Gundemxeber.az » Ölkə » Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu gün…
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Dekabrın 22-də səhər ayrı-ayrı yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.
Gundemxeber.com bildirir ki, Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Gundemxeber.com
5-11-2015, 14:16
10-12-2015, 14:26
10-01-2016, 13:53
15-12-2019, 15:36
26-11-2025, 13:07
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?