Gundemxeber.az » Ölkə » Pakistan Beynəlxalq Hava Yolları hərracda satıldı
Pakistanın milli aviadaşıyıcısı, dövlətə məxsus müflis olmuş Pakistan Beynəlxalq Hava Yolları (PIA) şirkəti hərracda 135 milyard Pakistan rupisinə (təxminən 482,32 milyon dollara - red.) satılıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Pakistan hökuməti tərəfindən müəyyən edilmiş ilkin qiymət 100 milyard rupi (təxminən 357 milyon dollar - red.) olub.
Şirkət uğrunda üç iddiaçı mübarizə aparıb. Özəl konsorsium Arif Həbib hərracda qalib gəlib və PIA-nın səhmlərinin 75%-i üçün ən yüksək qiyməti təklif edib. Satışdan əldə edilən gəlirin 92.5%-i aviaşirkətə yenidən investisiya qoyuluşu üçün istifadə olunacaq.
Pakistanın Baş naziri Şahbaz Şərif hərracdan əvvəl bildirib ki, tədbir uğurlu olarsa, PIA-nın satışı İslam Respublikası tarixində ən böyük satış olacaq.
4-06-2024, 14:38
14-10-2016, 13:14
12-03-2015, 09:19
19-02-2019, 11:15
22-01-2016, 12:44
Sorğu
Yeni dizaynımız necədir?