GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramiz Mehdiyev iki nazirdən çəkinirdi - Keçmiş nazirlə MÜSAHİBƏ

Ramiz Mehdiyev iki nazirdən çəkinirdi - Keçmiş nazirlə MÜSAHİBƏ

Tarix: 23-12-2025, 11:05 Bölmə :Ölkə / Müsahibə Baxış: 13



Əvəz Ələkbərov: "Vəzifədən getməyimə əsas səbəbkar Eldar Mahmudov olub"

"Qapımda növbədə duran adamlar mən işdən çıxandan sonra gizləndilər"


Professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir. O həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır.

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar barədə gundemxeber.com olaraq Modern.az saytına istinadla müsahibəsini təqdim edirik: 

- Əvəz müəllim, hər yeni ilin əvvəli kommunal və ərzaq qiymətlərində dəyişikliklər müşahidə olunur. Bir iqtisadçı olaraq, bunun səbəblərini nədə görürüsünüz?

- Biz dünya iqtisadiyyatının bir hissəsiyik və hələ də xaricdən idxal olunan məhsulların həcmi böyükdür. Ölkədə süni qiymət artımı halları da çoxdur. Hökumət bu sahədə müəyyən tənzimləyici addımlar atır və elə edir ki, əhali bu prosesdə itirməsin. Gələn il infilyasiya 5 faiz civarında proqnozlaşdırılır, amma sosial xərclərin artımı 9 - 9,2 faiz nəzərdə tutulub. Xərclər daha çox artırsa, infilyasiya iki rəqəmli olar. Bu rəqəm nəzərə alınmalıdır. 

- 2026-ci il dövlət büdcəsi layihəsində neftin bir barrelinin ortalama qiyməti 65 dollardan götürülüb, bu da ötən illərə nisbətən aşağıdır. İddialara görə, gələn il neftin qiyməti xeyli azalacaq. Sizin proqnozunuz necədir?

- Bu rəqəmi müəyyən etmək mürəkkəb məsələdir. Tramp Amerikanın yeni prezidenti olanda elan etdi ki, neftin qiyməti 45 dollara qədər azalacaq. Amma nəticə etibarilə bu baş tutmadı. Neftin qiymətinin düşməsi bir sıra məsələlərdən aslıdır; müharibələrin bitməsi, Rusiya iqtisadiyyatına təzyiq, Çin və Hindistanın mövqeləri və ABŞ-ın dövlət siyasəti. Hökumət bütün bu məsələləri ölçüb-biçib, eləcə də BP şirkətinin proqnozlarını nəzərə alıb. Əlbəttə, 65 dollar bir az risklidir, amma əsas yaşayaq, görək. Bəlkə də, reallıq elə bu oldu. 

- Necə düşünürsünüz, yenidən manatın dollara nisbətdə dəyəri aşağı düşə bilərmi? Ümumiyyətlə, devalivasiyanın baş verməsi gözləniləndirmi?

- Mən bunun baş verəcəyini düşünmürəm. Ölkə iqtisadiyyatı yaxşı şaxələndirilib, ardıcıl tədbirlər həyata keçirilir. Valyuta ehtiyatları 83 milyard dolları keçib. Neftin qiyməti 40-45 dollardan aşağı düşərsə, əlbəttə, problemlər ola bilər.  

- 2026-cı ilin büdcə siyasətini necə qiymətləndirisiniz, bu müzakirələrdə iştirak etmisinizmi? 

- Aparılan büdcə siyasəti davamlı iqtisadi inkişafla bağlıdır. Bu sahədə artıq professionallıq özünü göstərir. ÜDM-in artımı və srukturu düzgün müəyyən edilib. Gəlirlər üzrə proqnozlar makroiqtisadi sabitliyə köklənib, xərclər üzrə prioritetlər ölçülüb-biçilib. Bütün bunlar ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək. Qaldı ki mənim bu proseslərdə iştirakıma, yox, heç yerə dəvət olunmamışam. Əlbəttə, dəvət gəlsəydi, təcrübə və ideyalarımı verə bilərdim. 



- İllərdir ki, vətəndaşlar arasında pensiya yaşı və məbləği ilə bağlı narazılıqlar var. Bu proses necə tənzimlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət xeyir götürə bilsin. Ümumiyyətlə, pensiyalar ölkə iqtisadiyyatına necə təsir edir?

- Hamı istəyir ki, yüksək pensiya alsın. Bu iqtisadi imkanlarla və çoxsaylı problemlərlə bağlıdır. Bu işlərlə əlaqədar çoxlu addımlar atılır. Gələn il pensiyaların 9,2 faiz artırılması üçün icmal büdcədən vəsait də ayrılıb. Bizim əhalimizin təxminən 14 faizi pensiyaçıdır. Pensiya yaşının artırılması orta ömür müddətindən və çoxsaylı sosial problemlərdən asılıdır. Belə addımın atıla biləcəyinə, sözün düzü, mən inanmıram. 

- Sülh prosesinin bir mərhələsi olaraq Azərbaycan və Ermənistan nümayəndə heyətləri ölkələrarası səfər və müxtəlif müzakirələrdə iştirak edirlər. Yaxın gələcəkdə azərbaycanlı ziyalıların Ermənistana gedə biləcəyi təqdirdə siz də bu nümayəndə heyətində iştirak etmək istəyərdinizmi?

- Əlbəttə. Mən Qərbi Azərbaycandakıı bulaqlardan su içmişəm, babamın babası belə orada doğulub. Cavan olanda insan bunları o qədər də düşünmür, yaşa dolduqca isə doğulub-böyüdüyün yer, oranın bağçası, təbiəti haqqında düşünürsən. Bildiyim qədəri ilə bizim Cil kəndinin qəbiristanlığını dağıtmayıblar. İlk dəfə getmək çətin olar, amma hər bir halda gedərəm. 2000-ci illərdə mənə BMT xətti ilə belə bir təklif olunmuşdu. O zaman hazır deyildim deyə getmədim, indi düşünürəm ki, getmək, baş çəkmək, oradakı qəbir daşlarını düzəltdirmək də olar. Bizim heç bir günahımız yoxdur ki, böyük ölkələr İrəvanı ermənilərə verərək ölkə qurmağa imkan yaradıblar. Amma tarixən həmin torpaqlar bizimdir. O doğmalığı unutmaq olmaz.

- Siz həm də İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdirisiniz, tələbələrin gələcəyi barədə nə düşünürsünüz? Savadlı nəsil yetişdirə bilirikmi?

- Tələbələr bizim gələcəyimiz, övladlarımızdır. Çox şey bizdən aslıdır - onlara düzgün yol göstərməyi bacarmaq lazımdır. İnformasiya texnologiyalarının inkişafi gənclər üçün yeni-yeni imkan yaradır. Biz tələbələri müstəqil inkişafa öyrətməliyik, onların hər ehtiyacını ödəyib 21 yaşında evləndirmək düz deyil. Onların təsir imkanlarını öyrənməliyik, qərar qəbul etmək, kommunikasiya imkanları öyrətməliyik. Onların işə düzəlməsinə də kömək edirəm - yaxşı tövsiyə məktubu yazıram, onlar da gedib testlərdən keçib yüksək maaşla işləyirlər. Əlbəttə zəif tələbələr də var.

- Bu tövsiyələri auditoriyada da səsləndirisiniz?

- Əlbəttə. Mən xoşbəxtliyin əsasını zəhmətdə görürəm.

- Hər bir halda tələbələr keçmiş nazirin onlara iqtisadiyyatla bağlı dərs deməsini maraqla qarşılayar. Bu barədə sizə suallar verirlər?

- Suallar çox olur. Tələbələr əsasən professional deyil, cəmiyyətlə bağlı suallar verirlər, həyatda mövqe tutmaqla bağlı düşüncələrimi bilmək istəyirlər.

- Nazir kimi fəaliyyətinizdən şəxsi suallar vermirlər?

- Əlbəttə ki, verirlər. Çox şeyi cavablandırmaq olmur. Elə suallar verirlər ki, onun cavabını ancaq mən bilməliyəm. 

- O zaman, deməli, hələ də sirr kimi saxladığınız məlumatlar, hadisələr var...

- Var. Həmişə də olacaq. Dövlət mətbəxi həm də sirrdir. Sirri bilib saxlamaq isə hər kişinin işi deyil. Hər şeyi ortaya qoyub demək düz deyil. 

- Professorluq fəaliyyətindən başqa hansı işlərlə məşğulsunuz? Məsələn, hansısa xarici və ya yerli təşkilatla əməkdaşlığınız varmı? Türkiyədə biznes fəaliyyətinizin olduğu deyilirdi, bəs indi necə?

- Əsas işim universitet və Qərbi Azərbaycan İcmasındakı fəaliyyətimdir. Çoxlu məqalələr yazır, universitetimizin dünyada “Top-500”ə düşməsi üçün işlər görürük, xarici universitetlərlə əlaqələr qururuq.

- Sabiq nazirlər bu gün sahələri ilə bağlı gündəmdəki mövzulara operativ cavab verməyə meyillidirlər, media ilə sıx əlaqələri var. Sizinlə bağlı eyni şeyi demək mümkün deyil. Çox görünməməyinizin səbəbi nədir?

- Mən çox görünməyin tərəfdarı deyiləm. Hərdən onların çıxışlarına da baxıram və utanıram. Yaxşı olar ki, hərə özünə aid sahədə çalışsın və ölkəmizə də kömək etsin.

- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?

- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.

-  Bu sizə təsir etdi?

- Əlbəttə. Amma 1 il sonra özümə gəldim. 

- Amma dediniz ki, vəzifə daimi deyil..

- İnsanın öyrəşməyi də var (gülür). Təsəvvür edin səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur, imzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm, universitetdən çıxım gedim. Amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm, öyəşmişəm. Artıq nazir deyiləm, müəyyən şeyləri də güzəştə getməliyəm. Bizim cəmiyyət insanlara dəyəri yaşayanda yox, öləndə verir, vəzifədə oldun, hörmət var, getdinsə, hər şey də bitdi. Vəzifəyə var-dövlət qazanmaq üçün gəlmək olmaz. Mən 4 otaqlı evdə yaşayıram və şəraitimdən razıyam. Onda da maşınım var idi, indi də. Ac deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm. Bəsdir. Mən restoran, şadlıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi, söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir. 

- Heç sabiq məmurlarla bu barədə danışmısınız? Onlar necə fikirləşir?

- Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır. İndi özü də vəzifədən çıxıb, amma o da yaşayır, mən də (gülür). 

- Bəzi keçmiş məmurları zaman-zaman deputat kimi də görürük. Siz keçirilən son parlament seçkilərində namizədliyinizi irəli sürmək haqqında düşünmüşdünüzmü?

- Heç bir təklif gəlməyib. VI çağırışda, yəni 2020-ci ildə özümün deputatlığa namizədliklə bağlı fikirlərim olub, amma sonra arxasınca getmədim.

- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?

- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi. 

- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?

- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.

- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?

- Əlbəttə. Mütləq. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir. 

- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?

- İki dəfə aramızda ziddiyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.

- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?

- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan  icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.

-  Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?

- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətimək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi.

- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?

- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.

- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?

- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.

- Digər oğlunuz nə işlə məşğuldur?

- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir. 

- Vəzifəyə yeni təyin olunan gənc nazirlərə tövsiyəniz nə olardı?

- Nazirləri qabiliyyətinə, savadına görə cənab Prezident təyin edir. Ölkə əhalisinin 95 faizi dövlət başçısına  güvənir, eyni zamanda dünyada da bu etimad var. Nazirlərə tövsiyəm işlərini sevmək, Prezidentə sadiq, insanlara yaxın olmaqdan ibarətdir. Rəhbər kimi püxtələşsinlər. Nazir cəmiyyətdə özünü tanıtmalıdır - onun televiziyada və sosial mediada çıxışı, vətəndaşlarla görüşü, intellekti, davranışı, baxışı fərqli olmalıdır.

- Boş vaxtlarınızda nə edirsiniz?

- Bilyard oynayıram, dəniz kənarında gəzirəm. Rayonlara gedirəm. 3-cü, 5-ci və bazar günləri idmanla məşğul oluram. Musiqi dinləyirəm, mütaliə edirəm. İqtisadiyyat və maliyyə elmləri adamı zaman-zaman yorur. Ona görə bədii ədəbiyyata üstünlük verirəm. Çingizin Abdullayevin bütün əsərlərini oxumuşam. Gənc müəllifləri, təəssüf ki, o qədər də tanımıram. 


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əvəz Ələkbərov vəzifə istəyinə çata bilmədi

    Əvəz Ələkbərov vəzifə istəyinə çata bilmədi ...

    11-04-2014, 10:51

  • 
  • Əvəz Ələkbərova yeni vəzifə verildi

    Əvəz Ələkbərova yeni vəzifə verildi ...

    4-02-2016, 16:51

  • 
  • Keçmiş nazir Türkiyədə bizneslə məşğuldur

    Keçmiş nazir Türkiyədə bizneslə məşğuldur ...

    17-02-2014, 15:15

  • 
  • FİZULİ ƏLƏKBƏROVU ƏVƏZ EDƏN SƏLİM MÜSLÜMOV KİMDİR?

    FİZULİ ƏLƏKBƏROVU ƏVƏZ EDƏN SƏLİM MÜSLÜMOV KİMDİR? ...

    22-10-2013, 20:26

  • 
  • FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV VƏZİFƏDƏN ALINDI

    FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV ...

    22-10-2013, 20:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu