Gundemxeber.az » Ölkə » Rusiya XİN: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının...”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını Moskva üçün “şərtsiz prioritet” adlandırıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin “Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu yay Bakıda həbs olunan 11 Rusiya vətəndaşının tezliklə Rusiyaya qaytarılması məsələsi Azərbaycan XİN-lə aparılan siyasi məsləhətləşmələrin əsas mövzularından biri olub. Danışıqlar 9–10 dekabr tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.
“Bizim üçün şərtsiz prioritet – bu yay Azərbaycanda saxlanılan 11 vətəndaşımızın mümkün qədər tez Rusiyaya qayıtmasıdır. Bu məsələni 9–10 dekabrda Azərbaycan XİN-də keçirilən siyasi məsləhətləşmələr zamanı ətraflı müzakirə etdik”, – deyə Mixail Kaluqin bildirib.
Diplomat həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin 9 oktyabrda Düşənbədə baş tutan görüşü iki ölkə arasındakı münasibətlərə “güclü müsbət impuls” verib.
Qeyd edək ki, saxlanılan Rusiya vətəndaşları 1 iyul tarixindən etibarən həbsdədirlər və Moskvanın bu məsələni “münasibətlərin istiləşməsi fonunda” qaldırması diqqət çəkir.
gundemxeber.com
27-07-2018, 11:00
24-12-2015, 18:01
26-02-2016, 12:18
5-12-2017, 00:56
12-06-2020, 16:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?