Gundemxeber.az » Ölkə » FIFA DÇ-2026 iştirakçılarına rekord məbləğdə mükafat verəcək
FIFA Şurası 2026-cı il dünya çempionatı iştirakçılarına rekord məbləğdə - 727 milyon dollar mükafat ödənişini təsdiqləyib.
Gundemxeber.com xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən yarışın mükafat fondundan 50% çox olacaq.
Mükafat çempionatda iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər olan komandaların hər biri 9 milyon dollar alacaq.
Həmçinin mükafatdan əlavə, hər bir seçmə komanda təlim xərclərini qarşılamaq üçün 1.5 milyon dollar vəsait əldə edəcək.
Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
4-12-2013, 11:32
8-12-2025, 15:59
16-07-2018, 12:34
6-05-2016, 02:34
11-12-2025, 10:06
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?