu “kağız” əsl günahkarları məsuliyyətdən yayındırmaq üçün düzəldilib və Cabir Zaidov günah keçisinə çevrilib.

Aygün Mahmudova iddia edir ki, 2023-cü ilin yanvarında “Gilan”dan onun mülkü 408 min manata satın alınıb, halbuki əmlakın real dəyəri milyonlarladır.

O, ölkə rəhbərliyinə ünvanladığı müraciətində “Gilan” sindikatını yalnız Prezidentin yumruğu durdura bilər” yazır. Bildirir ki, 2008-ci ildən bəri ailəsi “Gilan” MMC və onun himayəçilərinin cinayətkar oyunlarının qurbanına çevrilib: “Haram qazanc hesabına rüşvət almış məmurlar və onlara qulluq edən satqın hakimlər Allahı unudub. Onlar Heydər Əliyevin vəsiyyətlərini, Prezident İlham Əliyevin göstərişlərindən sanki bixəbərdirlər. Ona görə də bu fikirdəyəm ki, onları yalnız dəmir yumruğunuz nizama sala bilər”.

Aygün Mahmudova “Gilan” MMC-ni Azərbaycanda özəl, heç kimə tabe olmayan, “öz qanunları” ilə yaşayan bir təşkilat kimi təsvir edir: “Rəsmi məlumatlara əsasən, “Gilan” və ona bağlı şirkətlərin ölkədaxili aktivləri on milyardlarla manata çatır. Bu sərvətin bir hissəsi dələduzluq və saxtakarlıqla əldə olunub.
Məktubun sonunda Aygün Mahmudova birbaşa ölkə rəhbərliyinə müraciət edir: “Xahiş edirəm ki, işə qarışasınız. Məhkəmələrdə “Gilan”la əlbir olan hakimlərin özbaşınalığına son qoyulmalıdır”.
“Gilan” MMC rəsmilərinin mövqeyini dinləməyə hazırıq./Musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gilan Aqro” MMC-yə basqın olub

    “Gilan Aqro” MMC-yə basqın olub ...

    23-07-2014, 13:43

  • 
  • “Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə gəlməyən Şirvan sakinini işdən kənarlaşdırıb - GİLEY

    “Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə ...

    9-02-2021, 20:28

  • 
  • “Gilan Holding”in İdarə Heyətinin sədri İSTEFA VERİB

    “Gilan Holding”in İdarə Heyətinin sədri İSTEFA ...

    23-09-2022, 15:00

  • 
  • “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs olundu

    “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs ...

    16-05-2014, 10:25

  • 
  • Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb

    Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb ...

    18-05-2020, 21:37


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu