GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

Tarix: 19-12-2025, 22:20 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 11


Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu dövlət satınalmalarında açıq-aşkar qanun pozuntularına yol verməkdə davam edir. Bunu İnstitut tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığımız araşdırma da təsdiq edir.

Dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş məlumata görə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu təsərrüfat mallarının satın alınması üzrə 23.10.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “OFİS PRO”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.138,25 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat  portalda 04.12.2025-ci ildə dərc edilmişdir.

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu isə sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmamasını deməyə əsas verir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS PRO”  (VÖEN: 8200468981) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.10.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının CƏBRAYIL RAYONU, BÖYÜK MƏRCANLI, qanuni təmsilçisi kimi isə Həşimov Süleyman Mahir oğlu olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “OFİS PRO”  17.10.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kotirovka sorğusu proseduruna 23.10.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu satınalma prosuduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.

Bəs qanun necə buna yol verirmi?  “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:

“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

Maraqlıdır, görəsən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi meyarlarını niyə göz ardı edib, cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır?

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda analoji qanun pozuntularına əvvəliki illərdə yol verilmişdir. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması üzrə 15.09.2021-ci il də “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti il 1 199 540.8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Apardığımız araşdırmalar zamanı MMC-nin reyestr məlumatlarında hüquqi ünvan kimi göstərdiyi BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, PİRŞAĞI, S.CƏFƏROV (PİRŞAĞI QƏS.), ev 9A, m. 2, ünvanının da saxta olduğu üzə çıxıb. Qeyd olunan ünvan, S. Cəfərov küçəsi Pirşağı qəsəbəsində deyil, ikinci Sovxoz deyilən qəsəbədə yerləşir. Yəni, Pirşağı qəsəbəsinin inzibati ərazisində. Həmin küçədəki ev 9A, m. 2 isə bir kommunalkadır ki, 50 ildir orada yaşayanların dediyinə görə nə Baxışov İsgəndər Muxtar oğlu adlı adamı tanıyırlar, nə də ki, belə bir şirkət haqqında məlumatları var.

Bundan əlavə  04.10.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manat dəyərində müqavilə imzalayıb.Müqavilə 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub. Burada isə şübhəli məqam İnstitut tərəfindən LOt-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması və LOt-2 Müasir bağçılıq texnikasının satın alınması məqsədi ilə keçirilmiş açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 14 iyun 2019-cu il tarixli yekun protokoluna əsasən Lot-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması üzrə “Azərting” MMC, Lot-2 müasir bağçılıq texnikasının satın alınması üzrə “AGRİ SPACE” MMC qalib elan edilmiş və həmin təşkilatlarla müqavilə bağlandığını bildirmişdir. Amma sözügedən xidmətlərin satınalmasına sözügedən Elmi-Tədqiqat İnstitutu tərəfindən nə qədər vəsaitin ayrıldığı barədə məlumatlar ictimaiyyətə açıqlanmamaış, gizlədilmişdir.

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır. O, 2015-ci ildən sözügedən İnstitutun direktoru vəzifəsində işləyir./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

    Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir ...

    11-05-2022, 13:38

  • 
  • Arıçılıq Mərkəzində şübhəli satınalma - Ünvanları qonşu olan MMC-lər qalib elan edildi

    Arıçılıq Mərkəzində şübhəli satınalma - Ünvanları ...

    29-11-2022, 10:22

  • 
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender ...

    3-10-2022, 15:29

  • 
  • Meyvəçilik və Çayçılıq İnstitutu tenderlərdə saxtakarlığın pik həddinə çatdı - NAZİRİN NƏZƏRİNƏ...

    Meyvəçilik və Çayçılıq İnstitutu tenderlərdə ...

    13-10-2021, 12:54

  • 
  • Satınalma qanunları Xətai Gigiyena və Epidimiologiya Mərkəzində də işləmirmiş - BU DA FAKT!

    Satınalma qanunları Xətai Gigiyena və ...

    4-12-2025, 19:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu