GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şahbuzda Qorxu İdarəçiliyi: Himayədarlıqla Qurulan Hakimiyyət, Qul Əməyi, Söküntülər və Məhkəmə Sisteminə Uzanan Nepotizm İddiaları:

Şahbuzda Qorxu İdarəçiliyi: Himayədarlıqla Qurulan Hakimiyyət, Qul Əməyi, Söküntülər və Məhkəmə Sisteminə Uzanan Nepotizm İddiaları:

Tarix: 18-12-2025, 15:50 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 2 946

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş verənlər artıq tək-tək şikayətlərin, pərakəndə narazılıqların mövzusu olmaqdan çıxaraq, genişmiqyaslı və sistemli bir idarəçilik modelinin mövcudluğu barədə ciddi iddialar doğurur. Redaksiyamıza uzun müddət ərzində daxil olan məxfi müraciətlər, adının açıqlanmasını istəməyən vətəndaşların ifadələri, eləcə də açıq mənbələrdə dərc edilmiş materiallar Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayevin ətrafında son dərəcə ağır və bir-biri ilə bağlı iddialar toplusunun formalaşdığını göstərir.

Bu iddialar ayrı-ayrı epizodlar deyil. Ortaya çıxan mənzərə vahid bir sistemdən himayədarlıq yolu ilə qurulduğu iddia edilən, qorxu, məcburiyyət, susdurma və ailəvi təsir üzərində dayanan qapalı bir idarəçilik mexanizmindən xəbər verir.

Mənbələrin bildirdiyinə görə, Rəfael Babayevin karyera yolu klassik dövlət qulluğu mərhələləri ilə formalaşmayıb. İddialara əsasən, onun yalnız orta ixtisas təhsili olub və əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” nəşriyyatında kompüter texniki kimi başlayıb. Elə həmin dövrlərdə onun narkotik vasitə ilə bağlı saxlanılması barədə də iddialar səsləndirilir. Daha sonra isə keçmiş Ali Məclis sədr müavini, “Boz Kardinal” kimi tanınan Azər Zeynalovun birbaşa himayəsi ilə əvvəlcə “Əcəmi” nəşriyyatının direktoru, ardınca Ali Məclisin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə gətirildiyi iddia olunur. Mənbələr bu yüksəlişdə təhsil, peşəkar seçim və ya açıq müsabiqə mexanizmlərinin deyil, şəxsi münasibətlərin həlledici rol oynadığını bildirirlər.

İddialara görə, sonrakı mərhələdə bu himayə dairəsinə Naxçıvan Muxtar Respublikasının o zamankı rəhbəri Vasif Talıbov da daxil olub. Məhz Azər Zeynalovun vasitəçiliyi və Vasif Talıbovun təqdimatı nəticəsində 8 noyabr 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Rəfael Babayev Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu fakt, rəsmi qərarların arxa planında qeyri-rəsmi təsir mexanizmlərinin mövcudluğu iddialarını daha da gücləndirir.

Rəfael Babayevin rəhbərliyi dövründə Şahbuz rayonunda vətəndaşların ifadələrinə görə, qorxuya əsaslanan bir idarəetmə mühiti formalaşıb. Ən ağır iddialardan biri dövlət qurumlarında çalışan işçilərin şəxsi təsərrüfatlarda məcburi əməyə cəlb edilməsi ilə bağlıdır. Bildirilir ki, Su, Qaz, Elektrik və Mədəniyyət şöbələrinin işçiləri öz iş vaxtlarında Şahbuz rayonunun Kükü kəndində Rəfael Babayevə məxsus olduğu iddia edilən villada, Nursu kəndində yerləşən mal-qara fermasında, eləcə də keçmiş müavini Tural Quliyevin Ayrınc kəndindəki təsərrüfatında işlədiliblər. Hətta Ovqat.com xəbər saytının verdiyi məlumata əsasən Azər Zeynalov işdən azad olduqdan sonra belə Rəfael Babayev onun quşçuluq fermasına və bağ evinə iməciliklər təyin edib. Bu hallar yerli sakinlər tərəfindən açıq şəkildə “müasir dövrün qul əməyi” kimi xarakterizə olunur və iddia edilir ki, bu praktika 2022-ci ildən sonra da davam edib.

İctimai rezonans doğuran ən ağır hadisələrdən biri 2023-cü ilin fevralında Badamlı qəsəbəsində baş verib. Şahbuz sakini Quliyev Xudaverdi Allahverdi oğlu Hurriyyət.az-a  göndərdiyi şikayət məktubunda bildirib ki, 1996-cı ildən mövcud olan və oğlunun yaşadığı ev “Vasif Talıbov buradan keçəcək” bəhanəsi ilə polis nəzarəti altında, heç bir məhkəmə qərarı olmadan sökülüb. Şikayətdə qeyd olunur ki, ev əşyaları ilə birlikdə dağıdılıb, meyvə ağacları məhv edilib, ailə üzvləri isə “səsini çıxarsan səni bölməyə aparacağıq” sözləri ilə təhdid olunub. Bu hadisə Şahbuzda sadə vətəndaşın hüquqlarının necə tapdalandığına dair simvolik nümunə kimi təqdim olunur.

Digər ciddi iddialar sosial baxımdan ən həssas qruplara əlillərə ayrılan yardımların mənimsənilməsi ilə bağlıdır. Şahbuz rayonundan redaksiyalara ünvanlanan kollektiv müraciətlərdə iddia olunur ki, əlillər üçün nəzərdə tutulan yardımlar onlara verilməyib, “şəhid ailələrinə verildi” adı altında mənimsənilib. Şikayətçilər bildirirlər ki, etiraz edənlər dövlət qurumlarında işləyən yaxınları ilə hədələnib və susdurulub.

Mənbələrin təqdim etdiyi daha bir narahatedici iddia isə şikayət yollarının sistemli şəkildə bağlanması ilə bağlıdır. Ovqat.com-da dərc olunan materiallarda bildirilir ki, Şahbuzda Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək istəyən vətəndaşlar yerli polis tərəfindən nəzarətə götürülür, təzyiqə məruz qalır.

İddialar Rəfael Babayevin təsir dairəsinin ailə üzvləri vasitəsilə daha da genişləndirildiyini də göstərir. Bildirilir ki, qaynatası Fizuli Salmanov Babək rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru təyin edilib. Qaynı Elşən Salmanovun karyera yolu isə xüsusilə ciddi suallar doğuran və hüquqi baxımdan dərin narahatlıq yaradan iddialarla müşayiət olunur. Mənbələrin bildirdiyinə görə, o, əmək fəaliyyətinə Ədliyyə Nazirliyində başlayıb, lakin qadınlara qarşı əxlaqsız davranışlarla bağlı irəli sürülən iddialar əsasında birbaşa Ədliyyə naziri tərəfindən vəzifəsindən azad edilib. Buna baxmayaraq, iddialara görə, Azər Zeynalovun nüfuzu və müdaxiləsi nəticəsində Elşən Salmanov qısa müddət sonra Ağır Cinayətlər Məhkəməsində işlə təmin olunub, ardınca Ordubad Rayon Məhkəməsinə sədr təyin edilib və hazırda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri vəzifəsini icra edir.

Eyni mənbələr iddia edirlər ki, Elşən Salmanov faktiki olaraq Azər Zeynalovun hüquqi məsələlər üzrə əsas məsləhətçisi kimi çıxış edir və onun məhkəmə çəkişmələri, hüquqi risklərinin idarə olunması və proseslərin istiqamətləndirilməsində birbaşa rol oynayır. Hətta daha ağır iddialara görə, Azər Zeynalovun adına olan əmlakların mümkün müsadirədən yayınması məqsədilə həmin əmlakların oğlu Yadulla Zeynalovun, qardaşının oğlu və eyni zamanda kürəkəni olan Əsəd Zeynalovun adına rəsmiləşdirilməsi prosesində Elşən Salmanovun hüquqi mexanizmlər vasitəsilə aktiv köməklik göstərdiyi bildirilir.

Əgər bu iddialar təsdiqini taparsa, söhbət təkcə açıq nepotizm faktlarından deyil, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinə, tərəfsizliyinə və hüququn aliliyinə ciddi təhlükə yaradan, sistemli xarakter daşıyan bir təsir mexanizmindən gedir. Bu isə artıq fərdi şəxslərin karyera yüksəlişi məsələsi deyil, bütövlükdə hüquq sisteminə olan ictimai etimadın sarsıdılması riskini gündəmə gətirir.

Ortaya çıxan bu faktlar və iddialar bir rayonun çərçivəsindən kənara çıxan ciddi bir sualı gündəmə gətirir: Şahbuzda baş verənlər fərdi özbaşınalıqdır, yoxsa illərlə formalaşmış qapalı bir sistemin nəticəsidir? Vətəndaşlar inanmaq istəyirlər ki, Naxçıvanda aparılan islahatlar Şahbuzdan da yan keçməyəcək və bu iddialar obyektiv, şəffaf və mərkəzləşdirilmiş şəkildə araşdırılacaq.

Bu yazı redaksiyamıza daxil olan məxfi mənbələrin məlumatları və açıq mənbələrdə dərc edilmiş materiallar əsasında hazırlanıb. İddiaların böyük hissəsi hələ müstəqil şəkildə tam təsdiqlənməyib. Redaksiya olaraq adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə və məsələnin hərtərəfli işıqlandırılmasına hazır olduğumuzu bildiririk. Çünki susqunluq bu cür iddiaların yayılmasında ən təhlükəli amildir.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahil Babayevin qardaşı haqda iddialar... - ETİRAZ

    Sahil Babayevin qardaşı haqda iddialar... - ETİRAZ ...

    6-05-2021, 12:04

  • 
  • PROKUROR NAZİR POSTUNA GƏTİRİLİR - Vasif Talıbovun kadr dəyişikliyi barədə yeni iddialar

    PROKUROR NAZİR POSTUNA GƏTİRİLİR - Vasif ...

    16-08-2017, 14:54

  • 
  • Gənc nazir icra başçısının Göyçaydakı məmur qardaşı ilə vidalaşır - İddialar

    Gənc nazir icra başçısının Göyçaydakı məmur ...

    5-05-2018, 17:01

  • 
  • Dövlətin görməli olduğu işi, vətəndaş şəxsi vəsaiti hesabına, şəxsi mülkiyyətində edirsə, bu halda icra başçısını nə narahat edir? O, niyə buna mane olur? – FAKT

    Dövlətin görməli olduğu işi, vətəndaş şəxsi ...

    6-10-2025, 12:32

  • 
  • Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin adı daha bir qalmaqalda hallanıb

    Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli ...

    10-09-2013, 15:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu